1 00:00:00,000 --> 00:00:04,000 Salam. Mən sizə bu gün tərif, heyranlıq və təşəkkürdən, 2 00:00:04,000 --> 00:00:07,000 onların spesifik və səmimi olmasının 3 00:00:07,000 --> 00:00:09,000 vacibliyindən danışmaq istəyirəm. 4 00:00:09,000 --> 00:00:11,000 Bu mövzu ilə maraqlanmağa belə başladım. 5 00:00:11,000 --> 00:00:14,000 Mən böyüyərkən və təxminən bir neçə il öncəyə qədər 6 00:00:14,000 --> 00:00:15,000 öz-özümə fikirləşirdim ki, 7 00:00:15,000 --> 00:00:17,000 insanlara təşəkkür etmək 8 00:00:17,000 --> 00:00:18,000 onları tərifləmək istəyirəm. 9 00:00:18,000 --> 00:00:20,000 Onlara bu sözləri demək istəyirəm, 10 00:00:20,000 --> 00:00:22,000 ancaq demirəm. 11 00:00:22,000 --> 00:00:25,000 Və özümdən niyəsini soruşdum. 12 00:00:25,000 --> 00:00:27,000 Özüm özümdən utandım. 13 00:00:27,000 --> 00:00:29,000 Sonra mənim sualım dəyişdi: 14 00:00:29,000 --> 00:00:31,000 "Bunu edən yalnız mənəmmi?" 15 00:00:31,000 --> 00:00:32,000 Beləliklə, bu mövzunu araşdırmağa qərar verdim. 16 00:00:32,000 --> 00:00:35,000 Xoşbəxtlikdən mən reabilitasiya qurumunda işləyirəm. 17 00:00:35,000 --> 00:00:38,000 və narkomaniyaya görə həyatla ölüm arasında qalan insanlar görürəm. 18 00:00:38,000 --> 00:00:42,000 Bəzən bu sadə bir səbəbdən olur, məsələn, atalarının 19 00:00:42,000 --> 00:00:47,000 onlarla qürur duyduğunu heç vaxt onlara demədən vəfat etməsi əsas yaraları olur. 20 00:00:47,000 --> 00:00:49,000 Sonradan bütün yaxınlarından eşidirlər ki, 21 00:00:49,000 --> 00:00:52,000 atası oğlu ilə qürur duyduğunu hər kəsə desə də 22 00:00:52,000 --> 00:00:53,000 bunu heç vaxt oğluna deməyib. 23 00:00:53,000 --> 00:00:56,000 Çünki, o, oğlunun bunu eşitməyə ehtiyacı olduğunu bilməyib. 24 00:00:56,000 --> 00:01:00,000 Sizə sualım da belədir: "Niyə də ehtiyacımız olan bir şeyi istəməyək?" 25 00:01:00,000 --> 00:01:02,000 Mən 25 ildir ki ailəli olan bir bəy tanıyıram, 26 00:01:02,000 --> 00:01:04,000 onun eşitmək istədiyi həyat yoldaşının 27 00:01:04,000 --> 00:01:07,000 "Ailəni dolandırdığın üçün çox sağ ol."deməsidir, 28 00:01:07,000 --> 00:01:08,000 ancaq bunu dilə gətirmir. 29 00:01:08,000 --> 00:01:10,000 Mən bunu yaxşı bacaran bir xanım tanıyıram. 30 00:01:10,000 --> 00:01:12,000 O, həftədə bir dəfə yoldaşına deyir: 31 00:01:12,000 --> 00:01:16,000 "İstərdim ki, ev və uşaqlarla bağlı gördüyüm bütün işlərə görə təşəkkür edəsən." 32 00:01:16,000 --> 00:01:19,000 O da cavab verir: "Ah, əlbəttə, bu əladır, çox yaxşıdır." 33 00:01:19,000 --> 00:01:21,000 Tərif isə həqiqətən səmimi olmalıdır, 34 00:01:21,000 --> 00:01:23,000 bunun məsuliyyətini isə bu qadın öz üzərinə götürür. 35 00:01:23,000 --> 00:01:26,000 Uşaq bağçasından bəri tanıdığım rəfiqəm Aprel 36 00:01:26,000 --> 00:01:29,000 uşaqlarına öz gündəlik işlərini gördükləri üçün təşəkkür edir. 37 00:01:29,000 --> 00:01:31,000 O deyir: "Onlar bunu etməli olsalar belə, niyə də təşəkkür etməyim?" 38 00:01:31,000 --> 00:01:33,000 Sual isə nə üçün mənim bunu etməməyimdir. 39 00:01:33,000 --> 00:01:34,000 Nə üçün digər insanların da bu hissin qarşısını almalarıdır. 40 00:01:34,000 --> 00:01:37,000 Niyə mən "Mən orta dərəcədə qızarmış bifşteks istəyirəm", 41 00:01:37,000 --> 00:01:40,000 "Mənə 6 ölçülü ayaqqabı lazımdır" deyə bilirəm. 42 00:01:40,000 --> 00:01:42,000 Amma "Məni buna görə tərifləyə bilərsiz?" demirəm. 43 00:01:42,000 --> 00:01:46,000 Çünki, bununla sizə özüm barədə çox vacib məlumat verirəm. 44 00:01:46,000 --> 00:01:48,000 Mən sizə nədən əmin olmadığımı deyirəm. 45 00:01:48,000 --> 00:01:50,000 Harada köməyə ehtiyacımın olduğunu deyirəm. 46 00:01:50,000 --> 00:01:53,000 Və mən sizinlə, yəni, öz yaxın ətrafımla, 47 00:01:53,000 --> 00:01:55,000 sanki mənim düşmənimsiniz kimi davranıram. 48 00:01:55,000 --> 00:01:57,000 Bu məlumatlarla nə edə biləcəyinizi düşünün. 49 00:01:57,000 --> 00:01:59,000 Siz məndən uzaqlaşa bilərsiniz. 50 00:01:59,000 --> 00:02:00,000 Siz bundan sui-istifadə edə bilərsiniz. 51 00:02:00,000 --> 00:02:02,000 Yaxud, həqiqətən də mənim ehtiyacımı qarşılaya bilərsiniz. 52 00:02:02,000 --> 00:02:04,000 Etməkdən zövq aldığım işlərdən biri- velosipedimi təmirə aparmaqdır. 53 00:02:04,000 --> 00:02:07,000 Eyni velosipeddir, dükanda təkərlərin "düzləşdirilməsi" adlanan bir şey edirlər. 54 00:02:07,000 --> 00:02:09,000 Orada işləyən adam deyirdi: "Bilirsiz, siz təkərləri düzləşdirəndə 55 00:02:09,000 --> 00:02:10,000 velosiped əvvəlkindən çox daha yaxşı olur." 56 00:02:10,000 --> 00:02:12,000 Velosipedi geri alanda, 57 00:02:12,000 --> 00:02:15,000 onlar təkərlərin bütün kiçik əyriliklərini düzəltmişdilər. 58 00:02:15,000 --> 00:02:18,000 Velosipedim iki il yarım əvvəl almışam, amma elə bil yeni alınıb. 59 00:02:18,000 --> 00:02:20,000 Beləliklə, mənim də sizə bir tapşırığım var. 60 00:02:20,000 --> 00:02:22,000 Mən sizdən öz "təkərlərinizi düzləşdirməyinizi" istəyirəm: 61 00:02:22,000 --> 00:02:25,000 Eşitməyə ehtiyacınız olan sözlər barədə səmimi olun. 62 00:02:25,000 --> 00:02:27,000 Nəyi eşitmək istəyirsiz? Evə, xanımınızın yanına gedin, 63 00:02:27,000 --> 00:02:29,000 və ondan nəyə ehtiyacı olduğunu soruşun. 64 00:02:29,000 --> 00:02:31,000 Ərinizin yanına gedin - nəyə ehtiyacı olduğunu soruşun. 65 00:02:31,000 --> 00:02:34,000 Evə gedin, bu sualları verin və sonra ətrafınızdakı insanlara kömək edin. 66 00:02:34,000 --> 00:02:35,000 Bu çox sadədir. 67 00:02:35,000 --> 00:02:37,000 Bəs biz nə üçün bu barədə düşünməliyik? 68 00:02:37,000 --> 00:02:38,000 Biz dünyada sülhdən danışırıq. 69 00:02:38,000 --> 00:02:41,000 Müxtəlif mədəniyyət və dillərdə vahid dünya sülhünə necə nail ola bilərik? 70 00:02:41,000 --> 00:02:45,000 Düşünürəm ki sülh ailədən, bir damın altında yaşamaqdan başlayır. 71 00:02:45,000 --> 00:02:47,000 Gəlin, özümüzdən başlayaq. 72 00:02:47,000 --> 00:02:49,000 Mən siz tamaşacılara yaxşı həyat yoldaşları, yaxşı analar, 73 00:02:49,000 --> 00:02:51,000 dostlar, qızlar, oğullar 74 00:02:51,000 --> 00:02:53,000 olduğunuz üçün təşəkkür etmək istəyirəm. 75 00:02:53,000 --> 00:02:54,000 Bəlkə də bunu sizə heç vaxt heç kim deməyib, 76 00:02:54,000 --> 00:02:56,000 amma siz həqiqətən də çox yaxşı iş görmüsünüz. 77 00:02:56,000 --> 00:02:59,000 Və burada olduğunuz üçün, sadəcə göründüyünüz üçün 78 00:02:59,000 --> 00:03:02,000 və dünyanı öz ideyalarınızla dəyişdiyiniz üçün sizə təşəkkür edirəm. 79 00:03:02,000 --> 00:03:04,000 Təşəkkür edirəm. 80 00:03:04,000 --> 00:03:11,000 (Alqışlar)