--- --- --- --- --- --- --- Bu videoda seçmənin variasiyasından bəhs edəcəyəm. Lakin seçmənin variasiyası haqqında danışmazdan öncə populyasinan variasiyasını və düsturunu xatırlayaq. Belə ki, populyasianın variasiyası yunan hərfi olan siqma ilə işarə olunur. Kiçik siqmanın kvadratı. Bu, variasiya deməkdir. Bilirəm, hansısa dəyişənin birbaşa kvadrat şəklində ifadə olunması bir az qəribə görünür. Lakin burada əsas dəyişən kvadrata yüksəlməyib. Bu, elə dəyişənin özüdür. Yəni siqmanın kvadratı elə variasiyanı ifadə edir. Gəlin bunu yazılı şəkildə də qeyd edək. Bu, variasiyaya bərabərdir. Variasiyanı hesablayarkən informasiya nöqtələrindən istifadə edəcəyik ki, onlar da x(i) ilə işarə olunur. Sonra isə bu nöqtə ilə populyasiyanın ədədi ortası arasında nə qədər fərq olduğunu tapmaq lazımdır. Bunu kvadrata yüksəldirik, sonra da alınan nəticənin orta qiymətini tapırıq. Orta qiyməti tapmaq üçün isə bunların hamısı toplayırıq. i=1 nöqtəsindən başlayırıq, sonuncu nöqtə isə N-dir. İndi isə orta qiyməti tapmaq üçün yuxarıdakıları toplayıb, alınan nəticəni N-ə böləcəyik. Beləliklə, variasiya populyasiyanın ədədi ortası ilə hər bir nöqtə arasındakı məsafənin kvadratları cəminin orta qiymətinə bərabər oldu. Başqa sözlə ifadə etsəm, bu, hər bir nöqtənin mərkəzdən təxmini nə qədər aralı olduğunu göstərir. Düşünürəm ki, bu, anlamaq üçün ən yaxşı yoldur. Bir nüans var. Bu düstur populyasiya üçün idi, düzdür? Yadınızdadırsa, nümunə olaraq demişdik ki, əgər ölkədəki kişilərin boylarının variasiyasını tapmalı olsaydıq, və bunu populyasiyanın düsturu ilə hesablasaydıq, bu, çox çətin olardı. Belə ki, bunun üçün 250 milyonun hamısının boylarını ölçməli olacaqdıq. Eyni zamanda ola bilərdi ki, Lakin daha asan olması üçün seçmənin variasiyasını tapmaqla bunu hesablaya bilərik. Beləliklə, eyni yolla populyasiyanın variasiyasını heç zaman tapa bilməsəniz belə, seçmənin variasiyasını hesablamaqla nəticəni təxmin edə biləcəksiniz. Bunu 1-ci videoda öyrənmişdik. Baxın, bu, populyasiyadır. İçərisində milyonlarla informasiya nöqtəsi mövcuddur. --- --- --- Siz sadəcə seçməyə baxmaqla nəticəni təxmin edə bilərsiniz. İnferential statistika da məhz bununla bağlıdır. Seçməyə təsviri statistikanı tətbiq etmək üçün isə populyasiyadan nəticələr çıxarmaq lazımdır.