---
---
---
---
---
---
---
Bu videoda
seçmənin variasiyasından bəhs edəcəyəm.
Lakin seçmənin variasiyası haqqında danışmazdan öncə
populyasinan variasiyasını və
düsturunu xatırlayaq.
Belə ki, populyasianın variasiyası
yunan hərfi olan siqma ilə işarə olunur.
Kiçik siqmanın kvadratı.
Bu, variasiya deməkdir.
Bilirəm, hansısa dəyişənin birbaşa kvadrat şəklində
ifadə olunması bir az qəribə görünür.
Lakin burada əsas dəyişən kvadrata yüksəlməyib.
Bu, elə dəyişənin özüdür.
Yəni siqmanın kvadratı elə variasiyanı ifadə edir.
Gəlin bunu yazılı şəkildə də qeyd edək.
Bu, variasiyaya bərabərdir.
Variasiyanı hesablayarkən
informasiya nöqtələrindən istifadə edəcəyik ki, onlar da x(i) ilə işarə olunur.
Sonra isə bu nöqtə ilə
populyasiyanın ədədi ortası arasında nə qədər
fərq olduğunu tapmaq lazımdır.
Bunu kvadrata yüksəldirik, sonra da alınan nəticənin orta qiymətini tapırıq.
Orta qiyməti tapmaq üçün isə
bunların hamısı toplayırıq.
i=1 nöqtəsindən başlayırıq,
sonuncu nöqtə isə N-dir.
İndi isə orta qiyməti tapmaq üçün yuxarıdakıları toplayıb,
alınan nəticəni N-ə böləcəyik.
Beləliklə, variasiya populyasiyanın ədədi ortası ilə hər bir
nöqtə arasındakı məsafənin kvadratları cəminin orta qiymətinə bərabər oldu.
Başqa sözlə ifadə etsəm,
bu, hər bir nöqtənin mərkəzdən
təxmini nə qədər aralı olduğunu göstərir.
Düşünürəm ki, bu, anlamaq üçün ən yaxşı yoldur.
Bir nüans var. Bu düstur populyasiya üçün idi, düzdür?
Yadınızdadırsa, nümunə olaraq demişdik ki, əgər
ölkədəki kişilərin boylarının variasiyasını tapmalı olsaydıq,
və bunu populyasiyanın düsturu ilə
hesablasaydıq, bu, çox çətin olardı.
Belə ki, bunun üçün
250 milyonun hamısının boylarını ölçməli olacaqdıq.
Eyni zamanda ola bilərdi ki,
Lakin daha asan olması üçün seçmənin variasiyasını
tapmaqla bunu hesablaya
bilərik.
Beləliklə, eyni yolla populyasiyanın variasiyasını heç zaman tapa bilməsəniz belə,
seçmənin variasiyasını hesablamaqla nəticəni
təxmin edə biləcəksiniz.
Bunu 1-ci videoda öyrənmişdik.
Baxın, bu, populyasiyadır.
İçərisində milyonlarla informasiya nöqtəsi mövcuddur.
---
---
---
Siz sadəcə seçməyə baxmaqla nəticəni təxmin edə bilərsiniz.
İnferential statistika da məhz
bununla bağlıdır.
Seçməyə təsviri statistikanı tətbiq etmək üçün isə
populyasiyadan nəticələr çıxarmaq lazımdır.