Cənub-Şərqi Avropadakı regional döyüşdən fərqli olaraq, Birinci Dünya Müharibəsinin dünya müharibəsinə çevrilməsinin səbəbi, dünyada onilliklərlə inkişaf edən ittifaqlar olmuşdur. Bunu sizə daha aydın izah etmək üçün ittifaqların bir qismini yazmadım. Bu gördüyünüz isə sadəcə qısaldılmış versiyasıdır. Əlavə olaraq bir çox ittifaqlarda var idi lakin mən, 1914-cü ildə bütün Avropanın bir-biri ilə müharibə vəziyyətində olmasına səbəb olan xüsusi ittifaqları seçərək yazdım. Gəlin 75 il geriyə gedək. Birinci Dünya Müharibəsi 1914-cü ildə başlamışdı. Bundan 75 il öncə, 1839-da London müqaviləsi imzalandı və bu müqavilə, bir çox şeyə səbəb oldu. Burada 7-ci maddə Böyük Britaniyanın Belçikanın neytrallığını qorumağa razı olması, Birinci Dünya Müharibəsinin isə başlanması ilə əlaqədardır. Burada siz sual verə bilərsiniz ki, "Bu 75 illik bir müqavilədir, niyə bu qədər önəmlidir?" və əslində bu çox yaxşı sualdır. Bütün bu ittifaqların bir- biri ilə müharibə səbəbinin bunlar olub-olmadığı haqda çox gözəl bir sualdır. Bəlkə də, bunlar sadəcə bəhanə idi? "Sənə müharibə elan etməliyəm" demək üçün leqal bir bəhanə. Əsl səbəb isə digərinin imperatorluğunu nəzarət altına almaq, güc göstərmək, daha çox torpaq əldə etmək və digər bir çox şeylər idi. -Kim bilir ki, başqa nə ola bilər?- Lakin 1839-cu ildə Britaniya İmperiyasının Belçikanı qorumaq üçün leqal əsası oldu. İndi isə 40 il irəliyə, 1879-cu ilə gedək. Burada yeni yaranmış, 1871-ci ildə Fransa-Prussiya müharibəsindən çıxan Almaniya İmperatorluğu var. Almaniya İmperatorluğu, əslində Prussiyanın təməlində qurulan bir Almaniya krallığıdır. Onlar Fransa döyüşündə dəyərli torpaqları aldıqlarına görə, paranoyaya qapıldılar ki, Fransa intiqam almaq istəyir. Buna görə də, Ruslar barədə paranoyakdırlar. Onların həmçinin Avstriya-Macarlarları ilə müəyyən əlaqələri var idi. Beləcə 1879-cu ildə Rusiya hücumundan bir-birini qorumaq üçün Almaniya və Avstriya-Macarıstan arasında İkili İttifaq müqaviləsi imzalandı. Rusiya onların ortaq düşməni olduğu üçün bunu fərqli rənglə işarəliyək. Onlar bir-birini qoruyacaqlar. Beləliklə bu ittifaq Almaniya İmperiyasını, müharibəyə girəcəyi təqdirdə, qorunulacağı üçün yaxşı hiss etdirirdi. Əgər siz müharibələrdə baş verən diplomatiyaları bilirsinizsə, dost olmağa başlayanları görsəniz, onların bir-biri ilə müharibəyə başladıqlarını da, görə bilərsiniz. Buna görə də, müharibə zamanı qorunmaq üçün, başqa ittifaqlar və ya başqa dostluqar da qurulurdu. Beləliklə, 1892-ci ildə Fransızlar və Ruslar arasında Fransa-Rusiya Hərbi Konvensiyası quruldu. Bu bir ittifaq idi. Gəlin bunu çəhrayı rənglə işarələyək. Fransa və Rusiya arasında bir ittifaq var. Nəhayət 1900-cü ili əvvəlli və 1904-1907-ci illər arasında bir sıra müqavilələr imzalandı. Burada "Antanta" müqavilələr deməkdir. Bu müqavilə Britaniya-Fransa və Britaniya-Rusiya İmperiyaları arasında yaxşı əlaqə olması üçün quruldu. Bunlar rəsmi əlaqə olmasa da, onlar bir-birləri ilə digər imperiya fəthlərində baş verənlərlə bağlı, bir çox məsələni həll edə bildilər. Onlar Üçlü Antantanı yaratdılar. Bu, Britaniya, Fransa və Rusiya İmperiyası arasında idi. Digər tərəfdə isə Üçlü İttifaq qurulmuşdu Bu, Almaniya, Avstriya-Macarıstan və İtaliya arasında qurulmuşdu. Birinci Dünya Müharibəsində iştirak etdiyini baxmayaraq, İtaliyanın Üçlü İttifaqda olmasının səbəbi, İtaliya ilə Almaniya arasında olan müqavilə idi. Müharibə başlayandan sonra İtaliya Almaniya və Avstriya-Macarıstan tərəfinə keçmədi. O müttəfiqlərinin yəni, Üçlü Antantanın tərəfinə keçdi. Və bu da, Cənub-Şərqi Avropada regional döyüşün niyə ümumavropa müharibəsinə çevrildiyini olduqca gözəl izah edir.