Cənub-Şərqi Avropadakı regional döyüşdən
fərqli olaraq, Birinci Dünya Müharibəsinin
dünya müharibəsinə çevrilməsinin səbəbi,
dünyada onilliklərlə inkişaf edən ittifaqlar
olmuşdur. Bunu sizə daha aydın izah
etmək üçün ittifaqların bir qismini
yazmadım. Bu gördüyünüz isə
sadəcə qısaldılmış versiyasıdır.
Əlavə olaraq bir çox ittifaqlarda var idi
lakin mən, 1914-cü ildə bütün Avropanın
bir-biri ilə müharibə vəziyyətində
olmasına səbəb olan xüsusi
ittifaqları seçərək yazdım.
Gəlin 75 il geriyə gedək. Birinci Dünya
Müharibəsi 1914-cü ildə başlamışdı. Bundan
75 il öncə, 1839-da London müqaviləsi
imzalandı və bu müqavilə, bir çox şeyə səbəb oldu.
Burada 7-ci maddə Böyük Britaniyanın
Belçikanın neytrallığını qorumağa razı olması,
Birinci Dünya Müharibəsinin isə başlanması ilə əlaqədardır.
Burada siz sual verə bilərsiniz ki,
"Bu 75 illik bir müqavilədir,
niyə bu qədər önəmlidir?"
və əslində bu çox yaxşı sualdır.
Bütün bu ittifaqların bir- biri ilə
müharibə səbəbinin bunlar olub-olmadığı
haqda çox gözəl bir sualdır.
Bəlkə də, bunlar sadəcə bəhanə idi?
"Sənə müharibə elan etməliyəm"
demək üçün
leqal bir bəhanə.
Əsl səbəb isə digərinin
imperatorluğunu nəzarət altına almaq,
güc göstərmək, daha çox
torpaq əldə etmək
və digər bir çox şeylər idi.
-Kim bilir ki, başqa nə ola bilər?-
Lakin 1839-cu ildə Britaniya İmperiyasının
Belçikanı qorumaq üçün leqal əsası oldu.
İndi isə 40 il irəliyə, 1879-cu ilə gedək.
Burada yeni yaranmış, 1871-ci ildə Fransa-Prussiya
müharibəsindən çıxan Almaniya İmperatorluğu var.
Almaniya İmperatorluğu, əslində
Prussiyanın təməlində qurulan
bir Almaniya krallığıdır.
Onlar Fransa döyüşündə
dəyərli torpaqları aldıqlarına görə,
paranoyaya qapıldılar ki, Fransa intiqam almaq istəyir.
Buna görə də, Ruslar barədə paranoyakdırlar.
Onların həmçinin Avstriya-Macarlarları ilə
müəyyən əlaqələri var idi.
Beləcə 1879-cu ildə Rusiya hücumundan bir-birini qorumaq üçün
Almaniya və Avstriya-Macarıstan arasında
İkili İttifaq müqaviləsi imzalandı.
Rusiya onların ortaq düşməni olduğu üçün
bunu fərqli rənglə işarəliyək.
Onlar bir-birini qoruyacaqlar.
Beləliklə bu ittifaq Almaniya İmperiyasını,
müharibəyə girəcəyi təqdirdə,
qorunulacağı üçün yaxşı hiss etdirirdi.
Əgər siz müharibələrdə
baş verən diplomatiyaları bilirsinizsə,
dost olmağa başlayanları görsəniz,
onların bir-biri ilə müharibəyə başladıqlarını da,
görə bilərsiniz. Buna görə də,
müharibə zamanı
qorunmaq üçün, başqa ittifaqlar
və ya başqa dostluqar da qurulurdu.
Beləliklə, 1892-ci ildə Fransızlar və
Ruslar arasında Fransa-Rusiya Hərbi
Konvensiyası quruldu.
Bu bir ittifaq idi.
Gəlin bunu çəhrayı rənglə işarələyək.
Fransa və Rusiya arasında bir ittifaq var.
Nəhayət 1900-cü ili əvvəlli və 1904-1907-ci illər
arasında bir sıra müqavilələr imzalandı.
Burada "Antanta" müqavilələr deməkdir.
Bu müqavilə Britaniya-Fransa və
Britaniya-Rusiya İmperiyaları arasında
yaxşı əlaqə olması üçün quruldu.
Bunlar rəsmi əlaqə olmasa da,
onlar bir-birləri ilə
digər imperiya fəthlərində
baş verənlərlə bağlı,
bir çox məsələni
həll edə bildilər.
Onlar Üçlü Antantanı yaratdılar.
Bu, Britaniya, Fransa və Rusiya
İmperiyası arasında idi.
Digər tərəfdə isə
Üçlü İttifaq qurulmuşdu
Bu, Almaniya,
Avstriya-Macarıstan və
İtaliya arasında qurulmuşdu.
Birinci Dünya Müharibəsində iştirak
etdiyini baxmayaraq, İtaliyanın
Üçlü İttifaqda olmasının səbəbi, İtaliya
ilə Almaniya arasında olan müqavilə idi.
Müharibə başlayandan sonra
İtaliya Almaniya və Avstriya-Macarıstan
tərəfinə keçmədi. O müttəfiqlərinin
yəni, Üçlü Antantanın tərəfinə keçdi.
Və bu da, Cənub-Şərqi Avropada regional
döyüşün niyə ümumavropa müharibəsinə
çevrildiyini olduqca gözəl izah edir.