Aşağıdakı ifadələrdən hansı x üstəgəl 2y üstəgəl x üstəgə 2-yə bərabərdir? Düzgün cavabları seçin. Bunu bir qədər sadələşdirməyə çalışaq. Bu ifadəni yenidən yazaq. x üstəgəl 2y üstəgəl x üstəgəl 2. Variantlara baxmadan diqqətimi çəkən bir məqam var. Burada və burada x həddi var. 1 x-in üzərinə başqa bir x əlavə etsək, cavabda 2x alınar. Fərqli bir rəngdən istifadə edək. Bu x və bu x-i toplasaq, cavabda 2x alınar. Bütün mərhələləri ətraflı yazaq. x üstəgəl x üstəgəl 2y üstəgəl 2. Buradakı 2 ədəd x-i 2x kimi yaza bilərik. 2x üstəgəl 2y üstəgəl 2. Variantlara nəzər salaq. Bu variantda 2x üstəgəl 4y üstəgəl 4 yazılıb. Bu doğru deyil. İfadə 2x üstəgəl 2y üstəgəl 2-yə bərabər olmalıdır. Bu variant doğru deyil. Bu çox maraqlıdır. 2 mötərizə xaricinə çıxarılıb. Burada 2-ni mötərizə xaricinə çıxarsaq, nə alınar? Gördüyünüz kimi 2 buradakı bütün hədlərin ortaq vuruğudur. Onu mötərizə xaricinə çıxaraq. 2 vur. x-ləri eyni rənglə yazacam. 2 vur x üstəgəl, burada sadəcə y qalır. Burada isə 2-ni mötərizə xaricinə çıxardıqda cavabda 1 qalır. 2 vur (x üstəgəl y üstəgəl 1). Cavab eynidir. Bir cavab tapdığmızdan "yuxarıdakılarda heç biri" cavabını seçmirik.