Aşağıdakı ölçü vahidlərini iki qrupa bölmək tələb edilir: ABŞ ənənəvi sistemi və metrik sistem. Bunlar iki müxtəlif sistemdir. Onlar haqda ətraflı öyrənəcəksiniz. Sonra onların hansının uzunluq, çəki, kütlə və həcm vahidi olduğunu da öyrənəcəksiniz. Əvvəlcə, vahidləri ABŞ ənənəvi sistem və metrik sistemdə qruplaşdıraq. Litr metrik vahiddir. O, metrik sistemdə istifadə edilir. Qallon ABŞ ənənəvi sistem vahididir. Bu haqda danışmışıq. Avropada maşın üçün benzin alsanız, litrlə alacaqsınız. ABŞ-da isə qallonla alacaqsınız. Onların həcm vahidi olub-olmadığı haqqında danışacağıq. Desiqram metrik sistem vahididir. Ümumilikdə, desi, senti, kilo kimi sözönülər metrik sistemdə istifadə edilir. "Kilofunt" deyə bir ifadə mövcud deyil. Ona heç yerdə rast gələ bilmərsiniz. Millimetr də, həmçinin metrik sistem vahididir. Qram da metrik sistemdədir. Metr metrik sistemdədir. Fit ABŞ ənənəvi sistemindədir. Onun məsafə, yoxsa başqa ölçü vahidi olmağı haqqında danışacağıq. Kiloqram metrik sistemdədir. Metrik sistem vahidlərini mavi rənglə, ABŞ ənənəvi sistem vahidlərini bənövşəyi rənglə işarələdim. Sentilitr metrikdir. Santimetr, metr metrik sistemdədir. Diqqət etsəniz, hər iki halda sözönü var. Santi 1/1000 deməkdir. Stəkan ABŞ ölçü vahididir. Onu bənövşəyi rənglə işarələyək. Stəkan ABŞ ölçü vahidi. Metr metrik sistem vahididir. Funt ABŞ ənənəvi sistem vahididir. Bu, bir qədər sıxıcı ola bilər. Düym ABŞ sistem vahididir. Unsiya və yard da, həmçinin ABŞ ənənəvi sistem vahididir. Qruplara ayırdıq. Bənövşəyi rənglə işarələnənlər ABŞ ənənəvi sistem vahidi, mavi rənglə işarələnənlər isə qalan bütün ölkələrdə, həmçinin ABŞ-ın bəzi bölgələrində istifadə edilir. ABŞ-da istifadə edilən ölçü vahidləri metrik sistem vahidlərini istifadə edənlər üçün qarışıq hesab edilə bilər. Onların qarşılıqlı ölçülərini gələcək dərslərdə öyrənəcəyik. İndi isə bu vahidlərin uzunluq, çəki/kütlə vahidi olduğunu müəyyənləşdirməyə çalışaq. Kütlə əldə olan maddənin nə qədər olduğunu müəyyən edir. Çəki isə cazibə qüvvəsinin həmin maddədən nə qədər çəki çəkdiyini müəyyənləşdirir. Bu, müxtəlif planetlərdə müxtəlif olur. Yer kürəsində onlar bir-birini əvəz edə bilən vahidlər hesab edilir. Həcm vahidi maddənin nə qədər yer tutduğunu müəyyən edir. Bu, məsafədir. Bir ölçülü fəzada davam edir. Bu, əşyanın kütləsidir. Çəki isə yerin cazibə qüvvəsinin həmin əşyanı nə qədər çəkdiyini göstərir. Həcm əşyanın nə qədər yer tutduğunu ölçür. Bu haqda düşünək. Litr həcmdir. Bu, həcmdir. Cismin fəzada nə qədər yer tutmasını ölçür. Qallon da həmçinin həcmdir. Bu, ABŞ-da istifadə olunan sistemdir. Avropada qarşılığı litrdir. Bu, qramdır. Qram kütlə vahididir. Desiqram qramın 1/10 hissəsinə bərabərdir. Millimetr. Metr bir vahiddir. Metr məsafə və ya uzunluq vahididir. Millimetr metrin 1/1000 hissəsinə bərabərdir. Fit də, həmçinin uzunluq vahididir. Kiloqram 1000 qram deməkdir. Kilo 1000 deməkdir. Qram kütlə vahididir. Sentilitr litrin 1/100 hissəsinə bərabərdir. Litr həcm vahididir. Santimetrin nə olduğunu bilirik. Metr uzunluq vahididir. Santimetr metrin 1/100 hissəsinə bərabərdir. Bu, uzunluq vahididir. "Stəkan" haqqında dəfələrlə danışmışıq. O da, həmçinin həcm vahidi hesab edilir. Metr uzunluqdur. Bunu artıq bilirik. Funt çəki vahididir. Düym uzunluq vahididir. Bunları artıq bilirik. Bu isə unsiyadır. Unsiya 1/16 funta bərabərdir. O, çəki vahididir. Əgər unsiya ilə ölçülən maddə maye halındadırsa, bu zaman o, həcm vahidi hesab edilir. Ancaq ümumi olaraq unsiya çəki vahididir, 1/16 funta bərabərdir. Yard uzunluq vahididir. Bu qədər.