Aşağıdakı ölçü vahidlərini iki qrupa
bölmək tələb edilir:
ABŞ ənənəvi sistemi
və metrik sistem.
Bunlar iki müxtəlif sistemdir. Onlar
haqda
ətraflı öyrənəcəksiniz.
Sonra onların hansının uzunluq,
çəki, kütlə və həcm
vahidi olduğunu da öyrənəcəksiniz.
Əvvəlcə, vahidləri ABŞ ənənəvi sistem və
metrik sistemdə qruplaşdıraq.
Litr metrik vahiddir.
O, metrik sistemdə istifadə edilir.
Qallon ABŞ ənənəvi sistem vahididir.
Bu haqda danışmışıq.
Avropada maşın üçün benzin alsanız,
litrlə alacaqsınız.
ABŞ-da isə
qallonla alacaqsınız.
Onların həcm vahidi olub-olmadığı
haqqında danışacağıq.
Desiqram metrik sistem vahididir.
Ümumilikdə, desi, senti, kilo kimi sözönülər
metrik sistemdə istifadə edilir.
"Kilofunt" deyə bir ifadə mövcud
deyil. Ona heç yerdə rast
gələ bilmərsiniz.
Millimetr də, həmçinin
metrik sistem vahididir.
Qram da metrik sistemdədir.
Metr metrik sistemdədir.
Fit ABŞ ənənəvi sistemindədir. Onun
məsafə, yoxsa başqa ölçü vahidi
olmağı haqqında
danışacağıq.
Kiloqram metrik sistemdədir.
Metrik sistem vahidlərini mavi rənglə,
ABŞ ənənəvi sistem vahidlərini bənövşəyi
rənglə işarələdim.
Sentilitr metrikdir.
Santimetr, metr metrik sistemdədir.
Diqqət etsəniz, hər iki halda sözönü var.
Santi 1/1000 deməkdir.
Stəkan ABŞ ölçü vahididir.
Onu bənövşəyi rənglə işarələyək.
Stəkan ABŞ ölçü vahidi.
Metr metrik sistem vahididir.
Funt ABŞ ənənəvi sistem vahididir.
Bu, bir qədər sıxıcı ola bilər.
Düym ABŞ sistem vahididir. Unsiya
və yard da,
həmçinin ABŞ ənənəvi sistem
vahididir.
Qruplara ayırdıq.
Bənövşəyi rənglə işarələnənlər
ABŞ ənənəvi sistem vahidi, mavi rənglə
işarələnənlər isə
qalan bütün ölkələrdə,
həmçinin ABŞ-ın bəzi
bölgələrində istifadə edilir.
ABŞ-da istifadə edilən ölçü
vahidləri metrik
sistem vahidlərini istifadə edənlər üçün
qarışıq hesab edilə bilər.
Onların qarşılıqlı ölçülərini
gələcək dərslərdə öyrənəcəyik.
İndi isə bu vahidlərin uzunluq,
çəki/kütlə vahidi
olduğunu müəyyənləşdirməyə
çalışaq.
Kütlə əldə olan maddənin nə qədər
olduğunu müəyyən edir.
Çəki isə cazibə qüvvəsinin həmin maddədən
nə qədər
çəki çəkdiyini
müəyyənləşdirir.
Bu, müxtəlif planetlərdə müxtəlif olur.
Yer kürəsində onlar bir-birini
əvəz edə bilən vahidlər hesab edilir.
Həcm vahidi maddənin nə qədər yer
tutduğunu müəyyən edir.
Bu, məsafədir.
Bir ölçülü fəzada davam edir.
Bu, əşyanın kütləsidir.
Çəki isə yerin cazibə qüvvəsinin
həmin əşyanı nə qədər çəkdiyini
göstərir.
Həcm əşyanın nə qədər yer tutduğunu ölçür.
Bu haqda düşünək.
Litr həcmdir.
Bu, həcmdir.
Cismin fəzada nə qədər yer tutmasını
ölçür. Qallon da həmçinin həcmdir.
Bu, ABŞ-da istifadə olunan sistemdir.
Avropada qarşılığı litrdir.
Bu, qramdır.
Qram kütlə vahididir.
Desiqram qramın 1/10 hissəsinə bərabərdir.
Millimetr.
Metr bir vahiddir.
Metr məsafə və ya uzunluq vahididir.
Millimetr metrin 1/1000 hissəsinə
bərabərdir.
Fit də, həmçinin uzunluq vahididir.
Kiloqram 1000 qram deməkdir.
Kilo 1000 deməkdir.
Qram kütlə vahididir.
Sentilitr litrin 1/100 hissəsinə
bərabərdir.
Litr həcm vahididir.
Santimetrin nə olduğunu bilirik.
Metr uzunluq vahididir.
Santimetr metrin 1/100 hissəsinə
bərabərdir.
Bu, uzunluq vahididir.
"Stəkan" haqqında dəfələrlə danışmışıq.
O da, həmçinin həcm vahidi
hesab edilir.
Metr uzunluqdur.
Bunu artıq bilirik.
Funt çəki vahididir.
Düym uzunluq vahididir.
Bunları artıq bilirik.
Bu isə unsiyadır.
Unsiya 1/16 funta bərabərdir.
O, çəki vahididir.
Əgər unsiya ilə ölçülən maddə
maye halındadırsa,
bu zaman o, həcm vahidi hesab edilir.
Ancaq ümumi olaraq unsiya çəki
vahididir, 1/16 funta bərabərdir.
Yard uzunluq vahididir.
Bu qədər.