Gəlin başqa bir sintetik bölmə
nümunəsi edək.
Digər videodan bunun
uzun cəbri bölmədə
niyə işə yaradığını
görə bilirik.
Ancaq burada başqa
bir səbəb olacaq,
gəlin bu əməliyyatı
keçək,
beləcə bu, sizin üçün
daha rahat olar.
Bunu sınamaq və
bu rasional ifadəni
sadələşdirməyə çalışmaq,
əslində, uğurlu bir addımdır.
Odur ki, gəlin bunu
addım-addım fikirləşək.
Buna görə etmək
istədiyim ilk şey
surətin bütün
əmsallarını yazmaqdır.
Deməli, biri 2-dir.
Və burada diqqətli olmalıyam.
Çünki 2 x üstü beşin əmsalıdır,
x üstü dörd kəmiyyəti yoxdur.
Yenidən deyim.
Deməli, 2x üstü beş
ifadəsindən 2 oldu.
Sonra x üstü dörd
yoxdu,
deməli, bu, əslində,
0x üstü dörddür.
Yəni x üstü dörd
ifadəsinə əsasən
əmsal kimi 0 qoyuram.
Sonra mənfi bir vurulsun
x üstü üç var
və müsbət 3 vurulsun
x-in kvadratı var.
Mənfi 2 vurulsun x.
Burada isə sabit və ya
sıfır dərəcəli 7 kəmiyyəti var.
Sadəcə müsbət 7 yazıram.
Gəlin mən indi kiçik sintetik
bölmə əməliyyatı
formasında olan simvolumu çəkim.
Unutmayın ki, etdiyimiz
sintetik bölmə növü
yalnızca x üstəgəl və ya çıxılsın
nəsə olduqda
tətbiq edilir.
Əgər 3x və ya mənfi 1x
və ya 5x kvadratı
olsaydı, etməli olduğunuz
biraz fərqli bir əməliyyat olardı.
Bu yalnız x üstəgəl və ya çıxılsın
nəsə olduqda olur.
Bu halda əlimizdə çıxılsın 3 var.
Yəni burada mənfi 3 var.
Göstərdiyimiz əməliyyat--
bunu etmənin digər
yolları da var--bunun mənfi
tərəfini götürməkdir.
Deməli mənfi 3-ün mənfisi
müsbət 3-dür.
İndi sintetik bölməmizi
icra etməyə hazırıq.
Deməli, bu 2-ni aşağı gətiririk
və sonra
2-ni 3-ə vururuq.
2 dəfə 3 bizə 6 verir.
0 üstəgəl 6 isə 6-dır.
Sonra isə onu 3-ə vururuq və
müsbət 18 alırıq.
Mənfi 1 üstəgəl 18 isə 17-dir.
Onun 3 qatını tapırıq.
17 dəfə 3 51-dir.
3 üstəgəl 51 54-dür.
Onu 3-ə vururuq.
Ədədlər artıq daha da böyüyür.
İndi bəs nə olacaq?
50 dəfə 3 150-dir.
4 dəfə 3 12-dir.
Deməli, bu da 162 olacaq.
Mənfi 2 üstəgəl 162 160-dır.
Nəhayət, 160 vurulsun 3
480 olacaq.
Və 7-ni 480-ə əlavə edirik
və 487 alırıq.
Və düşünə bilərsiniz ki,
burada bu çubuğun sol
tərəfində yalnız bir kəmiyyət
və ya ədəd var.
Ya da sintetik bölmənin
standart, ənənəvi x üstəgəl
və ya çıxılsın nəsə olan versiyasını
edirəm deyə deməliyəm.
Beləcə bunu ayıra bilərəm
və indi,
tam olaraq, cavabı aldım.
Bu, caduya bənzəyir, elə
bir növ cadudur.
Buna görə də bunu
etməyi xoşlamıram,
çünki bu zaman sadəcə
alqoritmi yadda saxlayırsan.
Ancaq niyəsini izah elədiyimiz
digər videolarımız var.
Və burada da gördüyünüz kimi
sürətli, rahat
və kağız qənaətinə
səbəb ola bilər.
Artıq əlimizdə aldığımız
cavab var.
Bu, olacaq--gəlin yenidən
geri qayıdım.
Deməli, qalıqla
başlayırıq.
Qalıq 487-dir.
Bu da 487 bölünsün
x çıxılsın 3 olacaq.
Bu isə bizim sabit
kəmiyyətimizdir.
Deməli, burada üstəgəl 160 üstəgəl
487 bölünsün x çıxılsın 3 olacaq.
Bu isə bizim x kəmiyyətimizdir.
Deməli, 54x üstəgəl
bütün bunlar olacaq.
Bu, bizim x-in kvadratı
kəmiyyətimiz olacaq.
Bu, 17x-in kvadratı
üstəgəl 54x üstəgəl 160
və bütün bunlar.
Bu, x-in kubu.
Bu, 6x-in kubu üstəgəl
bütün bunlar.
Nəhayət, bu isə x üstü
4-dür--
2x üstü 4.
Qoy bunu silim.
Deməli, indi x üstü
4-üm var.
Bu da 2x üstü 4-dür.
Və artıq bitirdik.
Bu ifadə buradakının
sadələşmiş formasıdır.
Və bunu ənənəvi cəbri
uzun bölmə ilə
dəqiqləşdirməyinizi tövsiyə
edirəm.