Gəlin başqa bir sintetik bölmə
nümunəsi edək.
Digər videodan bunun
uzun cəbri bölmədə
niyə işə yaradığını
görə bilirik.
Ancaq burada başqa
bir səbəb olacaq,
gəlin bu prosesi
keçək,
beləcə bu, sizin üçün
daha rahat olar.
Bunu sınamaq və
bu rasional ifadəni
sadələşdirməyə çalışmaq,
əslində, uğurlu bir addımdır.
Odur ki, gəlin bunu
addım-addım fikirləşək.
Buna görə etmək
istədiyim ilk şey
surətin bütün
əmsallarını yazmaqdır.
Deməli, biri 2-dir.
Və burada diqqətli olmalıyam.
Çünki 2 x üstü beşin əmsalıdır,
x üstü dörd ifadəsi yoxdur.
Yenidən deyim.
Deməli, 2x üstü beş
ifadəsindən 2 oldu.
Sonra x üstü dörd
yoxdu,
deməli, bu, əslində,
0x üstü dörddür.
Yəni x üstü dörd
ifadəsinə əsasən
əmsal kimi 0 qoyuram.
Sonra mənfi bir vurulsun
x üstü üç var
və müsbət 3 vurulsun
x-in kvadratı var.
Mənfi 2 vurulsun x.
Burada isə sabit və ya
sıfır dərəcəli 7 kəmiyyəti var.
Sadəcə müsbət 7 yazıram.