Bu videoda fərz edək ki, nəyinsə üzərində inhisarımız var. Bu nümunədə portağal üzərində inhisarımız olacaq. Portağal üzərində inhisarı və tələb əyrimizi nəzərə alsaq, mənfəəti necə maksimallaşdıra bilərik? Bu suala cavab vermək üçün biz müxtəlif miqdarlarda ümumi gəlirimiz haqda düşünəcəyik. Ondan müxtəlif miqdarlar üçün marjinal gəlir əldə edəcəyik. Sonra onu marjinal xərc əyrimizlə müqayisə edə bilərik. Bu bizə hər şeyi optimallaşdırmaq üçün hansı miqdarda istehsal etməli olduğumuzu göstərəcək. Gəlin birinci ümumi gəlirimizi tapaq. Aydındır ki, biz heç istehsal etməsək, yəni 0 miqdarda istehsal etsək, satmağa heç nə olmayacaq. Ümumi gəlir qiymət vurulsun miqdardır. Qiymət 6-dır, amma miqdar 0-dır. Yəni ümumi gəlir 0 olacaq. Əgər 1 vahid istehsal etsəniz-- və buradakı əslində günə 1000 kqdır. Bir vahid günə 1000 kq-dır 1 vahid istehsal etsəniz, onda ümumi gəlir 1 vahid vurulsun kq-ı 5 dollar olar. Yəni bu əslində 5 dollar vurulsun 1000, 5000 dollar olacaq. Buna buradakı sahə kimi baxa bilərsiniz. Hündürlük qiymətdir və en miqdardır. Amma biz onu 5 vur 1 kimi yaza bilərik. Əgər 1 vahid istehsal etsəniz, 5000 dollar alacaqsınız. Buradakı min dollarladır. Buradakı min kqla-dır. Buradakı ilə uyğun olduğuna əmin olaq. Gəlin davam edək. Bu nöqtədə biz 1000 kq istehsal edəndə 5000 dollar alırıq. Əgər 2000 kq istehsal etsək, indi qiymət 4 dollar olacaq. Ya da fərz edək ki, qiymət 4 dollar olanda biz 2000 kq sata bilərik. Bu tələb əyrisinə əsasən belədir. Ümumi gəlir buradakı düzbucaqlının sahəsi olacaq. Hündürlük qiymət, en isə miqdardır. 4 vurulsun 2, 8-dir. Yəni əgər 2000 kq istehsal etsəm, mən 8000 dollar ümumi gəlir əldə edəcəyəm. Bu, 7 və 1/2-dir. 8 də tam burada olacaq. Sonra davam edirik. Əgər qiymət kq-ı 3 dollar olarsa, mən 3000 kq sata bilərəm. Ümumi gəlirim buradakı düzbucaqlıdır. 3000 vurulsun 3 dollar, 9000 dollar edir. Yəni əgər 3000 kq istehsal etsəm, 9000 dollar ümumi gəlir əldə edəcəyəm. Yəni tam orada. Gəlin davam edək. Qiymət kq-ı 2 dollar olarsa, mən 4000 kq sata bilərəm. Ümumi gəlirim 2 dollar vurulsun 4, 8000 dollar olur. Yəni əgər mən 4000 kq istehsal etsəm, 8000 dollar ümumi gəlir əldə edərəm. Bu oradakı ilə bərabər olmalıdır. Sonra əgər qiymət kq-ı 1 dollar olsa, mən 5000 kq sata bilərəm. Ümumi gəlirim 1 dollar vurulsun 5, ya da 5000 dollar olacaq. Buradakı ilə bərabər olacaq. Əgər 5000 vahid istehsal etsəm, 5000 dollar gəlir əldə edə bilərəm. Əgər qiymət 0 olsa, bazar günə 6000 kq tələb edəcək. Amma mən gəlir əldə etməyəcəyəm. Çünki onu pulsuz verəcəyəm. Bu vəziyyətdə gəlir əldə etməyəcəyəm. Ümumi gəlir əyrimiz buna oxşayır. Əgər cəbr dərsi keçmisinizsə, bunun aşağı meyilli parabola olduğunu bilərsiniz. Ümumi gəlir buna oxşayır. Nöqtəli xəttlə əyri çəkmək mənim üçün daha asandır. Ümumi gəlirimiz buna oxşayır. Bunu hətta riyazi həll edərək aşağı meyilli parabola olduğunu göstərə bilərsiniz. Buradakı tələb əyrisinin düsturunda y oxunu kəsən nöqtə 6-dır. Əgər qiyməti miqdarın funksiyası kimi göstərmək istəsəm, qiymət bərabərdir 6 çıx miqdar olacaq. Onu daha ənənəvi əmsal, kəsişmə nöqtəsi formasında, və ya mx+b formasında yazmaq istəsəniz-- və sizə məntiqli gəlməsə cəbr mövzularına yenidən baxa bilərsiniz-- p bərabərdir mənfi q üstəgəl 6 kimi yaza bilərsiniz. Aydındır ki, bunlar tam eyni şeylərdir. Sizdə y oxunu kəsdiyi nöqtə-6 və mənfi 1 əmsal var. Miqdarı 1 vahid artırmaq istəsəniz, qiyməti 1 vahid azaldırsınız. Ya da başqa cür düşünsək, qiyməti 1 vahid azaltsanız, miqdarı 1 vahid artırırsınız. Yəni buna görə əmsal mənfi birdir. Bu, qiymətin miqdar funksiyasıdır. Ümumi gəlir nədir? Ümumi gəlir qiymət vurulsun miqdardır. Amma biz qiyməti miqdarın funksiyası kimi yaza bilərik. Biz indi onu etdik. Bu odur. Yəni biz onu yenidən yaza bilərik, ya da hətta belə yaza bilərik. Qiymət hissəsini yenidən yaza bilərik. Bu, mənfi q üstəgəl 6, vurulsun miqdara bərabər olacaq. Bu, ümumi gəlirə bərabər olacaq. Sonra bunu vursanız, ümumi gəlir bərabərdir q dəfə q mənfi, yəni mənfi q kvadartı üstəgəl 6q alarsınız. Bu tanış gələ bilər. Bu açıq şəkildə kvadratikdir. Burada əvvəldə-Q kvadaratından əvvəl mənfi olduğundan bu aşağı açılan paraboladır. Bu, məntiqlidir. Videonu burada dayandıracağam. Çünki mən çalışıram ki, videolar çox uzun olmasın. Amma gələn videoda biz bu miqdarların hamısında nə qədər marjinal gəlir aldığımızı düşünəcəyik. Təkrar üçün marjinal gəlir ümumi gəlirdəki dəyişmə bölünsün, miqdardakı dəyişməyə bərabərdir. Ya da başqa yolla düşünsək, marjinal gəlir bu nöqtələrdəki toxunanın əmsalıdır. Siz toxunan xəttin əmsallarını tapmaq üçün bir az hesablama etməlisiniz. Amma biz onu bir az cəbr ilə yuvarlaqlaşdıracayıq. Amma əsasən istədiyimiz əmsalı tapmaqdır. Yəni əgər biz 1000 kq satarkən marjinal gəliri tapmaq istəsək-- yəni məhsulu bir az artıranda ümumi gəlirimiz tam olaraq nə qədər artar? Əgər digər milyonuncu kq portağalı satmağa başlasaq-- nə baş verəcək? Yəni biz hər hansı nöqtədə toxunan xəttin əmsalını tapırıq. Onu görə bilərsiniz. Çünki ümumi gəlirdəki dəyişmə budur. Miqdardakı dəyişmə isə oradakıdır. Biz o nöqtədəki ani əmsalı tapmağa çalışırıq. Siz onu toxunan xəttin əmsalı kimi düşünə bilərsiniz. Gələn videoda onu etməyə davam edəcəyik.