Bu videoda düşünmək istədiyim odur ki, bizim nəyinsə üzərində monopoliyamız var, və bu nümunədə, bu videoda, portağal üzərində monopoliyamız olacaq. Portağalda monopoliya və bazarda portağal üçün tələb əyrimiz olduğunu nəzərə alsaq, faydalarımızı necə maksimum edə bilərik? Və bu suala cavab vermək üçün biz müxtəlif miqdarlarda ümumi gəlirimiz haqda düşünəcəyik. Və ondan müxtəlif miqdarlar üçün marjinal gəlir alacayıq. Sonra onu marjinal dəyər əyrimizlə müqayisə edə bilərik. Və bu bizə hərşeyi optimallaşdırmaq üçün hansı miqdarda istehsal etməli olduğumuzu göstərəcək. Beləliklə, gəlin birinci ümumi gəlirimizi tapaq. Aydındır ki, biz heç istehsal etməsək 0 miqdarda istehsal etsək, satmağa birşeyimiz olmayacaq. Ümumi gəlir qiymət vurulsun miqdardır. Sizin qiymət 6-dır amma miqdar 0-dır. Yəni sizin ümumi gəlir 0 olacaq, əgər heçnə istehsal etməsəniz. Əgər 1 vahid istehsal etsəniz-- və buradakı əslində günə 1000 funtdur. Və biz bir vahidə günə 1000 funt deyəcəyik. 1 vahid istehsal etsəniz, onda ümumi gəlir 1 vahid vurulsun funtu 5$. Yəni bu əslində 5$ vurulsun 1000, 5000$ olacaq. Və siz buna buradakı sahə kimi baxa bilərsiniz. Hündürlük qiymətdir və eni miqdardır. Amma biz onu 5 vur 1 kimi yaza bilərik Əgər 1 vahid istehsal etsəniz 5000$ alacaqsınız. Yəni buradakı min dollarladır. Və buradakı min funtladır. Sadəcə buradakı ilə uyğun olduğumuza əmin olmaq üçün. Gəlin davam edək. Beləliklə bu nöqtə idi, ya da biz 1000 funt istehsal edəndə 5000$ alırıq. Əgər 2000 funt istehsal etsək, indi qiymət 4$ olacaq. Ya da deyək ki qiymət 4$ olanda biz 2000 funt sata bilərik, bu tələb əyrisinə əsasən. Və bizim ümumi gəlir buradakı düzbucaqlının sahəsi olacaq. Hündürlük qiymət, en isə miqdardır. 4 vurulsun 2 8-dir. Yəni əgər 2000 funt istehsal etsəm mən 8000$ ümumi gəlir alacam. Beləliklə bu 7 və 1/2, 8 bizi təxminən tam buraya qoyacaq. Və sonra biz davam edirik. Əgər qiymət funtu 3$ olarsa mən 3000 funt sata bilərəm mənim ümumi gəlirim buradakı düzbucaqlıdır. 3$ vurulsun 3 9000$-dır. Yəni əgər 3000 funt istehsal etsəm mən 9000$ ümumi gəlir alacam. Yəni tam orada. Və gəlin davam edək. qiymət funtu 2$ olarsa mən 4000 funt sata bilərəm. Mənim ümumi gəlirim 2$ vurulsun 4 hansı ki 8000$-dır. Yəni əgər mən 4000 funt istehsal etsəm 8000$ ümumi gəlir alaram. Bu hətta oradakı ilə olmalıdır, onun kimi. Və sonra əgər qiymət funtu 1$ olsa mən 5000 funt sata bilərəm. Mənim ümumi gəlirim 1$ vurulsun 5 ya da 5000$ olacaq. Və o hətta buradakı ilə olacaq. Beləliklə əgər 5000 vahid istehsal etsəm 5000$ gəlir ala bilərəm. Və əgər qiymət 0 olsa, bazar günə 6000 funt tələb edəcək pulsuz olarsa. Amma mən gəlir əldə etməyəcəm çünki onu pulsuz verəcəyəm. Beləliklə bu vəziyyətdə mənim gəlir əldə etməyəcəm. Beləliklə ümumi gəlir əyrimiz buna oxşayır-- və əgər Cəbr dərsi keçmisinizsə bunun aşağı meyilli parabola olduğunu bilərsiniz-- bizim ümumi gəlir buna oxşayır. Nöqtəli xəttlə əyri çəkmək mənim üçün daha asandır. Bizim ümumi gəlir bunu kimi birşeyə oxşayır. Və siz bunu hətta riyazi həll edərək aşağı meyilli parabola olduğunu göstərə bilərsiniz. burdakı tələb əyrisinin düsturu, y-kəsişəni 6-dır. Əgər qiyməti miqdarın funksiyası kimi göstərmək istəsəm, qiymət bərabərdir 6 minus miqdar. Ya da onu daha ənənəvi əmsal kəsişmə formasında, və ya mx+b formasında yazmaq istəsəniz-- və sizə məntiqli gəlməsə cəbr mövzularına yenidən baxa bilərsiniz-- p bərabərdir mənfi q plus 6 kimi yaza bilərsiniz. Aydındır ki, bunlar tam eyni şeylərdir. Sizdə 6 y-kəsişmə və mənfi 1 əmsal var. Miqdarı 1 artırmaq istəsəniz, qiyməti 1 azaldırsınız. Ya da başqa cür düşünsək, qiyməti 1 azaltsanız miqdarı 1 artırırsınız. Yəni buna görə əmsal mənfi birdir. beləliklə bu qiymətin miqdar funksiyasıdır. Ümumi gəlir nədir? Yaxşı, ümumi gəlir qiymət vurulsun miqdardır. Amma biz qiyməti miqdarın funksiyası kimi yaza bilərik. Biz indi onu etdik. Bu odur. Yəni biz onu yenidən yaza bilərik, ya da hətta belə yaza bilərik, biz qiymət hissəsini yenidən yaza bilərik-- bu mənfi q plus 6 vurulsun miqdara bərabər olacaq. Və bu ümumi gəlirə bərabər olacaq. Və sonra bunu vursanız, ümumi gəlir bərabərdir q dəfə q mənfi q kvadartı plus 6 plus 6q alarsınız. Beləliklə bunu tanıya bilərsiniz. Bu açıq şəkildə kvadratikdir. Burda əvvəldə mənfi olduğundan Q kvadaratından əvvəl, bu aşağı açılan paraboladır. Beləliklə, bu tamamilə mənalıdır. İndi mən sizi bu videoda orada qoyacağam Çünki mən çalışıram ki videolar çox uzun olmasın. Amma gələn videoda biz bu miqdarların hamısında nə qədər marjinal gəlir aldığımızı düşünəcəyik. Və sadəcə baxış üçün, marjinal gəlir ümumi gəlirdəki dəyişmə bölünsün miqdardakı dəyişməyə bərabərdir. Ya da başqa yolla düşünsək, bu miqdarların birində marjinal gəlir toxunan xəttin həmin nöqtədə əmsalıdır. Və siz həqiqətən toxunan xəttin əmsallarını hesablamaq üçün biraz hesablama etməlisiniz. Amma biz onu bir az cəbr ilə yuvarlaqlaşdıracayıq. Amma bizim əsasən istədiyimiz əmsalı tapmaqdır Yəni əgər biz 1000 funt satarkən marjinal gəliri tapmaq istəsək-- yəni artıranda ümumi gəlirimiz tam olaraq nə qədər çox artır, Əgər digər milyonuncu funt portağalı satmağa başlasaq-- nə baş verəcək? Yəni bizim əsasən etdiyimiz hər hansı nöqtədə toxunan xəttin əmsalını tapmaqdır. Və onu görə bilərsiniz Çünki ümumi gəlirdəki dəyişmə budur və miqdardakı dəyişmə oradakıdır. Beləliklə, biz o nöqtədəki ani əmsalı tapmağa çalışırıq, ya da siz onu toxunan xəttin əmsalı kimi düşünə bilərsiniz. Və gələn videoda onu etməyə davam edəcəyik.