Bu videoda düşünmək istədiyim
odur ki,
bizim nəyinsə üzərində monopoliyamız var,
və bu nümunədə,
bu videoda,
portağal üzərində
monopoliyamız olacaq.
Portağalda monopoliya
və bazarda portağal
üçün tələb əyrimiz olduğunu
nəzərə alsaq, faydalarımızı
necə maksimum edə bilərik?
Və bu suala cavab vermək üçün
biz müxtəlif miqdarlarda
ümumi gəlirimiz haqda
düşünəcəyik.
Və ondan müxtəlif
miqdarlar üçün
marjinal gəlir alacayıq.
Sonra onu marjinal dəyər
əyrimizlə müqayisə edə bilərik.
Və bu bizə hərşeyi
optimallaşdırmaq
üçün hansı miqdarda istehsal etməli
olduğumuzu göstərəcək.
Beləliklə, gəlin birinci
ümumi gəlirimizi tapaq.
Aydındır ki, biz heç
istehsal etməsək
0 miqdarda istehsal etsək,
satmağa birşeyimiz olmayacaq.
Ümumi gəlir qiymət
vurulsun miqdardır.
Sizin qiymət 6-dır amma
miqdar 0-dır.
Yəni sizin ümumi gəlir 0 olacaq, əgər
heçnə istehsal etməsəniz.
Əgər 1 vahid istehsal etsəniz--
və buradakı
əslində günə 1000 funtdur.
Və biz bir vahidə günə 1000
funt deyəcəyik.
1 vahid istehsal etsəniz,
onda ümumi gəlir
1 vahid vurulsun funtu 5$.
Yəni bu əslində 5$ vurulsun 1000,
5000$ olacaq.
Və siz buna buradakı
sahə kimi baxa bilərsiniz.
Hündürlük qiymətdir və
eni miqdardır.
Amma biz onu 5 vur 1 kimi
yaza bilərik
Əgər 1 vahid istehsal etsəniz
5000$ alacaqsınız.
Yəni buradakı min dollarladır.
Və buradakı min funtladır.
Sadəcə buradakı ilə uyğun olduğumuza
əmin olmaq üçün.
Gəlin davam edək.
Beləliklə bu nöqtə idi, ya da
biz 1000 funt istehsal edəndə
5000$ alırıq.
Əgər 2000 funt istehsal etsək,
indi qiymət 4$ olacaq.
Ya da deyək ki qiymət 4$ olanda
biz 2000 funt sata bilərik,
bu tələb əyrisinə əsasən.
Və bizim ümumi gəlir
buradakı
düzbucaqlının sahəsi olacaq.
Hündürlük qiymət,
en isə miqdardır.
4 vurulsun 2 8-dir.
Yəni əgər 2000 funt istehsal etsəm
mən 8000$ ümumi gəlir alacam.
Beləliklə bu 7 və 1/2,
8 bizi təxminən
tam buraya qoyacaq.
Və sonra biz davam edirik.
Əgər qiymət funtu 3$ olarsa
mən 3000 funt sata bilərəm
mənim ümumi gəlirim
buradakı düzbucaqlıdır.
3$ vurulsun 3 9000$-dır.
Yəni əgər 3000 funt istehsal etsəm
mən 9000$ ümumi gəlir alacam.
Yəni tam orada.
Və gəlin davam edək.
qiymət funtu 2$ olarsa
mən 4000 funt sata bilərəm.
Mənim ümumi gəlirim 2$
vurulsun 4 hansı ki 8000$-dır.
Yəni əgər mən 4000 funt istehsal etsəm
8000$ ümumi gəlir alaram.
Bu hətta oradakı ilə olmalıdır,
onun kimi.
Və sonra əgər qiymət funtu 1$ olsa
mən 5000 funt sata bilərəm.
Mənim ümumi gəlirim 1$ vurulsun 5
ya da 5000$ olacaq.
Və o hətta buradakı ilə olacaq.
Beləliklə əgər 5000 vahid istehsal etsəm
5000$ gəlir ala bilərəm.
Və əgər qiymət 0 olsa, bazar
günə 6000 funt tələb edəcək
pulsuz olarsa.
Amma mən gəlir əldə etməyəcəm çünki
onu pulsuz verəcəyəm.
Beləliklə bu vəziyyətdə
mənim gəlir əldə etməyəcəm.
Beləliklə ümumi gəlir əyrimiz
buna oxşayır-- və əgər
Cəbr dərsi keçmisinizsə bunun
aşağı meyilli parabola olduğunu
bilərsiniz-- bizim ümumi gəlir
buna oxşayır.