Son videoda qaldığımız yerdə Toussaint Louvertur Leclercin tərəfində olduğu üçün, daha doğrusu Leclercə üsyan etməyi dayandırdığı üçün sağ qolu olan adamları tərəfindən xəyanətə uğramışdı, bu da insanları Leclercin o qədər də pis insan olmadığına, quldarlığı geri gətirmək və Afrika əsilli azad insanları hüquqlarından məhrum etmək niyyətində olmadığına inandırmışdı. Bu Leclercin başqa bir şəkilidir. Bu Leclercdir. Buna görə də sağ qollarından vaz keçməli oldu. Leclerclə danışıqlar aparmağa getdi, Leclerc isə onu həbs etdi, bir qayığa mindirib Fransaya göndərdi və o, növbəti il 1803-cü ildə öldü. Beləliklə, o xəyanətə uğrayır. O həqiqətən də yalnız Haiti tarixində yox ümumilikdə vacib liderlərdən biri idi. - Əvvəl də dediyim kimi, o hakimiyyətə gələndə ağdərili əhalidən intiqam almamışdı. Haiti iqtisadiyyatının dirçəlməsinə kömək etmişdi. İndiki Haiti, o zaman Santo-Dominqo adlanan əraziləri Britaniya donanmasına qarşı müdafiə etmişdi. Bunu qeyd etməyi unutmuşdum. Britaniya donanmasına qarşı müdafiə etmişdi, o vaxt bu dünyada ən üstün donanma idi. Ona böyük general olaraq yalnız rəqabət axtarmaması, kəskin taktikaları olması və düşmənlərini məhv etməsindən əlavə, belə bir şöhrət qazandıran həm də bu idi. Beləliklə, o xəyanətə uğrayır və Leclercin həqiqətən də şeytan buynuzlarına layiq olduğunu göstərmək üçün-- buna baxmayaraq, biz indi şeytan buynuzlarına daha çox layiq olan biri ilə tanış olmaq üzrəyik, ya da ona layiq olan biri üçün əlaltı idi desəm daha düz olar-- 1802-ci ilin mayında Napoleon köləliyi aradan qaldırılmadığı yerlərdə bərpa edən qanun qəbul edir. Bu biraz qeyri-müəyyən idi. Bəzi bölgələr var idi ki, köləlik ortadan qaldırılmamışdı. Bunlara Martinikadakı, Sent-Lüsiyadakı və Tobaqodakı fransız koloniyaları aiddir. Lakin Haitidə-- daha doğrusu o zamankı Santo-Dominqoda-- işlər biraz qarışıq idi. Köləlik ləğv olunmuşdu, yoxsa hələ də qalmaqda idi? Görünür ki, Haitidə qullar azad idi. Yəni bunun Haiti üçün tam olaraq nə mənaya gəldiyi dəqiq deyildi, bununla yanaşı, Haiti əhalisi bunun baş verdiyindən belə xəbərsiz idi. Bu 1802-ci ilin mayında idi. Dəqiqləşdirsək, Napoleon Leclercə uyğun bir vaxtda köləliyi geri gətirmək üçün qeyd göndərdi. Bu insanlar zarafat etmirdilər. Onlar vəziyyətdən xəbərdar idilər. Onlar bilirdi ki, Haitidə nəzarəti əldə saxlamaq üçün Toussaint Louverturun keçmiş generallarına, sağ qollarına ehtiyacları olacaq. Lakin bütün bu vaxt ərzində əsas niyyət üstünlük qazandıqda köləliyi yenidən bərpa etmək və ağdərili olmayan insanların hüquqlarını əlindən almaq idi. Artıq bu adamlar da ağılsız deyildilər. Dessalinesi xatırlayarsınız. Bu onun şəkillərindən biridir. O da keçmiş kölə idi və eyni zamanda Toussaint Louverturun sağ qollarından biri və çox bacarıqlı bir general idi. Xatırlaya biləcəyiniz kimi, Leclercə qarşı mübarizənin sonuna yaxın döyüşü dayandırıb Toussaint Louvertura yönəldiyini deyə bilərik. Lakin o və Louverturun digər keçmiş izləyiciləri olacaqları görə bilirdi. O gizli qeydə müdaxilə etməklərinə belə ehtiyac yox idi. Martinika, Tobaqo və Sent-Lüsiyadan köləliyin geri gətirələcəyinə dair xəbər aldılar. O zamanlar fransızlar köləlik məsələrinə gəldikdə bəhsə girə biləcəyiniz yaxud güvənə biləcəyiniz insanlar deyildilər. Beləliklə, Dessalines və yoldaşları yenidən silahlandılar. Dessalines Troussaint Louverturdan çox fərqli biri idi. - Tək oxşarlıq o idi ki, hər ikisi güclü hərbi əsgərlər idi. Ən böyük fərqlilik isə Dessalinesin geri çəkiləcək biri olmaması idi. O göz qarşılığında göz almaqdan qorxmurdu, deyə bilərik. Yəni burada, qulların üsyan ordusunun başında Dessalines var idi. Digər tərəfdə isə 40,000 əsgərlik qoşunu ilə Napoleon ilə birlikdə Leclerc var idi. Ancaq Dessalinesin bəxtindən, sarı qızdırma-- bu əslində o qədər də bəxt deyil. Hər tərəfdə insanlar öldü. Ancaq bu, mübaribənin gedişatını adadakı Afrika əsilli insanların lehinə çevirdi. Sarı qızdırma adanı bürüdü, Leclerci öldürdü və iyirmi minə yaxın-- ya da oxuduğum rəqəmə görə 24,000-- fransız əsgərinin axırına çıxdı, digər 8,000 xəstəxanaya aparıldı. Bu 32,000 əsgərin xidmətdən çıxması deməkdir, beləliklə, geriyə 8,000 əsgər qalır. Bu birdən-birə gedişatı tamamilə dəyişdirir, üsyançı ordunun vuruşmalı olduğu qüvvələrdə rəqəmlər dəyişdi. Lakin vəziyyət o qədər də yaxşı deyildi çünki Leclerc-- qeyd etdiyim kimi, ona kiçik şeytan buynuzları vermişdim-- o daha böyük şeytan buynuzlarına layiq Rochambeau adlı biri tərəfindən əvəz olundu. Onu Amerika İnqilabının qəhrəmanı olan və onunla eyni ada sahib olan atası ilə qarışdırmaq olmaz. O amerikalıların tərəfində Fransa üçün vuruşmuşdu. Anladığım qədəri ilə yaxşı birinə oxşayırdı. Lakin oğlu həqiqətən pis biri idi. Tarixdə birmənalı olaraq pis deyə biləcəyiniz çox az adam var. O isə onlardan biridir. Artıq bir növ çarəsiz vəziyyətdə idi, qüvvələri sarı qızdırmadan məhv olmuşdu, olduqca aqressiv bir düşmənlə mübarizə aparırdı, o müəyyən-- bunları yazım, çünki həqiqətən dəhşətli idilər. Afrikalıları basdırırdı-- ya da təxminimcə, Afrikalı amerikalılar deməliyəm. Keçmiş kölələri ya da Afrika əsilli insanları basdırırdı-- canlı olaraq həşərat çuxurlarına basdırırdı. İnsanları bəkməzdə canlı-canlı qaynadırdı. Oxuduğum bir məqalədə deyirdi ki, bir nöqtədə o evində bal keçirir və bütün nüfuzlu, qarışıq irqli insanları çağırıb, gecə yarısı olduğunda əmr verirdi ki, bütün bu insanlar qətl olunsun. - Bu qəddarlığının tək sərhədi ələ keçirə bildiyi insanlar idi, xüsusilə Afrika əsilli insanlar. Zülmünün tək müsbət tərəfi o idi ki, ilk dəfə Afrika əsilli əhalini adada birləşdirmişdi. Beləliklə, o, kölələri, keçmiş kölələri və qarışıq irqli insanları birləşdirmişdi. Eyni vaxtda biz indi 1803-cü ildəyik. Daha öncə də dediyim kimi, Britaniya ilə hələ də müharibədəyik. Britaniya-- bunu daha öncə qeyd edtmişdim-- onlar dünyadakı ən üstün donanmaya sahib idi. Bu adam, nə qədər pis və qəddar olsa da, Dessalineslə üzləşmək məcburiyyətində olacaqdısa, Napoleonun dəstəyinə ehtiyacı var idi. Bunu aydın ifadə eləyim. Dessalines, daha öncə də qeyd etdiyim kimi göz qarşılığında göz almağa hazır idi. Bir hadisə zamanı, Rochambeau 500 üsyançı məhbusu diri-diri basdırdı, sonra isə Dessalines gedib 500 fransız məhbusunu asdı. Yəni o qandan utanan biri deyildi. - Bu Toussaint Louverturdan fərqli bir cəhət idi. Bu bir növ dərsdir. Əgər bir düşmənlə döyüşürsüzsə, düşməninizin daha məqbul liderlərini aradan çıxarsanız, onlara xəyanət etsəniz, özünüzə oxşar bir lider və qəddarlığınız ortaya çıxa bilər. - Hər nəysə, bu qədər şərh bəsdi. Beləliklə, səhnə quruldu. Britaniya ilə müharibə. Britaniya dənizlərdə, xüsusilə Karib dənizində hökmranlıq edirdi. Bu adamın keçmiş kölə üsyanlarının liderinə qarşı dəstəyə ehtiyacı var. Napoleon onun itkilərini azaldan biri kimi bilinir. O bunu Misirdəki qoşunları ilə etdi. O, fərdləri həqiqətən vecinə alan biri deyildi. Ona daha çox eqosu və gücü vacib idi. Beləliklə, Napoleon onları yarı yolda buraxır. Napoleon baş verəcəkləri görə bilirdi. O Britaniya donanmasından qurtula bilməyəcəkdi. Eyni vaxtda Napoleon avropada bütün bu müharibələrdə mübarizə aparırdı. Xatırlayacağınız kimi, Fransa inqilabı Fransanın müflisləşməsi ilə sürətləndi. Beləliklə, Napoleon bu adamdan əl çəkməkdən əlavə-- o isə sonda layiq olduğunu alır-- Napoleon həm də qərb yarımkürəsində hər hansı hakimiyyət yaxud koloniya saxlamaqdan da əl çəkir. Bundan əlavə, pul yığmaq üçün Napoleon Luiziananı da amerikalılara satır. Luiziana dedikdə yalnız Luiziana ştatının indiki vəziyyətindən danışmıram, hansı ki, bu qədər böyüklükdədir. Bura əslində mənim doğulduğum yerdir. Biz bütün-- hardasa Birləşmiş Ştatların 1/3-i qədər ərazi haqqında danışırıq. Bunun hamısını satmışdı. O çox çarəsiz vəziyyətdə idi. Bu ərazini 15 milyon dollara satmışdı, bu 60 milyon frankın qarşılığıdır. Öyrəndiyimə görə, bu günün pul dəyəri ilə ölçdükdə bu 10 milyard edir. Əgər kimsə sizə desə ki, 10 milyard qarşılığında ABŞ-ın 1/3-i sizin olacaq, bu çox yaxşı təklif olardı. - Bu günün pulu ilə 10 milyard. Beləliklə, 1803-cü ildə 15 milyon, bu gün üçün isə 10 milyard, yenə də böyük pul deyil, ancaq o çarəsiz idi. Britaniyanın dənizlərdə ağalıq etdiyi və Avropada öz problemləri ilə məşğul olduğu bir dönəmdə dünyanın o biri ucunda olan torpaqları nəzarətdə saxlaya bilməyəcəkdi. Beləliklə, bu, amerikalılar üçün yaxşı bir təklif oldu. Açığı, o buranı amerikalılara satmasaydı belə, ya britaniyalılar ya da amerikalılar buranı onsuz da alacaqdılar. Beləliklə, Napoleon tərəfindən kənarda buraxılan Dessalines Rochambeaunu məğlub edir və sonda Santo-Dominqonu azad edir. 1804-cü il, 1 yanvar. Dessalines onu azad elan edir, və yeni ölkəni yerli insanların adaya verdiyi ada uyğun olaraq Haiti adlandırır. Bu, dağlar ölkəsi mənasına gəlir. Bir qeyd etmək istəyirəm, çünki bunu bilməyə bilərsiz. Haiti hələ də çox kasıb bir ölkədir. Bununla yanaşı, Dessalinesdən sonra onun-- sonra bu haqda videolar çəkəcəm-- bir-birinin ardınca bir çox diktatorları oldu. İnsanlar çox çətin zamanlar keçirdi. Bunu göstərmək istəyirəm ki, həqiqətən pis bir başlanğıc etdilər. Çünki Dessalinesin 1804-cü ildə müstəqilliyini elan etməsinə baxmayaraq, Fransızlar Haitini 1805-ci ilə qədər-- üzr istəyirəm-- 1825-ci ilə qədər tanımadılar. Deyə bilərsiniz ki, tanımaqları kimin vecinədir? Keçmiş müstəmləkəçinin nə düşündüyü kimin vecinədir? Ancaq onlar Haitini tanıyana qədər ona embarqo tətbiq edirdilər. Haiti ilə hər hansı ticarət əlaqələri qurulmasına imkan vemirdilər. Beləlikə, bu işləri çətinləşdirirdi. Tanınmaq üçün isə Haiti Fransaya 90 milyon borc ilə razılaşmalı idi. Bunun nə qədər pul elədiyini aydınlaşdırsaq, bura kiçik bir adadır-- ya da adanın yarısı-- yeni azad olunmuş kölələrdən ibarətdir və onlar Fransaya borclu olurlar-- bu əslində ABŞ və Böyük Britaniya tərəfindən daha da gücləndirilir. Bu sizə hətta keçmiş düşmənlərin kiçik, yoxsul adaları sıxışdırmaq üçün necə bir araya gələ biləcəyini göstərir. Lakin onlar Fransaya Amerikanın Luiziana üçün ödədiyi puldan 1.5 dəfə çox borclu olacaqdılar. Bu 60 milyon frank idi. Bütün Luiziananı ələ keçirmişdilər. İndi isə Fransa Haitiyə deyirdi ki, bizə 90 milyon frank borclusan. Bu, bu günün pulu ilə təxminən 14 ya da 15 milyard dollar edir. Bu yarım milyon əhalisi olan yeni azad olunmuş kölələr üçün keçərli idi. Yəni bir növ dəhşətli miqdarda borc idi. Aydınlaşdırsaq, bu, 19-cu əsrin əvvəlində çılğın müstəmləkəçilərin bunu etməyə məcbur etməsi kimi deyildi. Bu borc faizlə birlikdə 1947-ci ilə qədər ödənmədi. Borc ödəməyə davam edirdilər. Yaraya duz bassaq, borcun səbəbinin əmlak itkisi olduğunu iddia edirdilər. Buna görə də Fransa iddia edirdi ki, Haiti onlara əmlak itkisi üçün pul borcludur. Əmlak itkisinin sırasına torpaq və qullar da daxil idi. İndi azadlığınıza qovuşduğunuza görə sizə sahib olma hüququnu itirdiyimiz üçün bizə xeyli pul borclusunuz. Bu bir növ yaraya duz basmaq kimi idi. Əslində bu rəqəmi ilk dəfə öyrənəndə çox təəccüblənmişdim ki, belə bir kasıb, kiçik ölkə azadlığını əldə etmək üçün inkişaf etmiş qərb ölkəsinə 1947-ci ilə qədər borc ödəməyə davam edib. -