Son videoda qaldığımız yerdə
Toussaint Louvertur
Leclercin tərəfində olduğu
üçün, daha doğrusu
Leclercə üsyan etməyi
dayandırdığı üçün
sağ qolu olan adamları tərəfindən
xəyanətə uğramışdı,
bu da insanları Leclercin o
qədər də pis insan olmadığına,
quldarlığı geri gətirmək
və Afrika əsilli azad insanları
hüquqlarından məhrum etmək
niyyətində olmadığına inandırmışdı.
Bu Leclercin başqa
bir şəkilidir.
Bu Leclercdir.
Buna görə də sağ qollarından
vaz keçməli oldu. Leclerclə
danışıqlar aparmağa getdi,
Leclerc isə onu həbs etdi
bir qayığa mindirib Fransaya
göndərdi və o, növbəti il
1803-cü ildə öldü.
Beləliklə, o xəyanətə uğrayır.
O həqiqətən də yalnız Haiti
tarixində yox ümumilikdə
vacib liderlərdən biri idi.
-
Əvvəl də dediyim kimi, o
hakimiyyətə gələndə ağdərili
əhalidən intiqam almamışdı.
Haiti iqtisadiyyatının
dirçəlməsinə kömək etmişdi.
İndiki Haiti, o zaman
Santo-Dominqo adlanan
əraziləri Britaniya donanmasına
qarşı müdafiə etmişdi.
Bunu qeyd etməyi unutmuşdum.
Britaniya donanmasına qarşı
müdafiə etmişdi, o vaxt bu
dünyada ən üstün
donanma idi.
Ona böyük general olaraq
yalnız rəqabət axtarmaması,
kəskin taktikaları olması
və düşmənlərini məhv
etməsindən əlavə, belə
bir şöhrət qazandıran
həm də bu idi.
Beləliklə, o xəyanətə uğrayır və
Leclercin həqiqətən də şeytan
buynuzlarına layiq olduğunu
göstərmək üçün--
buna baxmayaraq, biz indi
şeytan buynuzlarına daha
çox layiq olan biri ilə
tanış olmaq üzərəyik,
ya da ona layiq olan biri üçün
əlaltı idi desəm daha düz olar--
1802-ci ilin mayında Napoleon
köləliyi aradan qaldırılmadığı
yerlərdə bərpa edən
qanun qəbul edir.
Bu biraz qeyri-müəyyən idi.
Bəzi bölgələr var
idi ki, köləlik ortadan
qaldırılmamışdı.
Bunlara Martinikadakı,
Sent-Lüsiyadakı və
Tobaqodakı fransız koloniyaları aiddir.
Lakin Haitidə-- daha doğrusu
o zamankı Santo-Dominqoda
işlər biraz qarışıq idi.
Köləlik ləğv olunmuşdu, yoxsa
hələ də qalmaqda idi?
Görünür ki, Haitidə
qullar azad idi.
Yəni bunun Haiti üçün tam
olaraq nə mənaya
gəldiyi dəqiq deyildi, bununla
yanaşı, Haiti əhalisi bunun
baş verdiyindən belə xəbərsiz idi.
Bu 1802-ci ilin mayında idi.
Dəqiqləşdirsək, Napoleon
Leclercə uyğun bir vaxtda
köləliyi geri gətirmək üçün
qeyd göndərdi.
Bu insanlar zarafat
etmirdilər.
Onlar vəziyyətdən xəbərdar idilər.
Onlar bilirdi ki, Haitidə
nəzarəti əldə saxlamaq
üçün Toussaint Louverturun
keçmiş generallarına, sağ
qollarına ehtiyacları olacaq.
Lakin bütün bu vaxt
ərzində əsas niyyət
üstünlük qazandıqda köləliyi
yenidən bərpa etmək və
ağdərili olmayan insanların
hüquqlarını əlindən almaq idi.
Artıq bu adamlar da ağılsız
deyildilər.
Dessalinesi xatırlayarsınız.
Bu onun şəkillərindən biridir.
O da keçmiş kölə idi və eyni zamanda
Toussaint Louverturun sağ qollarından
biri və çox bacarıqlı
bir general idi.
Xatırlaya biləcəyiniz kimi, Leclercə
qarşı mübarizənin sonuna yaxın
döyüşü dayandırıb
Toussaint Louvertura
yönəldiyini deyə bilərik.
Lakin o və Louverturun
digər keçmiş izləyiciləri
olacaqları görə bilirdi.
O gizli qeydə müdaxilə
etməklərinə belə ehtiyac yox idi.
Martinika, Tobaqo və
Sent-Lüsiyadan köləliyin
geri gətirələcəyinə dair
xəbər aldılar.
O zamanlar fransızlar köləlik
məsələrinə gəldikdə bəhsə
girə biləcəyiniz yaxud güvənə
biləcəyiniz insanlar deyildilər.
Beləliklə, Dessalines və yoldaşları
yenidən silahlandılar.
Dessalines Troussaint Louverturdan
çox fərqli biri idi.
-
Tək oxşarlıq o idi ki,
hər ikisi güclü hərbi
əsgərlər idi.
Ən böyük fərqlilik isə
Dessalinesin geri çəkiləcək
biri olmaması idi.
O göz qarşılığında göz
almaqdan
qorxmurdu, deyə bilərik.
Yəni burada, qulların
üsyan ordusunun başında
Dessalines var idi.
Digər tərəfdə isə 40,000
əsgərlik qoşunu ilə Napoleon
ilə birlikdə Leclerc var idi.
Ancaq Dessalinesin
bəxtindən, sarı qızdırma--
bu əslində o qədər də bəxt deyil.
Hər tərəfdə insanlar öldü.
Ancaq bu, mübaribənin
gedişatını adadakı Afrika
əsilli insanların lehinə
çevirdi.
Sarı qızdırma adanı bürüdü,
Leclerci öldürdü və
iyirmi minə yaxın-- ya da
oxuduğum rəqəmə görə
24,000-- fransız əsgərinin
axırına çıxdı, digər 8,000
xəstəxanaya aparıldı.
Bu 32,000 əsgərin xidmətdə
çıxması deməkdir, beləliklə,
geridə 8,000 əsgər qalır.
Bu birdən-birə gedişatı
tamamilə dəyişdirir,
üsyançı ordunun vuruşmalı
olduğu qüvvələrdə
rəqəmlər dəyişdi.
Lakin işlər o qədər də
yaxşı deyildi çünki Leclerc--
qeyd etdiyim kimi, ona kiçik
şeytan buynuzları vermişdim--
o daha böyük şeytan buynuzlarına
layiq Rochambeau
adlı biri tərəfindən əvəz olundu.
Onu Amerika İnqilabının
qəhrəmanı olan və onunla
eyni ada sahib olan atası
ilə qarışdırmaq olmaz.
O amerikalıların tərəfində
Fransa üçün vuruşmuşdu.
O anladığım qədəri ilə
yaxşı birinə oxşayırdı.
Lakin oğlu həqiqətən pis biri idi.
Tarixdə birmənalı olaraq pis
deyə biləcəyiniz çox az
adam var.
O isə onlardan biridir.
Artıq bir növ çarəsiz
vəziyyətdə idi, qüvvələri
sarı qızdırmadan məhv olmuşdu,
olduqca aqressiv bir
düşmənlə mübarizə aparırdı,
o müəyyən-- bunları
yazım, çünki həqiqətən
dəhşətli idilər.
Afrikalıları basdırırdı--
ya da təxminimcə,
Afrikalı amerikalılar deməliyəm.
Keçmiş kölələri ya da Afrika
əsilli insanları basdırırdı--
canlı olaraq həşərat
çuxurlarına basdırırdı.
İnsanları bəkməzdə
canlı-canlı qaynadırdı.
Oxuduğum bir məqalədə
deyirdi ki, bir nöqtədə o
evində bal keçirir və bütün nüfuzlu,
qarışıq irqli insanları çağırıb,
gecə yarısı olduğunda əmr
verirdi ki, bütün bu insanlar
qətl olunsun.
-
Bu qəddarlığının tək sərhədi
ələ keçirə bildiyi insanlar idi,
xüsusilə Afrika əsilli
insanlar.
Zülmünün tək müsbət tərəfi
o idi ki, ilk dəfə
Afrika əsilli əhalini adada
birləşdirmişdi.
Beləliklə, o, kölələri, keçmiş
kölələri və qarışıq irqli insanları
birləşdirmişdi.
Eyni vaxtda biz indi
1803-cü ildəyik.
Daha öncə də dediyim kimi,
Britaniya ilə hələ də müharibədəyik.
Britaniya-- bunu daha öncə
qeyd edtmişdim-- onlar
dünyadakı ən üstün
donanmaya sahib idi.
Bu adam, nə qədər pis və
qəddar olsa da, Dessalineslə
üzləşmək məcburiyyətində
olacaqdısa, Napoleonun
dəstəyinə ehtiyacı var idi.
Bunu aydın ifadə eləyim.
Dessalines, daha öncə də
qeyd etdiyim kimi göz
qarşılığında göz almağa hazır idi.
Bir hadisə zamanı, Rochambeau
500 üsyançı məhbusu diri-diri
basdırdı, sonra isə Dessalines
gedib 500 fransız məhbusunu asdı.
Yəni o qandan utanan
biri deyildi.
-
Bu Toussaint Louverturdan
fərqli bir cəhət idi.
Bu bir növ dərsdir.