Son videoda qaldığımız yerdə Toussaint Louvertur Leclercin tərəfində olduğu üçün, daha doğrusu Leclercə üsyan etməyi dayandırdığı üçün sağ qolu olan adamları tərəfindən xəyanətə uğramışdı, bu da insanları Leclercin o qədər də pis insan olmadığına, quldarlığı geri gətirmək və Afrika əsilli azad insanları hüquqlarından məhrum etmək niyyətində olmadığına inandırmışdı. Bu Leclercin başqa bir şəkilidir. Bu Leclercdir. Buna görə də sağ qollarından vaz keçməli oldu. Leclerclə danışıqlar aparmağa getdi, Leclerc isə onu həbs etdi bir qayığa mindirib Fransaya göndərdi və o, növbəti il 1803-cü ildə öldü. Beləliklə, o xəyanətə uğrayır. O həqiqətən də yalnız Haiti tarixində yox ümumilikdə vacib liderlərdən biri idi. - Əvvəl də dediyim kimi, o hakimiyyətə gələndə ağdərili əhalidən intiqam almamışdı. Haiti iqtisadiyyatının dirçəlməsinə kömək etmişdi. İndiki Haiti, o zaman Santo-Dominqo adlanan əraziləri Britaniya donanmasına qarşı müdafiə etmişdi. Bunu qeyd etməyi unutmuşdum. Britaniya donanmasına qarşı müdafiə etmişdi, o vaxt bu dünyada ən üstün donanma idi. Ona böyük general olaraq yalnız rəqabət axtarmaması, kəskin taktikaları olması və düşmənlərini məhv etməsindən əlavə, belə bir şöhrət qazandıran həm də bu idi. Beləliklə, o xəyanətə uğrayır və Leclercin həqiqətən də şeytan buynuzlarına layiq olduğunu göstərmək üçün-- buna baxmayaraq, biz indi şeytan buynuzlarına daha çox layiq olan biri ilə tanış olmaq üzərəyik, ya da ona layiq olan biri üçün əlaltı idi desəm daha düz olar-- 1802-ci ilin mayında Napoleon köləliyi aradan qaldırılmadığı yerlərdə bərpa edən qanun qəbul edir. Bu biraz qeyri-müəyyən idi. Bəzi bölgələr var idi ki, köləlik ortadan qaldırılmamışdı. Bunlara Martinikadakı, Sent-Lüsiyadakı və Tobaqodakı fransız koloniyaları aiddir. Lakin Haitidə-- daha doğrusu o zamankı Santo-Dominqoda işlər biraz qarışıq idi. Köləlik ləğv olunmuşdu, yoxsa hələ də qalmaqda idi? Görünür ki, Haitidə qullar azad idi. Yəni bunun Haiti üçün tam olaraq nə mənaya gəldiyi dəqiq deyildi, bununla yanaşı, Haiti əhalisi bunun baş verdiyindən belə xəbərsiz idi. Bu 1802-ci ilin mayında idi. Dəqiqləşdirsək, Napoleon Leclercə uyğun bir vaxtda köləliyi geri gətirmək üçün qeyd göndərdi. Bu insanlar zarafat etmirdilər. Onlar vəziyyətdən xəbərdar idilər. Onlar bilirdi ki, Haitidə nəzarəti əldə saxlamaq üçün Toussaint Louverturun keçmiş generallarına, sağ qollarına ehtiyacları olacaq.