Son videoda qaldığımız yerdə
Toussaint Louvertur
Leclercin tərəfində olduğu
üçün, daha doğrusu
Leclercə üsyan etməyi
dayandırdığı üçün
sağ qolu olan adamları tərəfindən
xəyanətə uğramışdı,
bu da insanları Leclercin o
qədər də pis insan olmadığına,
quldarlığı geri gətirmək
və Afrika əsilli azad insanları
hüquqlarından məhrum etmək
niyyətində olmadığına inandırmışdı.
Bu Leclercin başqa
bir şəkilidir.
Bu Leclercdir.
Buna görə də sağ qollarından
vaz keçməli oldu. Leclerclə
danışıqlar aparmağa getdi,
Leclerc isə onu həbs etdi
bir qayığa mindirib Fransaya
göndərdi və o, növbəti il
1803-cü ildə öldü.
Beləliklə, o xəyanətə uğrayır.
O həqiqətən də yalnız Haiti
tarixində yox ümumilikdə
vacib liderlərdən biri idi.
-
Əvvəl də dediyim kimi, o
hakimiyyətə gələndə ağdərili
əhalidən intiqam almamışdı.
Haiti iqtisadiyyatının
dirçəlməsinə kömək etmişdi.
İndiki Haiti, o zaman
Santo-Dominqo adlanan
əraziləri Britaniya donanmasına
qarşı müdafiə etmişdi.
Bunu qeyd etməyi unutmuşdum.
Britaniya donanmasına qarşı
müdafiə etmişdi, o vaxt bu
dünyada ən üstün
donanma idi.
Ona böyük general olaraq
yalnız rəqabət axtarmaması,
kəskin taktikaları olması
və düşmənlərini məhv
etməsindən əlavə, belə
bir şöhrət qazandıran
həm də bu idi.
Beləliklə, o xəyanətə uğrayır və
Leclercin həqiqətən də şeytan
buynuzlarına layiq olduğunu
göstərmək üçün--
buna baxmayaraq, biz indi
şeytan buynuzlarına daha
çox layiq olan biri ilə
tanış olmaq üzərəyik,
ya da ona layiq olan biri üçün
əlaltı idi desəm daha düz olar--
1802-ci ilin mayında Napoleon
köləliyi aradan qaldırılmadığı
yerlərdə bərpa edən
qanun qəbul edir.
Bu biraz qeyri-müəyyən idi.
Bəzi bölgələr var
idi ki, köləlik ortadan
qaldırılmamışdı.
Bunlara Martinikadakı,
Sent-Lüsiyadakı və
Tobaqodakı fransız koloniyaları aiddir.
Lakin Haitidə-- daha doğrusu
o zamankı Santo-Dominqoda
işlər biraz qarışıq idi.
Köləlik ləğv olunmuşdu, yoxsa
hələ də qalmaqda idi?
Görünür ki, Haitidə
qullar azad idi.
Yəni bunun Haiti üçün tam
olaraq nə mənaya
gəldiyi dəqiq deyildi, bununla
yanaşı, Haiti əhalisi bunun
baş verdiyindən belə xəbərsiz idi.
Bu 1802-ci ilin mayında idi.
Dəqiqləşdirsək, Napoleon
Leclercə uyğun bir vaxtda
köləliyi geri gətirmək üçün
qeyd göndərdi.
Bu insanlar zarafat
etmirdilər.
Onlar vəziyyətdən xəbərdar idilər.
Onlar bilirdi ki, Haitidə
nəzarəti əldə saxlamaq
üçün Toussaint Louverturun
keçmiş generallarına, sağ
qollarına ehtiyacları olacaq.