Son videoda qaldığımız yerdə Toussaint Louvertur Leclercin tərəfində olduğu üçün, daha doğrusu Leclercə üsyan etməyi dayandırdığı üçün sağ qolu olan adamları tərəfindən xəyanətə uğramışdı, bu da insanları Leclercin o qədər də pis insan olmadığına, quldarlığı geri gətirmək və Afrika əsilli azad insanları hüquqlarından məhrum etmək niyyətində olmadığına inandırmışdı. Bu Leclercin başqa bir şəkilidir. Bu Leclercdir. Buna görə də sağ qollarından vaz keçməli oldu. Leclerclə danışıqlar aparmağa getdi, Leclerc isə onu həbs etdi bir qayığa mindirib Fransaya göndərdi və o, növbəti il 1803-cü ildə öldü. Beləliklə, o xəyanətə uğrayır. O həqiqətən də yalnız Haiti tarixində yox ümumilikdə vacib liderlərdən biri idi. - Əvvəl də dediyim kimi, o hakimiyyətə gələndə ağdərili əhalidən intiqam almamışdı. Haiti iqtisadiyyatının dirçəlməsinə kömək etmişdi. İndiki Haiti, o zaman Saint-Domingue adlanan əraziləri Britaniya donanmasına qarşı müdafiə etmişdi. Bunu qeyd etməyi unutmuşdum. Britaniya donanmasına qarşı müdafiə etmişdi, o vaxt bu dünyada ən üstün donanma idi.