Son videoda qaldığımız yerdə
Toussaint Louvertur
Leclercin tərəfində olduğu
üçün, daha doğrusu
Leclercə üsyan etməyi
dayandırdığı üçün
sağ qolu olan adamları tərəfindən
xəyanətə uğramışdı,
bu da insanları Leclercin o
qədər də pis insan olmadığına,
quldarlığı geri gətirmək
və Afrika əsilli azad insanları
hüquqlarından məhrum etmək
niyyətində olmadığına inandırmışdı.
Bu Leclercin başqa
bir şəkilidir.
Bu Leclercdir.
Buna görə də sağ qollarından
vaz keçməli oldu. Leclerclə
danışıqlar aparmağa getdi,
Leclerc isə onu həbs etdi
bir qayığa mindirib Fransaya
göndərdi və o, növbəti il
1803-cü ildə öldü.
Beləliklə, o xəyanətə uğrayır.
O həqiqətən də yalnız Haiti
tarixində yox ümumilikdə
vacib liderlərdən biri idi.
-
Əvvəl də dediyim kimi, o
hakimiyyətə gələndə ağdərili
əhalidən intiqam almamışdı.
Haiti iqtisadiyyatının
dirçəlməsinə kömək etmişdi.
İndiki Haiti, o zaman
Saint-Domingue adlanan
əraziləri Britaniya donanmasına
qarşı müdafiə etmişdi.
Bunu qeyd etməyi unutmuşdum.
Britaniya donanmasına qarşı
müdafiə etmişdi, o vaxt bu
dünyada ən üstün
donanma idi.