Deyək ki, bizim
içində müəmmalı
bir maye olan flakonumuz
var və mən burada
nə baş verdiyini
aydınlaşdırmaq istəyirəm.
Əvvəlcə bunun sadəcə bir
maddə yoxsa bir neçə
maddənin qarışığı
olduğunu düşünürəm.
Bu videonun əsas fokusu xromatoqrafiyadır.
Bu üsul ilə maddəni ayıraraq
tərkibinə neçə maddə daxil olduğunu
müəyyənləşdirmək mümkündür.
Bu videoda xromatoqrafiyanın
ən sadəsi olan incə təbəqəli
xromatoqrafiyaya fokuslanacağıq.
Ümumiyyətlə, xromatoqrafiyanın bir
neçə versiyası mövcuddur, məsələn
kağız xromatoqrafiyası.
Bunların hamısı eyni prinsipə əsaslanır.
İndi biz şüşə və ya plastik lövhənin
üzərinə incə bərk polyar bir maddə
təbəqəsi yerləşdirəcəyik.
Biz indi bura tez-tez
istifadə olunan bərk polyar maddə,
yəni incə silikogel
təbəqəsi yerləşdirəcəyik.
Bu, məsaməli maddədir.
Silikogelin məsaməli olması önəmlidir,
çünki bizə mayenin
kapilyar hərəkət edərək
buradan keçməyi lazımdır.
Silikogel çox
polyar bir maddədir.
İndi biz müəmmalı
maddəmizdən çox az miqdarda götürüb
bura, yəni silikogelin
üzərinə yerləşdirəcəyik.
Daha sonra üzərində
silikogel və müəmmalı maddə olan
lövhəmizi götürüb bir tərəfini
məhlula batıracağıq.
Burada önəmli
olan şey
məhlulumuz silikogeldən
daha az polyardır.
Bura daha az polyardır.
Buranın polyarlığından asılı olaraq nə
baş verdiyi haqda
bir qədər danışacağıq.
Normalda burada çox az
miqdarda məhlulumuz, yəni
həlledicimiz olur.
Adətən buradakı mayenin buxarlanmaması
üçün qapalı
qaba yerləşdirilir.
Bu zaman sizcə nə baş verir?
Əvvəl də dediyim kimi
bu maddə məsaməlidir.
Buna görə də burada kapilyar hərəkət
baş verəcək.
Buradakı maye yuxarı hərəkət edərək
silikogelin içindəki kiçik
məsamələrdən keçəcək.
Bu, stasionar fazadır.
Bunu niyə belə adlandırırıq?
Çünki hərəkət etmir.
Lakin az polyar həlledicini
hərəkətli faza
adlandıracağıq, çünki bu,
müəmmalı maddəmizdən götürüb
silikogeldən keçir.
Deyək ki, bu müəmmalı maddəmiz
iki müxtəlif maddədən ibarətdir.