Belə bir tropik ekosistemə baxdığımız zaman bu ağacların haradan gəldiyi sualı açıq-aşkar şəkildə yarana bilər. Onlar necə böyüyür? Onlar daima böyüyürlər, lap böyüyürlər və daha da böyüyürlər. Bu qədər ağaclar hardandır, onlar haradan gəlir? Videonu dayandırın və bu haqqda düşünün. Yəqin ki, siz artıq onların haradan gəldiyini güman etmisiniz. Bunun fotosintez ilə əlaqəsi var ki, bunu əvvəlki videolarda araşdırmışıq , bildiyiniz kimi bu, torpaqdan gələn su, havadakı karbon dioksiddən və enerjidən istifadə olunan bir prosesdir, bu 2 maddəni və Günəşdən gələn bu sarı şəfəqləri çəkirəm. Bitki karbon dioksid və sudan istifadə edərək özünü quracaq və əlavə məhsul kimi oksigen xaric edəcək. Bu bitkinin fotosintezlə öz mühitindən ala biləcəyi maddələrdir, beləliklə bitki həm özünü qura bilir, həm də qlükozanı ehtiyat halda özündə enerji mənbəyi kimi saxlaya bilir. Siz, mən və başqa heyvanlar, enerjimizi bu bitkiləri yeyərək alırıq. Bəs biz, o enerjini necə ortaya çıxarırıq? Bura oksigenin çox olduğu yerdir. Bizim nəfəs almaq üçün oksigenə ehtiyacımız var, əslində fotosintezi tərsinə çevirə bilirik və bitkilərdən aldığımız maddəni yəni, qlükozanı parçalaya bilirik. Beləliklə, bütün bu biokütlə torpaqdakı sudan, karbon dioksiddən, Günəş enerjisindən istifadə olunaraq əmələ gəlir. Ətraf mühitdən məsələn, torpaqdan gələn qida maddələri də ola bilər, amma ilk öncə karbon qazı və su olmalıdır.