Gəlin x müsbət və mənfi sonsuzluğa yaxınlaşdıqda funksiyanın limitinə aid nümunələrə baxaq. Maraqlı funksiyadır. 9x üstü yeddi çıxılsın 17x üstü altı, üstəgəl 15 kökdə x. Ümumi ifadə bölünsün 3x üstü yeddi üstəgəl 1000x üstü beş, çıxılsın loqarifm 2 əsasdan x. X sonsuzluğa yaxınlaşdıqda nə baş verəcək? Əvvəlki nümunələrdəki kimi hədlərə nəzər salmalıyıq. Məsələn, surətdə bu üç həddən başqa 9x üstü yeddi bütün hədlərdən sürətlə böyüyəcək. Bu, surətdəki hakim həddir. Məxrəcdə 3x üstü yeddi x üstü beş və loqarifm 2 əsasdan olan hədlərdən daha sürətlə böyüyəcək. Sonsuzluğa yaxınlaşdıqca, bu funksiya təxminən 9x üstü yeddi bölünsün 3x üstü yeddiyə bərabər olacaq. Burada hədlər böyüdükcə və sonsuzluğa yaxınlaşdıqca, bu ikisi bir-birinə yaxınlaşacaq. Bu limit bu limit ilə eyni olacaq. Bu, x sonsuzluğa yaxınlaşandakı limitə bərabər olacaq. Biz x üstü yeddini ixtisar edə bilərik. Bu 9/3, ya da 3-ə bərabər olacaq. 3 olacaq. Bu, x sonsuzluğa yaxınlaşandakı limitdir. Eynisini bu funksiyaya edək. Maraqlı funksiyadır. Mənfi sonsuzluğa gedirik. Eyni qaydalar tətbiq olunur. Hansı hədlər x böyüdükcə hakim hədlərə çevrilir? X böyüdükcə. Surətdə, 3x üstü üç verilib. Məxrəcdə 6x üstü dörd verilib. Bu 3x üstü üç bölünsün 6x üstü dördün, x mənfi sonsuzluğa yaxınlaşarkən limiti olacaq. Əgər sadələşdirsək, bu x mənfi sonsuzluğa yaxınlaşdıqca, 1 bölünsün 2x-in limiti olacaq. Neçə olacaq? Məxrəc, x böyük mənfi qiymətlər aldıqda, 1 bölünsün böyük mənfi ədədə bərabər olacaq. 0-a yaxın qiymət alınacaq. 1 bölünsün x kimi, x mənfi sonsuzluğa yaxınlaşdıqca, 0-a yaxınlaşırıq. Bu halda üfüqi asimptot y = 0-da olacaq. Onun qrafikini qurun və qiymətləri yerinə qoyun. Hansı hədlərin hakim olacağını qiymətlər ilə yoxlaya bilərik. Buna baxaq. X sonsuzluğa yaxınlaşdıqda bu funksiyanın limiti neçə olacaq? Hakim hədlər hansılardır? Surətdə 4x üstü dörd var və məxrəcdə 250x üstü üç verilib. Bunlar ən yüksək dərəcəli hədlərdir. Bu, x sonsuzluğa yaxınlaşdıqca, 4x üstü dörd bölünsün 250x üstü üç ilə eynidir. Yəni 4 bölünsün burada 200-lü ədəd alınır bu şəkildə olacaq. 4 bölünsün 250-nin limiti olacaq. X üstü dörd bölünsün x üstü üç, x-a bərabərdir. Vurulsun x, x sonsuzluğa yaxınlaşdıqca. Hətta bunun x sonsuzluğa yaxınlaşqca, 4/250 vurulsun x olduğunu deyə bilərik. Bu nədir? X sonsuzluğa yaxınlaşdıqca, x-in limiti neçədir? Sonsuza qədər böyüyəcək. Buradakı elə sonsuzluq olacaq. Sonsuzluq vurulsun bir ədəd sonsuzluğa bərabər olacaq. X sonsuzluğa yaxınlaşanda buradakı limitin sərhədləri olmur. Sonsuzluqdur. Bunu daha aydın görmək üçün surətdə dördüncü dərəcəyə baxmaq lazımdır. Məxrəcdəki ən yüksək dərəcəli hədd üçüncü dərəcəli həddir. Surət məxrəcdən daha sürətli böyüyəcək. Əgər surət məxrəcdən daha sürətlə böyüyərsə, sonsuzluğa yaxınlaşarıq. Əgər surət məxrəcdən yavaş böyüyərsə, əgər məxrəc surətdən sürətlə böyüyərsə, onda 0-a yaxınlaşarıq. Ümid edirəm ki, yararlı oldu.