Bir ƏGƏR-ƏKS HALDA ifadəsi iki şeyin arasında qərar qəbul etməkdir. Belə deyək, məsələn...
ƏGƏR dələ Cırmaq palıd qozası tapırsa, o, xoşbəxtdir. ƏKS HALDA o, kədərlidir və axtarışa davam edir.
İndi, gəlin, görək biz dostumuz Cırmaqla ƏGƏR-ƏKS HALDA ifadəsini necə istifadə edə bilərik. Bu blok ƏGƏR bloku kimi görünür,
lakin onun altında ƏKS HALDA yazılmış əlavə hissəsi var.
Əgər "et" deyən yerə "get" bloku və "əks halda" yazılmış yerə "sola dön" bloku qoysam,
bu o deməkdir ki, qabaqda yol varsa, dələ Cırmaq irəli hərəkət edəcək. Əgər qabaqda yol yoxdursa,
Cırmaq sola dönəcək. O, qərar qəbul edir və bu qərara əsasən iki hərəkətdən birini edir.
ƏGƏR blokunda da olduğu kimi ƏGƏR-ƏKS HALDA bloklarını da TƏKRAR ET bloklarının içinə yerləşdirə bilərsiniz.
İndi isə, gəlin, Cırmağa kömək edək ki, o palıd qozasını ələ keçirsin!