Bu videoda biz çoxüzlünü
izah edəcəyik.
Çoxüzlü düz kənarları və hamar səthi olan
üç ölçülü fiqurdur.
Məsələn, kub çoxüzlüdür.
Onun bütün səthləri hamardır və kənarları
düzdür.
Deməli, burada gördüyünüz çoxüzlüdür.
Çoxüzlü bütün bu tip
fiqurları ifadə edir.
Çoxüzlü fiqurlardan biri budur.
Bu çoxüzlüdür.
Düzbucaqlı piramida da çoxüzlüdür.
Gəlin onu çəkək.
Bu hissəni biraz şəffaf edəcəm.
Gəlin bunu daha yaxşı görünməsi üçün fərqli
rəngdə çəkək.
Düzbucaqlı piramidanı bənövşəyi rəngdə çəkəcəm.
Burada bir hamar səth var.
Daha sonra, dörd ədəd üçbucaq formalı hamar
səth çəkirik.
Burada gördüyünüz, düzbucaqlı piramidadır.
Bu piramidaya bənzəyir.
Bu niyə düzbucaqlı piramida adlanır?
Çünki, oturacağı düzbucaqlıdır.
Bunlar çoxüzlülərə aid bir neçə nümunədir.
İndi isə onların açılışlarına
nəzər salaq.
Əslində, gəlin bunu şəffaf formada çəkək ki,
kubu ya da çoxüzlünü
hərtərəfli görə bilərik.
Çoxüzlünün açılışını tapmağa çalışaq.
Çoxüzlünün açılışı nədir?
Bunu tapmağın bir yolu budur:
onu kartondan hazırlayıb və
qatlarını açaq.
Hər halda o, hamar olacaq və ya
başqa bir üsula nəzər salaq:
Kartonu və ya hansısa kağızı kəsib,
onları qatlayıb bu fiquru almağa çalışaq.
Bunu necə edə bilərik?
Hər bir çoxüzlünün müxtəlif açılışı var
və o açılışları yenidən qatladıqda, üç ölçülü
fiqurlar alınır.
Gəlin bir nümunəyə baxaq.
Bəlkə də, ən sadə nümunə elə kubdur.
Onu rəngləyəcəm.
Kubun alt hissəsinin yaşıl olduğunu
hesab edin.
Onu belə ifadə edə bilərəm.
Bu kubun alt hissəsidir.
O, yaşıl rəngdədir.
İndi isə, arxa hissənin narıncı olduğunu hesab edin.
Bunu belə göstərə bilərəm.
Onun qatlarını bir qədər açıram.
Onun qatlarını açıram.
Əgər onu hamarlaşdırsaydım, belə görünərdi.
Buna bənzəyərdi.
İndi isə digər arxa tərəfi sarı ilə rəngləyəcəm.
Burada gördüyünüz arxa tərəfi
qatlayıb,
onu bu kənara
birləşdirə bilərəm.
Belə görünər.
Eynən gördüyünüz kimi.
Məncə əsas fikri anladınız.
Burada gördüyünüz kənar,
buradakı kənardır.
İndi isə yuxarı hissəyə baxaq.
Gəlin onu çəhrayı rəngdə çəkək.
Kubun yuxarı hissəsi çəhrayı rəngdədir
və bu tərəflərdən birinə birləşməlidir.
Onu ya bu tərəfə, ya da digər tərəfə
birləşdirə bilərəm.
Gəlin birləşdirək.
Gəlin onun arxadakı sarı tərəfə
birləşdiyini fərz edək.
Onda onu qatlarını açdıqda,
biz əvvəl sarı hissəni qatlamışdıq,
o hissəni yenə qatlayırıq,
onda belə alınacaq.
Daha sonra buradakı ön hissəni
qatlaya bilərik.
Onu bu kənar boyunca qatlaya bilərik
Nəticədə belə alınar.
O, bu hissəyə doğru gedəcək.
İndi isə kubun sadəcə bir üzü qalır.
Burada bir tərəfimiz var.
Əslində bir neçə şey edə bilərik.
Onu bu kənar boyunca aça bilərik.
Daha sonra burada səthi çəkə bilərik.
Ya da daha maraqlı bir şey etmək istəsək,
biz onu sarı arxa tərəflə ortaq olan
kənar boyunca aça bilərik.
Qatları belə aça bilərik.
Əgər qatları belə açsaq,
burada gördüyünüz sarı kvadrata birləşəcək.
Burada gördüyünüz kimi fiquru açmağın
və ya onu yenidən qatladıqda
çoxüzlü almağın bir çox üsulu var.
Bu halda, bu kubdur.
Gəlin daha bir nümunəyə baxaq.
Gəlin düzbucaqlı piramidaya baxaq, çünki
onda düzbucaqlılar var.
Xüsusilə, onların səthləri kvadratdır.
Yaxşı olardı ki, buradakı
oturacaqla başlayaq.
Oturacaq ilə başlayın, daha sonra
müxtəlif tərəflərin
qatlarını açın.
Məsələn, bu tərəfin qatını
açmağa çalışsaq, belə görünər.
Buradakı tərəfin də
qatını aça bilərik.
Belə görünər.
Narıncı tərəf ilə eyni ölçüdə olar,
amma onu əllə çəkdiyim üçün o qədərdə
yaxşı alınmır.
Belə görünür.
Daha sonra ön hissəni
bu kənar boyunca qatlaya bilərsiniz.
Belə görünəcək.
Sonda isə, buradakı tərəfin
bu kənar boyunca qatlarını
aça bilərsiniz.
O, buraya birləşəcək.
Bu, düzbucaqlı piramida üçün tək açılış üsulu deyil.
Başqa üsullar da var.
Məsələn:
yaşıl tərəfin qatını açmaqdansa,
onu buradakı görmədiyiniz sarı kənar
boyunca aça bilərik.
Əslində, gəlin bunu bir az fərqli edək.
Bu kənarı gördüyümüz üçün gəlin
o kənardan istifadə edək.
Gəlin həmin kənarı rəngləyək.
Bu mavi üçbucağın buradakı kənarıdır.
Bu bir kənardır.
Yaşıl üçbucağın qatlarını açdıqda,
belə görünəcək.
Əgər yaşıl üçbucağın qatlarını açsanız,
buna bənzəyər.
Ümid edirəm ki, bu xoşunuza gəldi.
Üç ölçülü fiqurları, çoxüzlüləri açmağın
bir çox yolu var və ya
əgər həmin fiqurları açıb yenidən
qatlamaq istəyirsinizsə, bunun bir çox
üsulu var.
Bunlar çoxüzlülərin açılışlarının
müxtəlif formalarıdır.