Bu videoda biz çoxüzlünü izah edəcəyik. Çox üzlü düz kənarları və hamar səthi olan üç ölçülü fiqurdur. Məsələn, kub çoxüzlüdür. Onun bütün səthləti hamardır və kənarları düzdür. Deməli, burada gördüyünüz çoxüzlüdür. Bir daha çoxüzlü yəni bütün bu tip fiqurları ifadə edir. Yəni bu tək bu fiqur deyil. Bütün çoxüzlülər. Düzbucaqlı piramida da çoxüzlüdür. Gəlin onu çəkək. Bu hissəni biraz şəffaf edəcəm. Gəlin bunu yaxşı görünməsi üçün fərqli rəngdə edək. Bunu bənövşəyi rəngli düzbucaqlı piramida edəcəm. Bir daha, burada bir hamar səth var. Daha sonra dörd üçbucaq formalı hamar səthlərim var. Burada gördüyünüz, düzbucaqlı piramidadır. İndi, bu piramidaya oxşayır. Bu niyə düzbucaqlı piramida sayılır? Çünki, oturacağı düzbucaqlıdır. Bunlar çoxüzlülərə aid bir neçə nümunələrdir. İndi, mən onların açılışları haqqında düşünmək istəyirəm. Əslində, gəlin çəkək və şəffaf edək, beləcə kubu ya da çoxüzlünü hərtərəfli görə bilərik. Gəlin indi çoxüzlünün açılışı haqqında düşünək. Çoxüzlünün açılışı nədir? Bunu düşünməyin bir yolu kimi əgər onu kartondan hazırlasanız və onun qatlarını açsanız, o hər halda hamar olacaq ya da başqa bir üsul kimi əgər kartonu ya da hansısa kağızı kəssəniz və onları qatlayıb bu fiquru almaq istəsəniz, onda necə edərdiniz? Hər bir çoxüzlünün müxtəlig açılışı var və onlar sayəsində üç ölçülü fiqurlar alına bilər. Gəlin nümunəyə baxaq. Bəlkə də ən sadə nümunə elə kubdur. Onu rəngləyəcəm. Gəlin kubun alt hissəsinin yaşıl olduğunu deyək. Onu belə ifadə edə bilərəm. Bu kubun alt hissəsidir. O, yaşıl rəngdədir. İndi isə, arxa hissənin narıncı olduğunu deyək. Belə göstərə bilərəm. Diqqət edin ki, onun biraz qatlarını açıram. Onun qatlarını açıram. Əgər onu hamarlaşdırsaydım, belə görünərdi. Buna bənzəyərdi. İndi isə digər arxa tərəfi sarı ilə rəngləyəcəm. Digər gördüyünüz arxa tərəfi, onu rəngləyə bilərəm və onu arxa tərəfə qatlayıb bu kənara birləşdirə bilərəm. Belə görünər. Eynən gördüyünüz kimi. Düşünürəm ki, əsas ideyanı anladınız. Burada gördüyünüz kənar, buradakı kənardır. İndi isə yuxarı hissəyə baxaq. Gəlin onu çəhrayı ilə edək. Kubun yuxarı hissəsi çəhrayı rəngdədir və bu tərəflərdən birinə birləşməlidir. Ya bu tərəfə ya da digər tərəfə birləşdirə bilərəm. Gəlin birləşdirək. Gəlin onun arxadakı sarı tərəfə birləşdiyini deyək. Onda onu qatlarını açdıqda, biz əvvəl sarı hissəni qatlamışdıq, o hissəni yenə qatlayırıq, onda belə olacaq. Daha sonra buradakı qabaq hissəni qatlaya bilərik. Onu bu kənar boyunca qatlaya bilərik və bu hissədə alınar. Bu hissəyə doğru gedəcək. İndi isə kubun sadəcə bir üzü qalır. Burada bir tərəfimiz var. Əslində bir neçə şey edə bilərik. Onu bu kənar boyunca aça bilərik. Daha sonra burada səthi çəkə bilərik. Ya da əgər istəsək, daha maraqlı bir şey biz sarı arxa tərəflə ortaq olan kənar boyunca aça bilərik. Qatları belə aça bilərik. Əgər qatları belə açsaq, burada gördüyünüz sarı kvadrata birləşəcək. Burada gördüyünüz kimi açılışı qurmaq üçün və ya onu yenidən qatlayanda artıq çoxüzlü olacaq, yəni bu halda kub. Gəlin bir nümunəyə daha baxaq. Gəlin düzbucaqlı piramidaya baxaq, çünki düzbucaqlıları var. Xüsusilə, onların səthlərində kvadratlar var. İndi isə yaxşı olardı ki, buradakı oturacaqla başlayasınız. Oturacaq ilə başlayın və daha sonra müxtəlif tərəfləri götürün və onların qatlarını açın. Məsələn, bu tərəfi götürə bilərik, onun qatını aça bilərik və belə görünər. Buradakı tərəfi də götürə bilərik və bir daha onun qatını aça bilərik. Belə görünər. Narıncı tərəf ilə eyni ölçüdə olar, amma onu əlim ilə çəkirəm deyə o qədərdə yaxşı alınmır. Burada gördüyünüz. Daha sonra qabaq hissəni götürə bilər və bir daha, bu kənar boyunca qatlaya bilərsiniz. Belə görünəcək. Axrıncı isə, buradakı tərəfi götürə bilər və yenə onu kənar boyunca qatlarını aça bilərsiniz və buraya birləşər. Amma bu düzbucaqlı piramida üçün tək açılış deyil. Başqaları da var. Onların birini də göstərmək üçün məsələn, yaşıl tərəfin qatını açmaqdansa, onu buradakı görmədiyiniz sarı kənar boyunca aça bilərik. Əslində, gəlin bir az fərqli edək. Bu kənarı gördüyümüz üçün gəlin o kənar boyunca açaq. Bir də həmin kənarı rəngləyək. Bu mavi üçbucağın buradakı kənarıdır. Bu bir kənardır. Yaşıl üçbucağın qatlarını açdıqda, belə görünəcək. Əgər yaşıl üçbucağın qatlarını açsanız, buna bənzəyər. Ümid edirəm ki, bu xoşunuza gəldi. Üç ölçülü fiqurları, çoxüzlüləri açmağın bir çox yolu var və ya əgər həmin fiqurları açıb yenidən qatlamaq istəyirsinizsə, bir çox üsul var. Bunlar çoxüzlülərin açılışlarının müxtəlif formalarıdır.