Bu videoda biz çoxüzlünü
izah edəcəyik.
Çox üzlü düz kənarları və hamar səthi olan
üç ölçülü fiqurdur.
Məsələn, kub çoxüzlüdür.
Onun bütün səthləti hamardır və kənarları
düzdür.
Deməli, burada gördüyünüz çoxüzlüdür.
Bir daha çoxüzlü yəni bütün bu tip
fiqurları ifadə edir.
Yəni bu tək bu fiqur deyil.
Bütün çoxüzlülər.
Düzbucaqlı piramida da çoxüzlüdür.
Gəlin onu çəkək.
Bu hissəni biraz şəffaf edəcəm.
Gəlin bunu yaxşı görünməsi üçün fərqli
rəngdə edək.
Bunu bənövşəyi rəngli düzbucaqlı
piramida edəcəm.
Bir daha, burada bir hamar səth var.
Daha sonra dörd üçbucaq formalı hamar
səthlərim var.
Burada gördüyünüz, düzbucaqlı piramidadır.
İndi, bu piramidaya oxşayır.
Bu niyə düzbucaqlı piramida sayılır?
Çünki, oturacağı düzbucaqlıdır.
Bunlar çoxüzlülərə aid bir neçə nümunələrdir.
İndi, mən onların açılışları haqqında
düşünmək istəyirəm.
Əslində, gəlin çəkək və şəffaf edək,
beləcə kubu ya da çoxüzlünü
hərtərəfli görə bilərik.
Gəlin indi çoxüzlünün açılışı haqqında düşünək.
Çoxüzlünün açılışı nədir?
Bunu düşünməyin bir yolu kimi əgər
onu kartondan hazırlasanız və onun
qatlarını açsanız,
o hər halda hamar olacaq ya da
başqa bir üsul kimi
əgər kartonu ya da hansısa kağızı kəssəniz
və onları qatlayıb bu fiquru almaq istəsəniz,
onda necə edərdiniz?
Hər bir çoxüzlünün müxtəlig açılışı var
və onlar sayəsində üç ölçülü
fiqurlar alına bilər.
Gəlin nümunəyə baxaq.
Bəlkə də ən sadə nümunə elə kubdur.
Onu rəngləyəcəm.
Gəlin kubun alt hissəsinin yaşıl olduğunu
deyək.
Onu belə ifadə edə bilərəm.
Bu kubun alt hissəsidir.
O, yaşıl rəngdədir.
İndi isə, arxa hissənin narıncı olduğunu deyək.
Belə göstərə bilərəm.
Diqqət edin ki, onun biraz qatlarını açıram.
Onun qatlarını açıram.
Əgər onu hamarlaşdırsaydım, belə görünərdi.
Buna bənzəyərdi.
İndi isə digər arxa tərəfi sarı ilə rəngləyəcəm.
Digər gördüyünüz arxa tərəfi, onu
rəngləyə bilərəm
və onu arxa tərəfə qatlayıb bu kənara
birləşdirə bilərəm.
Belə görünər.
Eynən gördüyünüz kimi.
Düşünürəm ki, əsas ideyanı anladınız.
Burada gördüyünüz kənar,
buradakı kənardır.
İndi isə yuxarı hissəyə baxaq.
Gəlin onu çəhrayı ilə edək.
Kubun yuxarı hissəsi çəhrayı rəngdədir
və bu tərəflərdən birinə birləşməlidir.
Ya bu tərəfə ya da digər tərəfə birləşdirə
bilərəm.
Gəlin birləşdirək.
Gəlin onun arxadakı sarı tərəfə birləşdiyini
deyək.
Onda onu qatlarını açdıqda,
biz əvvəl sarı hissəni qatlamışdıq,
o hissəni yenə qatlayırıq,
onda belə olacaq.
Daha sonra buradakı qabaq hissəni
qatlaya bilərik.
Onu bu kənar boyunca qatlaya bilərik
və bu hissədə alınar.
Bu hissəyə doğru gedəcək.
İndi isə kubun sadəcə bir üzü qalır.
Burada bir tərəfimiz var.
Əslində bir neçə şey edə bilərik.
Onu bu kənar boyunca aça bilərik.
Daha sonra burada səthi çəkə bilərik.
Ya da əgər istəsək, daha maraqlı bir şey
biz sarı arxa tərəflə ortaq olan
kənar boyunca aça bilərik.
Qatları belə aça bilərik.
Əgər qatları belə açsaq,
burada gördüyünüz sarı kvadrata birləşəcək.
Burada gördüyünüz kimi açılışı
qurmaq üçün və ya
onu yenidən qatlayanda artıq çoxüzlü olacaq,
yəni bu halda kub.
Gəlin bir nümunəyə daha baxaq.
Gəlin düzbucaqlı piramidaya baxaq, çünki
düzbucaqlıları var.
Xüsusilə, onların səthlərində kvadratlar var.
İndi isə yaxşı olardı ki, buradakı
oturacaqla başlayasınız.
Oturacaq ilə başlayın və daha sonra
müxtəlif tərəfləri
götürün və onların qatlarını açın.
Məsələn, bu tərəfi götürə bilərik,
onun qatını aça bilərik və belə görünər.
Buradakı tərəfi də götürə bilərik və
bir daha onun qatını aça bilərik.
Belə görünər.
Narıncı tərəf ilə eyni ölçüdə olar,
amma onu əlim ilə çəkirəm deyə o qədərdə
yaxşı alınmır.
Burada gördüyünüz.
Daha sonra qabaq hissəni götürə bilər
və bir daha, bu kənar boyunca qatlaya bilərsiniz.
Belə görünəcək.
Axrıncı isə, buradakı tərəfi götürə bilər
və yenə onu kənar boyunca qatlarını
aça bilərsiniz
və buraya birləşər.
Amma bu düzbucaqlı piramida üçün tək açılış deyil.
Başqaları da var.
Onların birini də göstərmək üçün məsələn,
yaşıl tərəfin qatını açmaqdansa,
onu buradakı görmədiyiniz sarı kənar
boyunca aça bilərik.
Əslində, gəlin bir az fərqli edək.
Bu kənarı gördüyümüz üçün gəlin
o kənar boyunca açaq.
Bir də həmin kənarı rəngləyək.
Bu mavi üçbucağın buradakı kənarıdır.
Bu bir kənardır.
Yaşıl üçbucağın qatlarını açdıqda,
belə görünəcək.
Əgər yaşıl üçbucağın qatlarını açsanız,
buna bənzəyər.
Ümid edirəm ki, bu xoşunuza gəldi.
Üç ölçülü fiqurları, çoxüzlüləri açmağın
bir çox yolu var və ya
əgər həmin fiqurları açıb yenidən
qatlamaq istəyirsinizsə, bir çox
üsul var.
Bunlar çoxüzlülərin açılışlarının
müxtəlif formalarıdır.