Son videodakı ssenaridə gördük ki, Yuan ilə dollar arasındakı valyuta və ya məzənnə 10 yuan=1 dollardır Bu məzənnə ilə Çin ABŞ-a ABŞ-ın Çinə satdığından daha çox mal satırdı. Buna görə də valyutalar arasınnda balans pozuldu. Yuan bahalaşdı və ya dollar ucuzlaşdı, nəticədə Çin malları o qədər bahalaşdı ki, ABŞ- da bu mallara tələb azaldı, ABŞ malları isə o qədər ucuzlaşdı ki, Çində bu mallara tələb artdı Bunun nəticəsində ticarət balanslaşdı. Hər kəs balanslı ticarət istəyirsə, bu yaxşıdır, amma tutaq ki, Çin hökuməti bunu istəmir. Çin deyə bilər ki, biz inkişaf etməliyik , ABŞ onsuz da inkişaf edib sənaye bazası istəyirik, mallarımızı sata biləcəyimiz bazar istəyirik. ABŞ-a onlardan idxal etdiyimizdən daha çox məhsul ixrac etmək istəyirik. İxracat yönümlü böyüməni istəyirik. Beləliklə, gördükləri dinamikanı, valyutanı, Yuanın bahalaşmasını sevmirlər. Deyək ki, Çin hökuməti məzənnəni 1 dollar=10 yuan kimi sabit saxlamaq istəyirlər Bunu edirlər, çünki mövcud vəziyyəti əbədi qorumaq istəyirlər yəni ABŞ-a ABŞ-ın onlara satdığından daha çox saxlamaq istəyirlər və ya bəlkə daha çoxunu yəni ABŞ-a daha çox ixrac edeərək sənaye bazalarını qurmaq istəyirlər Hətta bir az da irəli gedib ABŞ-ın sənaye bazasını tükədə bilərlər O qədər ucuz şeylər istehsal edərlər ki, ABŞ istehsalçıları rəqabət edə bilməzlər Bu barədə digər videolarda danışacağıq, Bu vəziyyət 100% bir tərəfli deyil Əslində bunun ABŞ-a da bəzi faydaları var, bunu müzakirə edəcəyik. Bir az daha mürəkkəbdir. Bunu necə edə bilərlər? Deyək ki, Çin hökuməti bu reallığı istəyir, onlar bu anda zamanı dondurmaq istəyir. Ticarətin tarazlıqda olmasını istəmirlər. Bunun dəyişməməsi üçün valyuta bazarlarına necə müdaxilə edə bilərlər Çünki Çin malları çox alınırsa, Yuana daha çox tələb olur, yuan dəyərlənir, dollar düşür. İkisini birdən necə əldə etsinlər? Yuanın dəyərini qaldırmadan ixracı necə artıra bilərlər Çin hökuməti,daha spesifik danışsaq Çin Mərkəzi Bankı bunu edə bilər Çin Mərkəzi Bankı yuanın dəyərinin qalxmaması üçün pul çap edə bilər Çin Mərkəzi bankını çəkək Bu, Çin Mərkəzi Bankıdır Onlar ,həqiqətən, pul çap edə bilərlər Son iki videoda ticarət balansının pozulduğunu göstərən ssenaridən danışmışdıq. 1000 yuanlıq tələbə qarşı 500 yuanlıq təklif var idi. Bunu bərabərləşdirə bilərlər. 500 yuan çap edə və sonra dollara çevirməyə çalışa bilərlər. Onda nə baş verər? Məzənnə sabit olsaydı, 1000 yuana çevrilmək istəyən 100 dollarımız olardı. 1000 yuana tələb var. Çin Mərkəzi Bankı müdaxilə etməmişdən əvvəl yalnız 500 yuanlıq təklif var idi. Amma indi Çin Mərkəz Bankı deyir ki, 1000 yuanlıq tələb var, 500 yuanlıq təklif var, onda təklifi 500 yuan artıracağıq. Onları çap edə, sonra isə dollara çevirə bilərik. Onda tələb və təklifin tarazlığı olacaq. Buarada dollara çevrilmək istəyən 1000 yuan var, 500-ü burada, 500-ü burada Bir də 1000 yuana çevrilmək istəyən 100 dollarınız var Belə etsələr, məzənnə dəyişməyəcək, .... İki valyutanın. tələb və təklifi bir-birinə bərabər olacaq Bu işə yarayardı. Hətta uzun müddətdir ki, bunu edirlər Ancaq gözdən qaçmamalı bir detal var Bunu uzun müddət edəndə nə baş verir? Çinin ABŞ-a ixracı idxalından çox olmağa davam edir Yuanın ucuz qalması üçün yuan çap edib onunla dollar dollar alırlar Bununla əllərindəki dolları artırırlar Yuan çap edirlər və dollarlarını artırırlar Bura çəkim. Çin Mərkəzi Bankı çoxlu dollar yığır İstədikləri qədər yuan çap edib onu dollara çevirərək daha çox dollar yığa bilərlər Bu ticarət balanssızlığını daha çox saxlamaq üçün daha çox dollar toplamalıdırlar. Bunu etməyə davam etməlidirlər Buna məcburdurlar Ticarət balansını olduğu kimi saxlamaq üçün bunu etməlidirlər Növbəti videoda bu dollarlarla nə etməli olduqları haqqında danışacağam çünki bu pulları nağd halda saxlamırlar Həmçinin bunun ABŞ iqtisadiyyatına necə təsir etdiyi haqqında da danışacağam Bunun necə sonlandırılacağı haqqında da danışacağıq Ancaq bu ssenaridə bir dəfə başlayanda dayandırmağın çətin olduğunu anlayacağıq.