Son videodakı ssenaridə gördük ki,
Yuan ilə dollar arasındakı valyuta və ya
məzənnə 10 yuan=1 dollardır
Bu məzənnə ilə Çin ABŞ-a
ABŞ-ın Çinə satdığından
daha çox
mal satırdı.
Buna görə də valyutalar arasınnda
balans pozuldu.
Yuan bahalaşdı və ya dollar ucuzlaşdı,
nəticədə Çin malları o qədər
bahalaşdı ki, ABŞ- da bu mallara
tələb azaldı,
ABŞ malları isə o qədər ucuzlaşdı ki,
Çində bu mallara tələb artdı
Bunun nəticəsində ticarət balanslaşdı.
Hər kəs balanslı ticarət istəyirsə,
bu yaxşıdır, amma tutaq ki, Çin
hökuməti bunu istəmir.
Çin deyə bilər ki, biz inkişaf etməliyik ,
ABŞ onsuz da inkişaf edib
sənaye bazası istəyirik, mallarımızı
sata biləcəyimiz bazar istəyirik. ABŞ-a
onlardan idxal etdiyimizdən daha çox
məhsul ixrac etmək
istəyirik. İxracat yönümlü
böyüməni istəyirik. Beləliklə, gördükləri
dinamikanı, valyutanı, Yuanın
bahalaşmasını sevmirlər. Deyək ki, Çin
hökuməti
məzənnəni 1 dollar=10 yuan
kimi sabit saxlamaq
istəyirlər
Bunu edirlər, çünki mövcud vəziyyəti
əbədi qorumaq istəyirlər
yəni ABŞ-a ABŞ-ın onlara satdığından
daha çox saxlamaq istəyirlər
və ya bəlkə daha çoxunu yəni
ABŞ-a daha çox ixrac edeərək sənaye
bazalarını qurmaq
istəyirlər
Hətta bir az da irəli gedib ABŞ-ın
sənaye bazasını tükədə bilərlər
O qədər ucuz şeylər istehsal edərlər ki,
ABŞ istehsalçıları
rəqabət edə bilməzlər
Bu barədə digər videolarda danışacağıq,
Bu vəziyyət 100% bir tərəfli deyil
Əslində bunun ABŞ-a da bəzi faydaları
var, bunu müzakirə edəcəyik. Bir az
daha mürəkkəbdir. Bunu necə
edə bilərlər? Deyək ki,
Çin hökuməti bu reallığı istəyir, onlar
bu anda
zamanı dondurmaq istəyir. Ticarətin
tarazlıqda olmasını istəmirlər. Bunun
dəyişməməsi üçün valyuta bazarlarına necə
müdaxilə edə bilərlər
Çünki Çin malları çox
alınırsa, Yuana daha çox tələb olur,
yuan dəyərlənir, dollar düşür.
İkisini birdən
necə əldə etsinlər?
Yuanın dəyərini qaldırmadan
ixracı necə artıra bilərlər
Çin hökuməti,daha spesifik
danışsaq
Çin Mərkəzi Bankı
bunu edə bilər
Çin Mərkəzi Bankı yuanın
dəyərinin qalxmaması üçün pul
çap edə bilər
Çin Mərkəzi bankını çəkək
Bu,
Çin Mərkəzi Bankıdır
Onlar ,həqiqətən, pul çap edə bilərlər
Son iki videoda ticarət balansının
pozulduğunu göstərən
ssenaridən danışmışdıq.
1000 yuanlıq tələbə qarşı 500
yuanlıq
təklif var idi.
Bunu bərabərləşdirə bilərlər.
500 yuan çap edə və sonra dollara
çevirməyə çalışa bilərlər.
Onda nə baş verər?
Məzənnə sabit olsaydı,
1000 yuana çevrilmək istəyən
100 dollarımız olardı.
1000 yuana tələb var.
Çin Mərkəzi Bankı müdaxilə etməmişdən
əvvəl yalnız
500 yuanlıq təklif var idi.
Amma indi Çin Mərkəz Bankı deyir ki, 1000
yuanlıq tələb var, 500 yuanlıq təklif var,
onda təklifi 500 yuan artıracağıq.
Onları çap edə, sonra isə
dollara çevirə bilərik.
Onda tələb və təklifin tarazlığı
olacaq.
Buarada dollara çevrilmək istəyən 1000
yuan var, 500-ü burada, 500-ü burada
Bir də 1000 yuana çevrilmək istəyən
100 dollarınız var
Belə etsələr, məzənnə dəyişməyəcək,
....
İki valyutanın. tələb və təklifi bir-birinə
bərabər olacaq
Bu işə yarayardı.
Hətta uzun müddətdir ki, bunu edirlər
Ancaq gözdən qaçmamalı bir
detal var
Bunu uzun müddət edəndə nə baş
verir?
Çinin ABŞ-a ixracı idxalından çox
olmağa davam edir
Yuanın ucuz qalması üçün yuan çap edib
onunla dollar
dollar alırlar
Bununla əllərindəki dolları artırırlar
Yuan çap edirlər və
dollarlarını artırırlar
Bura çəkim. Çin Mərkəzi Bankı
çoxlu dollar yığır
İstədikləri qədər yuan çap edib
onu dollara çevirərək
daha çox dollar yığa bilərlər
Bu ticarət balanssızlığını daha çox
saxlamaq
üçün daha çox dollar
toplamalıdırlar.
Bunu etməyə davam etməlidirlər
Buna məcburdurlar
Ticarət balansını olduğu kimi
saxlamaq üçün bunu etməlidirlər
Növbəti videoda bu dollarlarla
nə etməli
olduqları haqqında danışacağam
çünki bu pulları
nağd halda saxlamırlar
Həmçinin bunun ABŞ iqtisadiyyatına
necə təsir etdiyi haqqında da
danışacağam
Bunun necə sonlandırılacağı haqqında
da danışacağıq
Ancaq bu ssenaridə bir dəfə başlayanda
dayandırmağın
çətin olduğunu anlayacağıq.