Biz artıq öyrənmişik ki, hüceyrə tənəffüsü
təxminən üç fazaya bölünə bilər.
İlk faza qlükozanın parçalanması
mənasını verən
qlikolizdir,
Bu oksigen ilə və ya oksigensiz
baş verə bilər.
Əgər oksigen yoxdursa,
fermentləşmə olacaq,
bunun haqqında gələcəkdə danışacağıq.
Fermentasiya nəticəsində insanda
süd turşusu əmələ gəlir.
Orqanizmlərin başqa növləri alkoqol və ya
etanol istehsal edə bilər.
Lakin oksigenimiz varsa- əksər hissələrin
oksigenlə davam etdiyini fərz edirik-
Əgər oksigen olarsa,
Krebs tsiklinə keçə bilərik.
Bəzən limon turşusu istifadə etdiyindən
limon turşusu dövrü adlanır.
Eyni şey portağal yaxud limon nektarında
da var.
Ondan sonra isə
elektron nəqliyyat zənciri
ilə davam edirik.
Hüceyrə tənəffüsünə ilk baxış videosunda
ATF-nin əsas hissəsinin məhz burada
istehsal olunduğunu
öyrəndik.
Baxmayaraq ki,burada
bu mərhələlərdən çıxan
məhsullar istifadə olunur.
İndi bu videoda isə
yalnız qlikolizə
yönəlmək istəyirəm.
Bu bir növ - bəzən çətin bir tapşırıq
olur, çünki həqiqətən alaq
otlarına rast gələ bilərsiniz.
Mən
bir az alaq otlarını və əsl
mexanizmi
göstərəcəyəm. Bu,
çox qorxunc görünə bilər.
Ancaq bunu sizin üçün
sadələşdirmək istəyirəm,beləcə
bir çox lazımlı məlumata
sahib ola bilərsiniz.Və sonra dəyərləndirə
bilərik,sonra bəlkə də qlikolizin
alaq otlarına baxanda bir az
daha mənalı gələ bilər.
Deməli,qlikoliz və ya
elə hüceyrə tənəffüsü
qlükoza ilə başlayır.
Və qlükozanın formulunu bilirik.
Bu C6H12O6.
Bütün quruluşunu
çəkə bilərdim;
bu, bir az vaxt aparardı.
Lakin
diqqətimi yalnız karbon sütununa
yönəldəcəyəm.Deməli,o, halqadır,yaxud
halqa ola bilər.
Ancaq onu ardıcıl altı karbon
şəklində çəkəcəyəm.
Bilmək yaxşı olar ki,
iki növ vacib qlikoliz
mərhələsi var.
İlkini hazırlıq mərhələsi adlandırıram.
Və hazırlıq mərhələsi,
əslində iki ATF istifadə edir.
Bilirsiniz ki,hüceyrə tənəffüsün
bütün məqsədi ATF
əmələ gətirməkdir,
amma əvvəlcə iki ATF
istifadə etməliyəm.
2 ATF istifadə edirəm və sonra
əsas olaraq, qlükoza burada
iki ədəd 3 karbonlu birləşməyə parçalanır,
bunların həmçinin fosfat qrupu da var.
Fosfat qrupları həmin ATF-dən gəlir.
Bunlarda fosfat qrupu var və
buna tez-tez.. əslində,
bunun bir çox adı var.Bəzən
buna PQAL deyilir.
Bunu bilmək
həqiqətən lazım deyil.
Yaxud fosfoqliseraldehid.Həqiqətən hecaya
ayırmaq bacarığıma meydan oxuyur.
Bunu bilmək o qədər də
vacib deyil.
Bilməlisiniz ki,
ilk mərhələdə
iki ATF istifadə edirsiz.
Buna görə mən buna
hazırlıq mərhələsi deyirəm.
Bir elmi bənzətmə lazımdırsa,
hazırlıq mərhələsi deyilə bilər.
Və sonra bu iki FQAL molekulunun hər biri daha sonra
oksigensiz mərhələyə keçə bilər.
Oksigensiz mərhələdə FQAL-ların hər biri
piruvata çevrilir.
Digər 3 karbonlu molekuldur,
amma fərqli konfiqurasiyadadır.
Ancaq piruvata çevriləcəyi proses -
və qoyun,piruvatı mavi rəngdə yazım,çünki
bu sözü bilmək yaxşıdır.
İndi sizə quruluşu da
göstərəcəyəm.
Piruvat.
Bəzən buna piruvik turşusu da deyilir.
Eyni şeydir.
Və bu, əslində,
qlikolizin son məhsuludur.Beləliklə,
hazırlıq mərhələsində
qlükoza ilə başlayırsınız.
Qlükozanı parçalamağa
və hər iki ucuna fosfat
qoymağa kömək edən
fosfoqliseraldehidlə
son qoyursunuz.
Və sonra hər biri müstəqil olaraq
oksigensiz
mərhələyə keçir.
Beləliklə, başladığınız
hər qlükoza molekulu üçün
iki piruvat molekuluna sahib olursunuz.
İndi deyirsiniz ki,
bir oksigensiz mərhələ var idi,
oradan nə əldə etdik?
Bizim oksigensiz.. Qoyun aşağıya
oksigensiz mərhələ yazım. Bu,
oksigensiz mərhələmizdir.
Ağ fon üçün üzr istəyirəm.
Bunu
ona görə etdim ki,
göstərdiyim mexanizmi,
vikipediyadan kopyalayıb yapışdırdım və
arxa planları
ağ olduğu üçün bu videoda
yalnız ağ fondan istifadə
etdim.
Ancaq məncə, qara fon
daha yaxşıdır.
Buradakı oksigensiz mərhələdir.
Beləliklə, fosfogliseraldehid piruvata
və ya piruvik turşusuna
çevriləndə iki şey istehsal edirik.
Və ya üç şeyi istehsal etdiyimizi
söyləyə bilərik.
bu FQAL-lərin hər biri piruvat olarkən
iki ATF istehsal edirik.
Beləliklə, orada iki ATF istehsal olunur,
bura iki ATF yazacağam.
Və sonra hər biri
bir NADH istehsal edir.
Və bunu daha tünd bir rəngdə yazacağam.
NADH.
Əlbəttə ki, bütün molekulu
vakuumda
istehsal etmirlər.
Əslində etdikləri bir NAD+
xammalı ilə başlamaqdır-
buna görə NAD+ ilə başlayırlar
və əsasən, hidrogen əlavə edərək
reduksiya edirlər.
Xatırlayın, bir neçə video əvvəl
hidrogen əldə edərək
reduksiya olmasını görmüşdünüz.
Deməli, NAD NADH-a reduksiya olur.
Daha sonra NADH ATF istehsal etmək üçün
elektron nəqliyyat zəncirini
istifadə edirlər.
Beləliklə, burada ən vacib şey,
qlikoliz reaksiyasını yaza bilməyimizdir,
qlükoza ilə
başlayırıq.
Və sizin 1 neçə NAD+ -a ehtiyacınız var.
Əslində, hər qlükoza molekulu üçün
2 NAD+ -a ehtiyacınız olacaq.
2 ATF-yə ehtiyacınız olacaq.
Mən yalnız başlamaq üçün lazım olan bütün
maddələri yazıram.
ATF-ə çevirmədən əvvəl
bu ADF-lərə ehtiyacınız olacaq.
Yəni, üstəgəl 4 ADF yazacağam.
Və qlikolizdən sonra...
İcazənizlə buradakı yazını düzəldim.
Üzr istəyirəm, bu ADF idi.
Qoyun, bunu yenidən yazım.
4 ADF.
Və 4 fosfat ionuna da
ehtiyacınız ola bilər, üstəgəl 4.
Mən onları yalnız belə deyirəm,
yazılışları isə bu cürdür.
Bəlkə belə də yaza bilərəm
4 fosfat qrupu.
1 qlikolizdən sonra
2 piruvat və
2 NADH əmələ gələcək.
NAD-lar reduksiya olacaq.
O, hidrogen əldə edib.
Reduksiya,
elektron qazandırır. Lakin,
bioloji mənada
hidrogen əldə
etməsini düşünürük.
Hidrogen elektro-mənfi olmadığı üçün
elektronu
ala bilirsiniz.
Onun elektronlarını əldə etdiniz.
Beləliklə, iki NADH və daha sonra
bu iki ATF hazırlıq mərhələsində
istifadə olunur. Buna görə
onları bir az ayrıca yazdım. Deməli
bu ikisi istifadə olundu.
2 ADF-niz qaldı.
Bunlar da
ATF-yə çevrilir.
Beləliklə, üstəgəl 4 ATF.
Zənnimcə,
dördünə ehtiyacımız yox idi.
Bizim yalnız iki fosfat qrupuna ehtiyacımız vardı.
Çünki ikisi buradan gəlir.
Sonra orada dörd ədəd olması üçün
cəmi iki ədədə ehtiyacımız var.
Ancaq böyük mənzərə budur ki,
bir qlükoza ilə başlayır,
iki piruvatla sonlanır.
İki ATF istifadə edirsiniz.
Dörd ATF əldə edirsiniz.
Yekun olaraq 2 ATF əmələ gəlmiş olur.
İcazə verin,bunu çox böyük yazım.
Yekun olaraq qlikolizdən
2 ATF əldə etdiniz.
Hər biri sonradan 3 ATF istehsal etmək
üçün elektron nəqliyyat zəncirində
istifadə edilə bilən
iki NADH əldə edirsiniz.
İki NADH əldə edirsiniz və Krebs tsikli üçün
xammal olacaq asetil-KoA-lara yenidən
iki piruvat əldə edirsiniz.