Biz artıq öyrənmişik ki, hüceyrə tənəffüsü təxminən üç fazaya bölünə bilər. İlk faza qlükozanın parçalanması mənasını verən qlikolizdir, Bu oksigen ilə və ya oksigensiz baş verə bilər. Əgər oksigen yoxdursa, fermentləşmə olacaq, bunun haqqında gələcəkdə danışacağıq. Fermentasiya nəticəsində insanda süd turşusu əmələ gəlir. Orqanizmlərin başqa növləri alkoqol və ya etanol istehsal edə bilər. Lakin oksigenimiz varsa- əksər hissələrin oksigenlə davam etdiyini fərz edirik- Əgər oksigen olarsa, Krebs tsiklinə keçə bilərik. Bəzən limon turşusu istifadə etdiyindən limon turşusu dövrü adlanır. Eyni şey portağal yaxud limon nektarında da var. Ondan sonra isə elektron nəqliyyat zənciri ilə davam edirik. Hüceyrə tənəffüsünə ilk baxış videosunda ATF-nin əsas hissəsinin məhz burada istehsal olunduğunu öyrəndik. Baxmayaraq ki,burada bu mərhələlərdən çıxan məhsullar istifadə olunur. İndi bu videoda isə yalnız qlikolizə yönəlmək istəyirəm. Bu bir növ - bəzən çətin bir tapşırıq olur, çünki həqiqətən alaq otlarına rast gələ bilərsiniz. Mən bir az alaq otlarını və əsl mexanizmi göstərəcəyəm. Bu, çox qorxunc görünə bilər. Ancaq bunu sizin üçün sadələşdirmək istəyirəm,beləcə bir çox lazımlı məlumata sahib ola bilərsiniz.Və sonra dəyərləndirə bilərik,sonra bəlkə də qlikolizin alaq otlarına baxanda bir az daha mənalı gələ bilər. Deməli,qlikoliz və ya elə hüceyrə tənəffüsü qlükoza ilə başlayır. Və qlükozanın formulunu bilirik. Bu C6H12O6. Bütün quruluşunu çəkə bilərdim; bu, bir az vaxt aparardı. Lakin diqqətimi yalnız karbon sütununa yönəldəcəyəm.Deməli,o, halqadır,yaxud halqa ola bilər. Ancaq onu ardıcıl altı karbon şəklində çəkəcəyəm. Bilmək yaxşı olar ki, iki növ vacib qlikoliz mərhələsi var. İlkini hazırlıq mərhələsi adlandırıram. Və hazırlıq mərhələsi, əslində iki ATF istifadə edir. Bilirsiniz ki,hüceyrə tənəffüsün bütün məqsədi ATF əmələ gətirməkdir, amma əvvəlcə iki ATF istifadə etməliyəm. 2 ATF istifadə edirəm və sonra əsas olaraq, qlükoza burada iki ədəd 3 karbonlu birləşməyə parçalanır, bunların həmçinin fosfat qrupu da var. Fosfat qrupları həmin ATF-dən gəlir. Bunlarda fosfat qrupu var və buna tez-tez.. əslində, bunun bir çox adı var.Bəzən buna PQAL deyilir. Bunu bilmək həqiqətən lazım deyil. Yaxud fosfoqliseraldehid.. Həqiqətən mənim imla bacarıqlarımı burada çətinləşdirir. Bunu bilmək o qədər də vacib deyil. Bilməlisiniz ki, bu ilk mərhələdə iki ATP istifadə edin. Buna görə mən buna investisiya mərhələsi deyirəm. Bir iş analogiyasından istifadə ediriksə, investisiya mərhələsi.