Biz artıq öyrənmişik ki, hüceyrə tənəffüsü
təxminən üç fazaya bölünə bilər.
İlk faza qlükozanın parçalanması
mənasını verən
qlikolizdir,
Bu oksigen ilə və ya oksigensiz
baş verə bilər.
Əgər oksigen yoxdursa,
fermentləşmə olacaq,
bunun haqqında gələcəkdə danışacağıq.
Fermentasiya nəticəsində insanda
süd turşusu əmələ gəlir.
Orqanizmlərin başqa növləri alkoqol və ya
etanol istehsal edə bilər.
Lakin oksigenimiz varsa- əksər hissələrin
oksigenlə davam etdiyini fərz edirik-
Əgər oksigen olarsa,
Krebs tsiklinə keçə bilərik.
Bəzən limon turşusu istifadə etdiyindən
limon turşusu dövrü adlanır.
Eyni şey portağal yaxud limon nektarında
da var.
Ondan sonra isə
elektron nəqliyyat zənciri
ilə davam edirik.
Hüceyrə tənəffüsünə ilk baxış videosunda
ATF-nin əsas hissəsinin məhz burada
istehsal olunduğunu
öyrəndik.
Baxmayaraq ki,burada
bu mərhələlərdən çıxan
məhsullar istifadə olunur.
İndi bu videoda isə
yalnız qlikolizə
yönəlmək istəyirəm.
Bu bir növ - bəzən çətin bir tapşırıq
olur, çünki həqiqətən alaq
otlarına rast gələ bilərsiniz.
Mən
bir az alaq otlarını və əsl
mexanizmi
göstərəcəyəm. Bu,
çox qorxunc görünə bilər.
Ancaq bunu sizin üçün
sadələşdirmək istəyirəm,beləcə
bir çox lazımlı məlumata
sahib ola bilərsiniz.Və sonra dəyərləndirə
bilərik,sonra bəlkə də qlikolizin
alaq otlarına baxanda bir az
daha mənalı gələ bilər.
Deməli,qlikoliz və ya
elə hüceyrə tənəffüsü
qlükoza ilə başlayır.
Və qlükozanın formulunu bilirik.
Bu C6H12O6.
Bütün quruluşunu
çəkə bilərdim;
bu, bir az vaxt aparardı.
Lakin
diqqətimi yalnız karbon sütununa
yönəldəcəyəm.Deməli,o, halqadır,yaxud
halqa ola bilər.
Ancaq onu ardıcıl altı karbon
şəklində çəkəcəyəm.
Bilmək yaxşı olar ki,
iki növ vacib qlikoliz
mərhələsi var.
İlkini hazırlıq mərhələsi adlandırıram.
Və hazırlıq mərhələsi,
əslində iki ATF istifadə edir.
Bilirsiniz ki,hüceyrə tənəffüsün
bütün məqsədi ATF
əmələ gətirməkdir,
amma əvvəlcə iki ATF
istifadə etməliyəm.
2 ATF istifadə edirəm və sonra
əsas olaraq, qlükoza burada
iki ədəd 3 karbonlu birləşməyə parçalanır,
bunların həmçinin fosfat qrupu da var.
Fosfat qrupları həmin ATF-dən gəlir.
Bunlarda fosfat qrupu var və
buna tez-tez.. əslində,
bunun bir çox adı var.Bəzən
buna PQAL deyilir.
Bunu bilmək
həqiqətən lazım deyil.
Yaxud fosfoqliseraldehid.. Həqiqətən mənim imla bacarıqlarımı burada çətinləşdirir.
Bunu bilmək o qədər də vacib deyil.
Bilməlisiniz ki, bu ilk mərhələdə iki ATP istifadə edin. Buna görə mən buna investisiya mərhələsi deyirəm. Bir iş analogiyasından istifadə ediriksə, investisiya mərhələsi.