Bir şüşə flakonun içində plazma var.
Bir azdan onu qeyd edəcəm.
Burada üzən natriumum və
bənövşəyi rəngdə bəzi anionlar var.
Bu isə natriuma birləşən hər hansı maddədir.
Bu mənfi yüklənmiş ion, daha çox xlor və
ya bikarbonat ola bilər.
Burada həmçinin qlükoza da var.
Bundan başqa urea nitrogeni də dediyimiz urea var.
Plazmada bir neçə maddə var,
kimsə sizdən soruşur ki,
plazmanın ümumi osmolyarlığı nə qədərdir?
Siz bilirsiz ki, bu hər litr qanda
olan osmolların miqdarıdır.
Bir litr plazma yazmaq daha dəqiq olardı.
Çünki, biz burada plazma haqqında danışırıq.
Yəni, plazmanın bir litrində.
Bu suala cavab vermək üçün
plazmanın hər litrində olan
osmollar haqqında bilməliyik.
Bunun üzərindən keçək.
Sizə bəzi laborator göstəricilər verəcəm,
bu zaman görəcəksiz ki, 4 vacib həllolan
maddənin göstəriciləri osmolyarlığı
düzgün hesablamağa
imkan verir.
Yəni plazmada olan bütün osmolları
bilməyə ehtiyac yoxdu.
4 əsas maddəyə əsaslanaraq
bunu hesablamaq olar.
Gəlin onlardan birincisi, natrium ilə başlayaq.
Laborator göstəriciləri boz rəngdə
yazacam, natriumun miqdarı
laborator göstəricilərə əsasən
hər litrdə
140 milliekvivalentdir.
Bəs bunu osmola necə çevirmək olar?
Məxrəc artıq hazırdır.
Dərhal deyə bilərsiz ki, cavab elə bir
litrdə 140 milimola bərabərdir.
Çünki, bilirsiz ki, natrium bir
valentlidir, yəni monovalentdir.
Monovalent olduğu üçün ekvivalent sayı
mol sayına bərabərdir.
Molu bildikdən sonra
osmola keçə bilərsiz.
Dedik ki, bir litrdə 140 osmol və va ya milliosmol var.
Natrium suyun tərkibində ondan
gözlənilən xüsusiyyətləri göstərir.
O parçalanmır, çünki onsuz da
tək hissəcikdir.
O vahid hissəcik kimi davranır.
Vahid hissəcik.
Əgər tək hissəlidirsə, bir litrdə
140 milliosmol olacaq.
Problemin dörddə birini effektiv şəkildə həll etdik.
4 ayrı həll olan maddənin osmolyarlığını
müəyyən edib hamısını toplamalıyıq.
Artıq natriumu hesabladıq.
İndi isə aniona baxaq.
Anion üçün ipucu onun natriumla eyni olduğunu hesab etməkdir.
Natriumla eyni, lakin onu əksi.
Biz bilirik ki, bu 140-dır.
Burada da 140 rəqəmindən istifadə edəcik.
Natrium müsbət yüklüdür,
indi isə sizə mənfi yüklü maddə
lazımdır.
Bütün neqativ yükün anionlardan
gəldiyini düşünək .
Bunlar xloid və bikarbonat
kimi maddələrdir.
Bu maddələrin miqdarını bilməyə
ehtiyac yoxdur, sadəcə 140-ı götürür,
2-ə vururuq və digər yarısının
anion olduğunu hesab edirik.
İndi isə bu vahidləri çevirməliyik.
Bir litrdə milliosmollara baxmalıyıq.
Anion təkvalentlidir, yəni monovaletdir,
bu da bizə millimolu verir.
Yuxarıdakı məntiqin eynisindən istifadə edirik.
İndicə dedik ki, bu millimoldur və tək bir
hissəcikdir, yəni o parçalanmır,
suyu dəf edir və iki istiqamətdə gedir,
məntiqli olaraq, ikiqat effekti var,
əvvəlki kimi hər litrdə 140 milliosmol
ilə bitirəcik.
Bu bizim ikinci hissəmiz idi, elə deyil ?
2 hissə artıq hazırdır.
Biz natriumu və anionu hesabladıq.
İndi isə qlükozaya keçək.
Laboratoriyanın bizə verdiyi göstəricilərdən
qlükozanın vahid şəklində necə hesablandığını
sizə bir saniyədə izah edəcəm.
İstifadə olunan vahidə necə keçə bilərik ?
Gəlin keçid edək.
-
Lövhədə bir az boş sahə açaq.
Deyək ki, qlükoza buradadır.
Laboratoriya deyir ki, sizin analiz cavabları
hazırdır, nəticə 90 mq/dl-dir.
Bu qlükozanın çox tez-tez rast
gəlinən laborator göstəricisidir.
Etməli olduğumuz bir şey də milliqramdan mola
necə keçildiyini başa düşməkdir.
Siz bilirsiz ki, qlükoza necə görünür.
Bu onun formuludur.
Onun ümumi kütləsini, atom kütləsini
hesablamaq üçün burada olan 6 karbon
atomunu onun kütləsinə,
yəni 12-ə vururuq