Bir addım geri gedərək bunların bəzilərini silirəm. Bu prosesin ilk yarısında ateroskleroz baş verir. İndi isə ikinci yarısını tamamlayacağıq. Bütün proseslər intima təbəqəsində baş verir. Onların hamısı eyni qalacaq. Makrofaqlar haqqında bəhs etdik Biz köpük hüceyrələrini necə formalaşdırdıqları və bütün yağları yedikdən sonra necə "yağ gölü" əmələ gətirdikləri barədə danışdıq. Hazırki şəkil bu prosesə qədər olan hissəni təsvir edir. Bundan sonra nə baş verəcəyi barədə danışaq. Beşinci addım saya əzələlərində baş verir. Biz bu əzələlər barəsində danışmamışıq. Onlar titrəyir və ya bir növ rəqs edirlər. İntima təbəqəsinin üzərinə rəqs yazım. Bütün proseslər intima təbəqəsinin üzərində baş verir. Bütün hərəkətin burada olduğunu görə bilərsiniz. "Rəqs edirlər" ifadəsi bir qədər yalnış ola bilər. Əslində isə bu qırmızı, yastı hüceyrələri olan əzələlər köç etməyə və ya hərəkətə başlayırlar. Boşluğa doğru yerini dəyişməyə başlayırlar. Buradakılar bu tərəfə, digərləri isə digər tərəfə doğru yerdəyişirlər. Yerdəyişməyə başladıqları an hərəkətlilik artır. Makrofaqlar buradadır. Yağ gölməçəsində LDL var. Hüceyrələr tərəfindən çoxlu kimyəvi maddələr buraxılır. Bununla nələrinsə baş verdiyi hiss olunur. Oraya doğru bir növ köç baş verir. Lifli qapaq hazırlamağa başlayırlar. Bu altıncı addımdr. Altıncı addımda lifli qapaq hazırlanır. Necə baş verdiyini aydınlaşdırım. Saya əzələ hüceyrələri- SƏH lifli qapaq əmələ gətirir. Lifli qapaq nədir? Uşaq olarkən diqqətsizlik edib yıxıldığınız anları düşünün. Evə diziniz qanamış vəziyyətdə qayıdırdınız. Qanayan yara sonradan qabığa çevrilirdi. Saya əzələ hüceyrələri onu yağ gölü üzərində formalaşan qabıq kimi qəbul edir. Yağ gölməçəsini sarı rənglə qeyd edirəm. Saya əzələ hüceyrələri onun üzərində qapaq əmələ gətirir. Onları silərək yeni rəsm çəkim. Gölməçənin getdikcə böyüdüyünü fərz edək. Getdikcə daha da böyüyür. Burada yığılmaqda davam edən bütün LDL hüceyrələrindən daha çox yağ var. Çünki endotelyal hüceyrələr geriyə doğru düzgün işləmirlər. Beləliklə, qəribə işləmə prinsipli endotelyal hüceyrə dəstinə sahibik. Nəticədə saya əzələ hüceyrələri lifli qapaq hazırlamaq qərarına gəlirlər. Yeni rənglə işarə edək. Qırmızı olsun. Belə daha gözəl göründüyünü düşünürəm. Qapaq təbəqəyə qarışaraq orada yerləşir. Bəzən