Bir addım geri gedərək
bunların
bəzilərini silirəm.
Bu prosesin ilk
yarısında
ateroskleroz
baş verir.
İndi isə ikinci
yarısını tamamlayacağıq.
Bütün proseslər
daxili təbəqədə baş verir.
Onların hamısı eyni
qalacaq.
Makrofaqlar haqqında
bəhs etdik.
Süngər hüceyrələrini necə
formalaşdırdıqları və
bütün yağları yedikdən sonra
necə "yağ gölü" əmələ
gətirdikləri barədə danışdıq.
Hazırki şəkil bu prosesə
qədər olan hissəni
təsvir edir.
Bundan sonra nə baş verəcəyi
barədə danışaq.
Beşinci addım
saya əzələlərində
baş verir. Biz bu
əzələlər barəsində
danışmamışıq. Onlar
titrəyir və ya bir növ
rəqs edirlər.
Daxili təbəqənin üzərinə
rəqs yazım.
Bütün proseslər daxili
təbəqənin üzərində baş verir.
Bütün hərəkətin
burada olduğunu
görə bilərsiniz.
"Rəqs edirlər" ifadəsi bir qədər
yalnış ola bilər.
Əslində isə
bu qırmızı, saya əzələ
hüceyrələri
köç etməyə
və ya hərəkətə
başlayırlar.
Boşluğa doğru
yerini dəyişməyə başlayırlar.
Buradakılar bu tərəfə,
digərləri isə digər tərəfə doğru
yerdəyişirlər.
Yerdəyişməyə başladıqları an
hərəkətlilik artır.
Makrofaqlar buradadır.
Yağ gölməçəsində
ASL var.
Hüceyrələr tərəfindən çoxlu
kimyəvi maddələr buraxılır.
Bu nəyinsə baş verdiyindən
xəbər verir.
Oraya doğru bir növ köç baş verir.
Lifli qapaq hazırlamağa
başlayırlar.
Bu altıncı addımdr.
Altıncı addımda lifli qapaq hazırlanır.
Necə baş verdiyini aydınlaşdırım.
Saya əzələ hüceyrələri- SƏH
lifli qapaq
əmələ gətirir.
Lifli qapaq
nədir?
Uşaq olarkən
diqqətsizlik edib yıxıldığınız
anları düşünün.
Evə diziniz
qanamış
vəziyyətdə qayıdırdınız.
Qanayan yara
sonradan qabığa
çevrilirdi.
Saya əzələ hüceyrələri
lifli qapaqlarla
yağ gölü
üzərində
qabıq
formalaşdırır.
Yağ gölməçəsini
sarı rənglə qeyd edirəm.
Saya əzələ hüceyrələri
onun üzərində
qapaq əmələ
gətirir.
Onları silərək
yeni rəsm çəkim.
Gölməçənin getdikcə
böyüdüyünü fərz edək.
Getdikcə daha da
böyüyür.
Burada yığılmaqda davam edən
bütün ASL hüceyrələrindən
daha çox yağ var. Çünki
endotel hüceyrələr
düzgün
işləmirlər.
Beləliklə, qəribə
işləmə mexanizmli
endotel hüceyrə
dəstinə sahibik.
Nəticədə saya əzələ hüceyrələri
lifli qapaq hazırlamaq
qərarına gəlirlər.
Yeni rənglə işarə edək.
Qırmızı olsun.
Belə daha gözəl göründüyünü düşünürəm.
Qapaq
təbəqəyə qarışaraq
orada
yerləşir.
Endotel hüceyrələr
bəzən üzərində
olur, bəzən isə yox.
Endotel təbəqənin
pozulduğunu deyə bilərəm.
Qalın lifli qapaq
meydana gəlir.
Qapağın içində kollagen
və ya elastin
var.
Deməli, qapaq kollagen və
elastin zülallarından
formalaşır.
Onlar bədənimizdəki
bütün hüceyrələrin
yerində saxlanılmasına
kömək edən zülallardır.
İstər sümüklərimizdə,
istərsə də burnumuzda
həmin zülallardan
tapa bilərik.
Onlar lifli qapaq əmələ gətirirlər.
Hazırda
qapaqlı yağ
təbəqəmiz var.
Aydın səslənir.
Bu daha ağlabatan
yoldur.
Yağ gölməçəsi
üzərində lifli qapaq
mövcuddur.
Onun
qan damarlarına doğru
qabarmağa başladığını
görürük.
Kənardakı kiçik diaqramı
nəzərdən keçirək.
Gözəl, dairəvi formada
qan damarı
var.
Burada yerləşmiş
nəhəng yağ gölü
var.
Qapağı da
buraya əlavə edirəm.
Qan damarında nə baş verdi?
Damarın radiusu
kiçilməyə
başladı.
Böyük dəyişikliklərdən sonra
qan damarımız da
kiçildi.
Kiçilmiş radiusu
şəkildə
görə bilərik.
Radiusun müqavimətlə
əlaqəsini bilirik.
Deməli, müqavimət də
artdı.
Müqavimət qan axınına qarşı
artmağa başladı.
Buradan buraya qədər olan
məsafənin qısa olmasından
bəhs edirəm. Boşluğa doğru
nəsə daxil olur.
Bir qədər maraqlı olan
digər dəyişiklik isə
divarın əslində
daha sərt,
daha bərk
olmasıdır.
Haqqında danışmadığım
digər bir fakt isə
saya əzələ hüceyrələrində
yaranan kalsium
istehsalıdır. Biz bunu yeddinci
addım da
adlandıra bilərik.
Istehsal dedikdə
nəyi nəzərdə tuturam?
Bu
hüceyrələr
sümük əmələ
gətirirmə prosesində
iştirak edirlər.
Ölü süngər
hüceyrələr
kiçik ətraf mühit
yaradaraq
buraya daha
çox kalsium
istehsal etməliyəm deyə
düşünməyə başlayırlar.
Bir az kalsium külçəsini
buraxırlar.
Digər külçələri də
əlavə edirlər.
Anidən nəzər yetirdikdə
buranın çox əhəngli
olduğunu
düşünürük.
Bir qədər sümüyə bənzəyir.
Sümükdə baş verən budur.
Beləliklə, bütün sahə
əhəngləşməyə başlayır.
Bu bölgə kalsiumla
zənginləşdikcə
kalsium kristalları ilə
dolmağa başlayır. Bu zaman
arteriyalar
xırçıltılı olmağa
başlayır ki,
bu da xoş səslənmir.
Əslində onlar daha sərtdirlər.
Burada əsas məqam
daha çox sərtlik və daha az
uyğunluq əldə etməkdir.
Bu da damarın
xırçıldamasına və
elastik ola bilməməsinə
səbəb olur. Aşağı uyğunluq,
daha az elastiklik
deməkdir.
Bütün dəyişikliklər
bunlardan ibarətdir.
Kiçik radius
müqaviməti artırır.
Aşağı uyğunluq dedikdə,
böyük və orta ölçülü
arteriyaların qan dövranı zamanı
balon kimi genişlənməsinin
çətinliyi nəzərdə tutulur.
İkisi də qan təzyiqinin
artmasına səbəb olacaq.