Bir addım geri gedərək bunların bəzilərini silirəm. Bu prosesin ilk yarısında ateroskleroz baş verir. İndi isə ikinci yarısını tamamlayacağıq. Bütün proseslər daxili təbəqədə baş verir. Onların hamısı eyni qalacaq. Makrofaqlar haqqında bəhs etdik. Süngər hüceyrələrini necə formalaşdırdıqları və bütün yağları yedikdən sonra necə "yağ gölü" əmələ gətirdikləri barədə danışdıq. Hazırki şəkil bu prosesə qədər olan hissəni təsvir edir. Bundan sonra nə baş verəcəyi barədə danışaq. Beşinci addım saya əzələlərində baş verir. Biz bu əzələlər barəsində danışmamışıq. Onlar titrəyir və ya bir növ rəqs edirlər. Daxili təbəqənin üzərinə rəqs yazım. Bütün proseslər daxili təbəqənin üzərində baş verir. Bütün hərəkətin burada olduğunu görə bilərsiniz. "Rəqs edirlər" ifadəsi bir qədər yalnış ola bilər. Əslində isə bu qırmızı, saya əzələ hüceyrələri köç etməyə və ya hərəkətə başlayırlar. Boşluğa doğru yerini dəyişməyə başlayırlar. Buradakılar bu tərəfə, digərləri isə digər tərəfə doğru yerdəyişirlər. Yerdəyişməyə başladıqları an hərəkətlilik artır. Makrofaqlar buradadır. Yağ gölməçəsində ASL var. Hüceyrələr tərəfindən çoxlu kimyəvi maddələr buraxılır. Bu nəyinsə baş verdiyindən xəbər verir. Oraya doğru bir növ köç baş verir. Lifli qapaq hazırlamağa başlayırlar. Bu altıncı addımdr. Altıncı addımda lifli qapaq hazırlanır. Necə baş verdiyini aydınlaşdırım. Saya əzələ hüceyrələri- SƏH lifli qapaq əmələ gətirir. Lifli qapaq nədir? Uşaq olarkən diqqətsizlik edib yıxıldığınız anları düşünün. Evə diziniz qanamış vəziyyətdə qayıdırdınız. Qanayan yara sonradan qabığa çevrilirdi. Saya əzələ hüceyrələri lifli qapaqlarla yağ gölü üzərində qabıq formalaşdırır. Yağ gölməçəsini sarı rənglə qeyd edirəm. Saya əzələ hüceyrələri onun üzərində qapaq əmələ gətirir. Onları silərək yeni rəsm çəkim. Gölməçənin getdikcə böyüdüyünü fərz edək. Getdikcə daha da böyüyür. Burada yığılmaqda davam edən bütün ASL hüceyrələrindən daha çox yağ var. Çünki endotel hüceyrələr düzgün işləmirlər. Beləliklə, qəribə işləmə mexanizmli endotel hüceyrə dəstinə sahibik. Nəticədə saya əzələ hüceyrələri lifli qapaq hazırlamaq qərarına gəlirlər. Yeni rənglə işarə edək. Qırmızı olsun. Belə daha gözəl göründüyünü düşünürəm. Qapaq təbəqəyə qarışaraq orada yerləşir. Endotelyal hüceyrələr bəzən üzərində olur, bəzən isə yox. Endotelyal təbəqənin pozulduğunu deyə bilərəm. Qalın lifli qapaq meydana gəlir. Qapağın içində kollagen və ya elastin var. Deməli, qapaq kollagen və elastin zülallarından formalaşır. Onlar bədənimizdəki bütün hüceyrələrin yerində saxlanılmasına kömək edən zülallardır. İstər sümüklərimizdə, istərsə də burnumuzda həmin zülallardan tapa bilərik. Onlar lifli qapaq əmələ gətirirlər. Hazırda qapaqlı yağ təbəqəmiz var. Aydın səslənir. Bu daha ağlabatan yoldur. Yağ gölməçəsi üzərində lifli qapaq mövcuddur. Onun qan damarlarına doğru qabarmağa başladığını görürük. Kənardakı kiçik diaqramı nəzərdən keçirək. Gözəl, dairəvi formada qan damarı var. Burada yerləşmiş nəhəng yağ gölü var. Qapağı da buraya əlavə edirəm. Qan damarında nə baş verdi? Damarlarda sahib olduğumuz radius kiçilməyə başladı. Böyük dəyişikliklərdən sonra qan damarlarımız da kiçildi. Kiçilmiş radiusu şəkildə görə bilərik. Radiusun müqavimətlə əlaqəsini bilirik. Deməli, müqavimət də artdı. Müqavimət qan axınına qarşı artmağa başladı. Buradan buraya qədər olan məsafənin qısa olmasından bəhs edirəm. Lumenə doğru nəsə daxil olur. Bir qədər maraqlı olan digər dəyişiklik isə divarın əslində daha sərt, daha bərk olmasıdır. Haqqında danışmadığım digər bir fakt isə saya əzələ hüceyrələrində yaranan kalsium istehsalıdır. Biz bunu yeddinci addım da adlandıra bilərik. Istehsal dedikdə nəyi nəzərdə tuturam? Bu hüceyrələr sümük əmələ gətirirmə prosesində iştirak edirlər. Ölü süngər hüceyrələr kiçik ətraf mühit yaradaraq buraya daha çox kalsium istehsal etməliyəm deyə düşünməyə başlayırlar. Bir az kalsium külçəsini buraxırlar. Digər külçələri də əlavə edirlər. Anidən nəzər yetirdikdə buranın çox əhəngli olduğunu düşünürük. Bir qədər sümüyə bənzəyir. Sümükdə baş verən budur. Beləliklə, bütün sahə əhəngləşməyə başlayır. Bu bölgə kalsiumla zənginləşdikcə kalsium kristalları ilə dolmağa başlayır. Bu zaman arteriyalar xırçıltılı olmağa başlayır ki, bu da xoş səslənmir. Əslində onlar daha sərtdirlər. Burada əsas məqam daha çox sərtlik və daha az uyunluq əldə etməkdir. Bu da damarın xırçıldamasına və elastik ola bilməməsinə səbəb olur. Aşağı uyğunluq, daha az elastiklik deməkdir. Bütün dəyişikliklər bunlardan ibarətdir. Kiçik radius müqaviməti artırır. Aşağı uyğunluq dedikdə, böyük və orta ölçülü arteriyalardan qanın axması zamanı balon kimi genişlənməyinin çətinləşməsi nəzərdə tutulur. İkisi də qanda təzyiqin artmasına səbəb olacaq.