Bir addım geri gedərək bunların bəzilərini silirəm. Bu prosesin ilk yarısında ateroskleroz baş verir. İndi isə ikinci yarısını tamamlayacağıq. Bütün proseslər intima təbəqəsində baş verir. Onların hamısı eyni qalacaq. Makrofaqlar haqqında bəhs etdik Biz köpük hüceyrələrini necə formalaşdırdıqları və bütün yağları yedikdən sonra necə "yağ gölü" əmələ gətirdikləri barədə danışdıq. Hazırki şəkil bu prosesə qədər olan hissəni təsvir edir. Bundan sonra nə baş verəcəyi barədə danışaq.