İqtisadiyyatdakı normal dövrlərdə, FES (Federal Ehtiyatlar Sistemi)federal fondlar nisbətini hədəf alaraq meydana gələn iqtisadi fəaliyyətin miqdarını idarə etməyə çalışır. FES uçot faiz dərəcəsi. -- -- Bu o faiz dərəcəsidir ki, FES istəyir ki,gündəlik əsasda banklar borcları bir-birlərinə bu faiz dərəcəsi ilə versinlər. Son videoda gördüyünüz kimi, bankların bir- birilərinə verdiyi borcların faiz dərəcəsi FES tərəfindən bəyənilmirsə, FES buna müdaxilə edə bilər. -- -- FES açıq bazar əməliyyatları apara bilər, və ya sadəcə ümumi bazarlardan xəzinə kağızları ala bilər. Bunlar dövriyyədə olan nağd pul miqdarını artırır, tələbi aşağı salır, təklifi artırır və faiz dərəcəsini aşağı salır. FES adətən bu faiz dərəcəsini müəyyən bir zona daxilində, müəyyən bir hədəf ətrafında nizamlamağı düşünür. FES-in normal olaraq satın aldığı xəzinə kağızları qısamüddətli xəzinə kağızlarıdır. Bunun səbəbi, daha az riskli olmasıdır, və buna görə də müvəqqəti müqavilələrdən istifadə edirlər. Deyirlər ki, "indilik bunu alırıq amma gələcəkdə müəyyən qiymətə bunu geri alacaqsan." -- Bu REPO sazişi(əqdi) adlanır. -- Açıq bazar əməliyyatlarının əsas məqsədi gündəlik borclanma dərəcəsini təyin etməkdir. Ancaq ümumiyyətlə qısamüddətli xəzinə borclarına üstünlük verirlər, çünki onlar daha təhlükəsizdir. Bu zaman FES daha az faiz riskinə məruz qalır. Təsəvvür edin, FES iqtisadiyyatı canlandırmaq üçün faiz dərəcələrini aşağı salmaqda davam edərsə nə baş verərdi. Deyək ki, FES faiz dərəcəsini 4% -dən 3% -ə, 2% -ə endirməyə davam edir və hətta 0% -ə enir. Və ya davamlı olaraq,pul çap edir və ABŞ qiymətli kağızları alır. Bəlkə də bu nöqtədə, gəlirlilik əyrisi belə olacaq. Lakin bəlkə bu kifayət deyil. Ola bilsin ki, iqtisadiyyat hələ də zəifləyir, yaxud insanlar hələ ipoteka krediti almırlar. Nəticədə, FES artıq ənənəvi açıq bazar əməliyyatları edə bilməz. Həmçinin federal fondların uçor dərəcəsinə diqqət etməyəcək, çünki faizlər daha aşağı düşə bilməz. Çünki sıfıra çatıb. Banklar arasında gündəlik qısa müddətli borclanma artıq sıfırdır. Ancaq FES daha çox nağd pul əlavə etmək istəyirsə,fərqli növ qiymətli kağızlar ala bilər. Qısamüddətli xəzinə kağızları yerinə uzun müddətli xəzinə kağızları ala bilər. Məsələn, 1 illik,5 illik və hətta 10 illik ola bilər. Buradakı nöqtə iki cür olar bilər. Birincisi, sistemə nağd pul əlavə etmək, nağd pul çap etmək və ora qoymaq,belə ki,bunlar insanların sərmayə qoyması və bank sisteminin işləməsi üçündür. Ancaq daha uzun borc üçün borclanma dəyərinin aşağı düşməsi gəlirlilik əyrisini daha da açıq şəkildə idarə edə bilər. Bu zaman gəlirlilik əyrisi belə olacaq. Çünki daha uzun müddətli xəzinə kağızları alırsa, bu,gəlirliliyi aşağı salacaq. Və ya xəzinə kağızlarından başqa şeyləri almağa başlaya bilərlər: Məsələn, ipoteka ilə təmin edilmiş qiymətli kağızlar. Nəticədə bu, ipoteka bazarını bir az genişləndirər, bir az daha axıcı edər. Bu, FES-in qeyri-ənənəvi müdaxilə üsuludur, hansı ki hədəf faiz dərəcəsi artıq önəmsənilmir, çünki artıq 0-dır. FES-in qısamüddətli borc almadığı, lakin daha uzunmüddətli borc almağa başladığı yerlərdə, gəlirlilik əyrisi daha da aşağı düşür. -- -- Bəlkə şirkətə aid borc almağa başlayırlar. Ya bəlkə ipoteka ilə təmin edilmiş qiymətli kağızlar almağa başlayırlar. Buna yumşaq pul siyasəti deyilir. Və bunun ənənəvi FES açıq bazar əməliyyatlarından fərqləndirən iki elementi var. Artıq federal fond uçot faiz dərəcəsi ilə maraqlanmırlar, çünki artıq sıfır səviyyəsindədir. İkincisi isə budur ki, gəlirlilik əyrisindən bəlkə də daha aşağı olanları satın alırlar. Beləliklə, gəlirlilik əyrisinin özünü idarə etməyə çalışırlar. Bəlkə də bu bazarları bir az daha işlək vəziyyətə gətirmək məqsədi ilə daha az ənənəvi qiymətli kağız alırlar.