İqtisadiyyatdakı normal dövrlərdə, FES
(Federal Ehtiyatlar Sistemi)federal
fondlar nisbətini hədəf alaraq meydana
gələn iqtisadi fəaliyyətin
miqdarını idarə etməyə çalışır.
FES uçot faiz dərəcəsi.
--
--
Bu o faiz dərəcəsidir ki,
FES istəyir ki,gündəlik əsasda
banklar borcları bir-birlərinə
bu faiz dərəcəsi ilə versinlər.
Son videoda gördüyünüz kimi,
bankların bir- birilərinə verdiyi
borcların faiz
dərəcəsi FES tərəfindən bəyənilmirsə,
FES buna müdaxilə edə bilər.
--
--
FES açıq bazar əməliyyatları apara bilər,
və ya sadəcə ümumi bazarlardan
xəzinə kağızları
ala bilər.
Bunlar dövriyyədə olan nağd
pul miqdarını artırır,
tələbi aşağı salır, təklifi artırır və
faiz dərəcəsini aşağı salır.
FES adətən bu faiz dərəcəsini müəyyən
bir zona daxilində,
müəyyən bir hədəf ətrafında
nizamlamağı düşünür.
FES-in normal olaraq
satın aldığı xəzinə kağızları
qısamüddətli xəzinə kağızlarıdır.
Bunun səbəbi, daha az riskli
olmasıdır,
və buna görə də müvəqqəti
müqavilələrdən istifadə edirlər.
Deyirlər ki, "indilik bunu alırıq amma
gələcəkdə müəyyən qiymətə bunu
geri alacaqsan."
--
Bu REPO sazişi(əqdi) adlanır.
--
Açıq bazar əməliyyatlarının əsas
məqsədi gündəlik borclanma
dərəcəsini təyin etməkdir.
Ancaq ümumiyyətlə qısamüddətli xəzinə
borclarına üstünlük verirlər, çünki
onlar daha təhlükəsizdir.
Bu zaman FES daha az faiz
riskinə məruz qalır.
Təsəvvür edin, FES iqtisadiyyatı
canlandırmaq üçün faiz
dərəcələrini aşağı salmaqda davam edərsə
nə baş verərdi.
Deyək ki, FES faiz dərəcəsini
4% -dən 3% -ə, 2% -ə
endirməyə davam edir və hətta
0% -ə enir.
Və ya davamlı olaraq,pul çap edir və
ABŞ qiymətli kağızları alır.
Bəlkə də bu nöqtədə,
gəlirlilik əyrisi belə olacaq.
Lakin bəlkə bu kifayət deyil.
Ola bilsin ki, iqtisadiyyat
hələ də zəifləyir,
yaxud insanlar hələ
ipoteka krediti almırlar.
Nəticədə, FES artıq ənənəvi
açıq bazar əməliyyatları
edə bilməz.
Həmçinin federal fondların uçor dərəcəsinə
diqqət etməyəcək, çünki faizlər
daha aşağı düşə bilməz.
Çünki sıfıra çatıb.
Banklar arasında gündəlik qısa
müddətli borclanma artıq sıfırdır.
Ancaq FES daha çox
nağd pul əlavə etmək
istəyirsə,fərqli növ qiymətli
kağızlar ala bilər.
Qısamüddətli xəzinə kağızları yerinə
uzun müddətli xəzinə kağızları
ala bilər.
Məsələn, 1 illik,5 illik və hətta
10 illik ola bilər.
Buradakı nöqtə iki cür olar bilər.
Birincisi, sistemə nağd pul
əlavə etmək, nağd pul çap etmək
və ora qoymaq,belə ki,bunlar
insanların
sərmayə qoyması və
bank sisteminin işləməsi
üçündür.
Ancaq daha uzun borc
üçün borclanma dəyərinin
aşağı düşməsi gəlirlilik
əyrisini daha da açıq
şəkildə idarə edə bilər.
Bu zaman gəlirlilik əyrisi
belə olacaq.
Çünki daha uzun müddətli xəzinə
kağızları alırsa,
bu,gəlirliliyi aşağı salacaq.
Və ya xəzinə kağızlarından başqa şeyləri
almağa başlaya bilərlər:
Məsələn, ipoteka ilə təmin
edilmiş qiymətli kağızlar.
Nəticədə bu, ipoteka bazarını
bir az genişləndirər,
bir az daha axıcı edər.
Bu, FES-in qeyri-ənənəvi müdaxilə üsuludur,
hansı ki hədəf faiz dərəcəsi
artıq önəmsənilmir,
çünki artıq 0-dır.
FES-in qısamüddətli borc
almadığı, lakin daha
uzunmüddətli borc
almağa başladığı yerlərdə,
gəlirlilik əyrisi daha da aşağı düşür.
--
--
Bəlkə şirkətə aid borc almağa başlayırlar.
Ya bəlkə ipoteka ilə təmin edilmiş
qiymətli kağızlar almağa başlayırlar.
Buna yumşaq pul siyasəti deyilir.
Və bunun ənənəvi FES açıq bazar
əməliyyatlarından
fərqləndirən iki elementi
var.
Artıq federal fond uçot faiz
dərəcəsi ilə maraqlanmırlar,
çünki artıq sıfır səviyyəsindədir.
İkincisi isə budur ki,
gəlirlilik əyrisindən bəlkə də
daha aşağı olanları satın alırlar.
Beləliklə, gəlirlilik əyrisinin
özünü idarə etməyə çalışırlar.
Bəlkə də bu bazarları bir az daha işlək
vəziyyətə gətirmək məqsədi ilə daha
az ənənəvi qiymətli kağız
alırlar.