0:00:01.560,0:00:04.135 Hərəkətə keçmək vaxtıdır. 0:00:04.375,0:00:06.651 Mənim adım Qreta Tunberqdir. 0:00:06.852,0:00:10.212 Kütləvi yox olunuşun astanasındayıq. 0:00:11.171,0:00:13.612 İqlimimiz getdikcə korlanır. 0:00:14.022,0:00:18.217 Mənim kimi uşaqlar məktəbə getmək əvəzinə etirazlara qoşulurlar. 0:00:18.561,0:00:20.897 Amma hələ də bunu həll edə bilərik. 0:00:20.897,0:00:22.963 SİZ bunu həll edə bilərsiniz. 0:00:23.372,0:00:26.577 Sağ qalmaq üçün, qalıq yanacaqdan istifadə etməyi dayandırmalıyıq. 0:00:27.217,0:00:29.822 Amma tək bununla problem həll olunmayacaq. 0:00:30.112,0:00:32.692 İndiyə kimi bir çox həll yolları təklif olunub, 0:00:32.692,0:00:35.412 bəs gözümüzün önündə olan həll yolu necə? 0:00:35.682,0:00:38.112 Dostum Corc bunu izah edəcək. 0:00:38.211,0:00:42.721 Havadakı karbon qazını udan, çox ucuz 0:00:42.721,0:00:44.418 və öz-özünə formalaşan bir sehirli maşın var. 0:00:44.418,0:00:46.466 Onun adı...ağacdır. 0:00:46.576,0:00:47.929 Ağac təbii iqlim həlli üçün bir nümunədir. 0:00:47.929,0:00:48.872 Manqrovlar (həmişəyaşıl meşələr), torf bataqlıqlar, cəngəlliklər, 0:00:48.952,0:00:53.692 dayaz bataqlıqlar, okean yataqları, yosun meşələri, dərin bataqlıqlar, mərcan rifləri... 0:00:53.692,0:00:56.502 Onlar havadakı karbonu udaraq özündə saxlaya bilir. 0:00:56.502,0:00:58.772 Korlanmış iqlimi elə təbiətin öz köməyi ilə bərpa edə bilərik. 0:00:58.772,0:01:02.692 Bu kimi təbii iqlim həlləri böyük miqyasda müsbət nəticələr verə bilər. 0:01:03.212,0:01:07.883 Əladır, elə deyil? 0:01:08.502,0:01:12.325 Ancaq bunun üçün qalıq yanacaqları torpağın altında saxlamalıyıq. 0:01:12.325,0:01:14.012 Ən dəhşətlisi isə budur ki, indi onlara əhəmiyyət vermirik. 0:01:14.222,0:01:17.622 Biz qalıq yanacaq subsidiyalarına təbii həllərdən min dəfə çox vəsait ayırırıq. 0:01:19.702,0:01:21.892 İqlim böhranı üçün istifadə edilən məbləğin 0:01:21.892,0:01:24.402 yalnız 2%-i təbii iqlim həllərinə ayrılır. 0:01:25.744,0:01:30.548 Bu sənin pulundur. Sənin vergilərin və fondda yığılan pullarındır. 0:01:30.548,0:01:32.842 Daha da dəhşətlisi isə budur ki, təbiətə ən çox ehtiyacımız olan zamanda 0:01:32.842,0:01:35.377 ona daha çox ziyan vururuq. 0:01:35.377,0:01:39.053 Hər gün 200-ə qədər növün nəsli kəsilir. 0:01:39.394,0:01:41.021 Arktika buzlaqlarının çoxu əriyib. 0:01:41.021,0:01:43.468 Vəhşi heyvanların çoxunun nəsli kəsilib. 0:01:43.773,0:01:44.958 Torpağın çox hissəsi məhv olub. 0:01:44.958,0:01:47.211 Bəs biz nə etməliyik? 0:01:47.211,0:01:50.094 Siz nə etməlisiniz? 0:01:50.094,0:01:54.228 Çox sadə... Qorumaq. Bərpa etmək. Maliyyələşdirmək. 0:01:54.462,0:01:57.050 Qorumaq. 0:01:57.050,0:01:59.029 Hər dəqiqə 30 futbol meydançası böyüklüyündə 0:01:59.029,0:02:01.012 tropik meşələr kəsilir. 0:02:01.012,0:02:02.813 Təbiətin bu qədər önəmli olduğu yerləri qorumalıyıq. 0:02:02.813,0:02:04.374 Bərpa etmək. 0:02:04.374,0:02:05.458 Planetimizin çox hissəsinə zərər dəyib. 0:02:05.458,0:02:06.225 Lakin təbiət özünü bərpa edə bilər, 0:02:06.225,0:02:07.429 biz isə bu prosesdə ekosistemlərə kömək edə bilərik. 0:02:07.429,0:02:08.501 Maliyyələşdirmək. 0:02:08.501,0:02:09.513 Biz təbiətimizi məhv edən şeylərə deyil, 0:02:10.084,0:02:11.198 onun yaxşılaşmasına kömək edən şeylərə vəsait ayırmalıyıq. 0:02:11.198,0:02:13.325 Hər şey bu qədər sadədir. 0:02:13.325,0:02:16.153 Qoru, bərpa et və maliyyələşdir. 0:02:16.153,0:02:18.679 Bunu hər yerdə həyata keçirmək mümkündür. 0:02:18.679,0:02:20.505 Bir çoxları artıq təbii iqlim həllərindən istifadə etməyə başlayıb. 0:02:20.505,0:02:21.878 Amma daha da böyük miqyasda həyata keçirmək lazımdır. 0:02:21.878,0:02:24.581 Sən də bu işin bir hissəsi ola bilərsən. 0:02:24.581,0:02:26.581 Təbiətin qayğısına qalanlara sən də dəstək ol. 0:02:26.581,0:02:30.042 Bu videonu paylaş. 0:02:31.051,0:02:31.881 Bu haqda danış. 0:02:32.702,0:02:36.172 Dünyanın hər yerində təbiəti qorumaq üçün mübarizə aparan möhtəşəm hərəkatlar var. 0:02:36.172,0:02:38.412 Onlara qoşul! 0:02:39.112,0:02:40.756 Hər kiçik addım önəmlidir. 0:02:40.756,0:02:42.018 Bunun uğrunda atdığın hər addım önəmlidir. 0:02:42.018,0:02:43.044