-
タイトル:
-
概説:
-
Ölüm bərbatdı!
-
Ama öldükdən sonra
bədəninizdə olanlar heyranedicidir.
-
İndi bunu sizə göstərəcəyik.
-
Qorxmayın, iyrənc olmayacaq...
Yəni çox iyrənc olmayacaq.
-
İlk öncə insanın nəfəs alması durur,
-
bədəndəki hüceyrələr
oksijen almağı dayandırır,
-
amma hüceyrələr bir neçə dəqiqə daha
yaşamağa davam edir
-
karbondioksid yaradır.
-
Karbondioksid turşu tərkiblidir,
-
bu da hüceyrələrin içindəki kəsələrin
qopmasına səbəb olur.
-
Bu kəsələrin içində fermentlər olur,
-
kəsə parçalandığında çölə çıxan fermentlər
parçalanmağa başlayır.
-
Bu zaman zəngin qida dəyəri olan
maddələr yaranır.
-
Təxminən bir həftə sonra, bu maddələr
-
bakteriya və göbələklər üçün
-
organların və əzələlərin əriməsini
asanlaşdıracaq bir mayeyə çevrilir.
-
Toxumalara hücum edən mikroplar
-
400-dən çox kimyəvi maddə və qazdan
əmələ gələn möhtəşəm sıralama yaradırlar.
-
Bu mikropların tərkibində
freon qazı var. Bəli,
-
soyuduculardakı soyutma qazı olan freon.
-
Benzol, benzində olan
ən güclü komponentdir.
-
Kükürd qazı,
bataqlıq və çürük yumurta iylənir.
-
Karbon Tetraxlorid olaraq bilinən molekul
-
yanğın söndürmədə
və quru təmizləmədə işlənirdi,
-
ancaq kimyagərlər onun güclü bir zəhər
olduğunu kəşf edəndə bu dayandırıldı.
-
Bu nöqtədə bədəndə çox az ət qalır,
-
və o da...
-
qurtlar və böcəklər tərəfindən yeyilir.
-
Həşəratlar geriyə təkcə sümükləri buraxır.
-
Zaman keçdikcə,
sümüklərdəki proteinlər də parçalanır
-
geriyə sadəcə
hidroksiapatit adlı mineral qalır
-
o da nəticədə toza çevrilir.
-
Əslində,
özümüzü bir az təsəlli edə bilərik,
-
bizim həyatımız sonlandıqdan sonra,
-
bütün bu kimyəvi maddələr,
hətta sümük qalıntıları belə
-
bitkilərin filizlənə bilməsi
və yeni bir həyat üçün
-
torpağa xeyirli, yaşamsal maddələr qatır.
-
Külə kül, toza toz.
-
[ Yazan və danışan: Mark Fischetti]
-
[Köməkçi editor: Kathryn Free]
-
[Produksiya, düzənləmə və animasiya:
Eric R. Olson]
-
[Azərbaycancaya tərcümə: Tuana Hüseynli]