Hərəkətə keçmək vaxtıdır. Mənim adım Qreta Tunberqdir. Kütləvi yox olunuşun astanasındayıq. İqlimimiz getdikcə korlanır. Mənim kimi uşaqlar məktəbə getmək əvəzinə etirazlara qoşulurlar. Amma hələ də bunu həll edə bilərik. SİZ bunu həll edə bilərsiniz. Sağ qalmaq üçün, qalıq yanacaqdan istifadə etməyi dayandırmalıyıq. Amma tək bununla problem həll olunmayacaq. İndiyə kimi bir çox həll yolları təklif olunub, bəs gözümüzün önündə olan həll yolu necə? Dostum Corc bunu izah edəcək. Havadakı karbon qazını udan, çox ucuz və öz-özünə formalaşan bir sehirli maşın var. Onun adı...ağacdır. Ağac təbii iqlim həlli üçün bir nümunədir. Manqrovlar (həmişəyaşıl meşələr), torf bataqlıqlar, cəngəlliklər, dayaz bataqlıqlar, okean yataqları, yosun meşələri, dərin bataqlıqlar, mərcan rifləri... Onlar havadakı karbonu udaraq özündə saxlaya bilir. Korlanmış iqlimi elə təbiətin öz köməyi ilə bərpa edə bilərik. Bu kimi təbii iqlim həlləri böyük miqyasda müsbət nəticələr verə bilər. Əladır, elə deyil? Ancaq bunun üçün qalıq yanacaqları torpağın altında saxlamalıyıq. Ən dəhşətlisi isə budur ki, indi onlara əhəmiyyət vermirik. Biz qalıq yanacaq subsidiyalarına təbii həllərdən min dəfə çox vəsait ayırırıq. İqlim böhranı üçün istifadə edilən məbləğin yalnız 2%-i təbii iqlim həllərinə ayrılır. Bu sənin pulundur. Sənin vergilərin və fondda yığılan pullarındır. Daha da dəhşətlisi isə budur ki, təbiətə ən çox ehtiyacımız olan zamanda ona daha çox ziyan vururuq. Hər gün 200-ə qədər növün nəsli kəsilir. Arktika buzlaqlarının çoxu əriyib. Vəhşi heyvanların çoxunun nəsli kəsilib. Torpağın çox hissəsi məhv olub. Bəs biz nə etməliyik? Siz nə etməlisiniz? Çox sadə... Qorumaq. Bərpa etmək. Maliyyələşdirmək. Qorumaq. Hər dəqiqə 30 futbol meydançası böyüklüyündə tropik meşələr kəsilir. Təbiətin bu qədər önəmli olduğu yerləri qorumalıyıq. Bərpa etmək. Planetimizin çox hissəsinə zərər dəyib. Lakin təbiət özünü bərpa edə bilər, biz isə bu prosesdə ekosistemlərə kömək edə bilərik. Maliyyələşdirmək. Biz təbiətimizi məhv edən şeylərə deyil, onun yaxşılaşmasına kömək edən şeylərə vəsait ayırmalıyıq. Hər şey bu qədər sadədir. Qoru, bərpa et və maliyyələşdir. Bunu hər yerdə həyata keçirmək mümkündür. Bir çoxları artıq təbii iqlim həllərindən istifadə etməyə başlayıb. Amma daha da böyük miqyasda həyata keçirmək lazımdır. Sən də bu işin bir hissəsi ola bilərsən. Təbiətin qayğısına qalanlara sən də dəstək ol. Bu videonu paylaş. Bu haqda danış. Dünyanın hər yerində təbiəti qorumaq üçün mübarizə aparan möhtəşəm hərəkatlar var. Onlara qoşul! Hər kiçik addım önəmlidir. Bunun uğrunda atdığın hər addım önəmlidir.