Return to Video

Dean Ornish deyir ki sizin genləriniz taleyiniz deyil

  • 0:00 - 0:02
    Craig Venterin incəliklə göstərdiyi kimi,
  • 0:02 - 0:04
    genlərimizi dəyişmənin bir yolu yenilərini yaratmaqdır.
  • 0:04 - 0:07
    Digər yol isə həyat tərzimizi dəyişməkdir.
  • 0:07 - 0:11
    Və biz bu dəyişikliklərin nə qədər güclü və dinamik ola biləcəyini öyrənirik,
  • 0:11 - 0:14
    hətta siz bu dəyişikliklərin təsirini hiss etmək üçün çox gözləməli də olmayacaqsınız.
  • 0:14 - 0:19
    Nə vaxt ki sağlam yeyirsiniz, stressi idarə edirsiniz, idman edirsiniz və daha çox sevirsiniz,
  • 0:19 - 0:21
    sizin beyniniz daha çox qan axını və oksigenlə təmin olunur.
  • 0:21 - 0:24
    Lakin daha vacibi, beyniniz ölçülə biləcək qədər böyüyür.
  • 0:24 - 0:26
    Bir neçə il bundan əvvəl imkansız olaraq düşündüyümüz şeylər
  • 0:26 - 0:28
    artıq ölçülə bilinir.
  • 0:28 - 0:31
    Bu Robin Williams tərəfindən
  • 0:31 - 0:33
    bizdən bir neçə il əvvəl tapılmışdı.
  • 0:33 - 0:35
    Beləliklə, beyninizin yeni hüceyrələri yaratmağı üçün
  • 0:35 - 0:38
    bir neçə şey edə bilərsiniz.
  • 0:38 - 0:40
    Mənim ən sevdiklərim, şokolad və çay, qaragilə,
  • 0:40 - 0:44
    az miqdarda spirtli içki, stressi idarə etmə
  • 0:44 - 0:46
    və marijuanada tapılan kanabanoidlərdir.
  • 0:46 - 0:48
    Mən yalnız elçiyəm.
  • 0:49 - 0:52
    (Gülüş)
  • 0:52 - 0:55
    Harada qalmışdıq?
  • 0:55 - 0:57
    (Gülüş)
  • 0:57 - 0:59
    Bəzi şeylər isə vəziyyəti daha da pisləşdirə bilər,
  • 0:59 - 1:01
    beyin hüceyrələrinizi itirməyimizə gətirib çıxara bilər.
  • 1:01 - 1:04
    Həmişə eşitdiklərimiz, yağlı piy və şəkər,
  • 1:04 - 1:08
    nikotin, opiatlar, kokain, həddindən artıq spirtli içki və xronik stress.
  • 1:08 - 1:11
    Siz həyat tərzinizi dəyişəndə sizin dərinizdə qan dövranı artır
  • 1:11 - 1:14
    və siz daha gec qocalırsınız və dəriniz daha az qırışır.
  • 1:14 - 1:16
    Ürəyiniz də daha çox qan dövranı əldə edir.
  • 1:16 - 1:18
    Biz göstərmişik ki siz hətta ürək xəstəliklərini də müalicə edə bilərsiniz.
  • 1:18 - 1:21
    Yuxarıda, solda gördüyünüz bu tutulmuş qan damarları
  • 1:21 - 1:23
    yalnız bir ildən sonra ciddi dərəcədə genişlənir.
  • 1:23 - 1:25
    Və aşağıda, solda kardioloji PET göstərilir,
  • 1:25 - 1:27
    mavi qan dövranının olmadığını göstərir.
  • 1:27 - 1:30
    Bir il sonra - narıncı və ağ maksimum qan dövranıdır.
  • 1:30 - 1:33
    Biz göstərə bilmişik ki bu dəyişiklikləri etməklə siz prostat xərşəngi
  • 1:33 - 1:35
    və döş xərçənginin qarşısını ala və
  • 1:35 - 1:37
    əks istiqamətdə inkişaf əldə edə bilərsiniz.
  • 1:37 - 1:40
    Biz müşahidə etdik ki, labaratoriya şəraitində şişlərin inkişafı
  • 1:40 - 1:42
    bu dəyişiklikləri edən qrupda 70 %
  • 1:42 - 1:45
    etməyən qrupda isə 9 % dayandırılmışdır.
  • 1:45 - 1:47
    Bu fərq çox əhəmiyyətli idi.
  • 1:47 - 1:49
    Hətta sizin cinsi orqanlarınızda da qan dövranı artır,
  • 1:49 - 1:51
    və sizin cinsi gücünüz də artır.
  • 1:51 - 1:53
    Siqaret çəkməyə qarşı ən effektiv reklamlardan biri
  • 1:53 - 1:55
    Sağlamıq Xidməti Departamenti tərəfindən
  • 1:55 - 1:57
    göstərilmişdir ki, qan damarlarını sixan nikotin
  • 1:57 - 1:59
    ürək ağrısı və ya ürək döyüntüsünə səbəb olar bilər,
  • 1:59 - 2:01
    amma o həm də impotentliyə gətirib çixara bilər.
  • 2:01 - 2:03
    Siqaret çəkən kişilərin yarısı impotentdir.
  • 2:03 - 2:04
    Bu necə də cazibədardır.
  • 2:04 - 2:06
    Biz bu yaxınlarda yeni bir tədqiqat çap edəcəyik
  • 2:06 - 2:09
    bu tədqiqata əsasən prostat xərçəngində genlərin ifadə olmunmasını dəyişmək mümkündür.
  • 2:09 - 2:11
    Bu hərarət xəritəsi adlanır
  • 2:11 - 2:14
    və sağ tərəfdə olan müxtəlif rənglər müxtəlif genlərdir.
  • 2:14 - 2:17
    Və biz müşahidə etdik ki 500-dən çox gen müsbət olaraq dəyişdi
  • 2:17 - 2:20
    və xəstəliyin qarşısını alan yaxşı genləri işə salaraq
  • 2:20 - 2:24
    xəstəlik yaradan genləri fəaliyyətdən saldı.
  • 2:24 - 2:27
    Və düşünürəm ki, bu müşahidələr çox əhəmiyyətlidir
  • 2:27 - 2:29
    bir çox insana yeni ümid və seçimlər təqdim edir.
  • 2:29 - 2:34
    Navigenix, DNA Direct və 23andMe kimi şirkətlər
  • 2:34 - 2:37
    sizə genetik profilinizi verməklə həm də
  • 2:37 - 2:40
    bəzi insanlara bu barədə "Mən bu haqda nəsə edə bilərəm mi?" hissini verir
  • 2:40 - 2:43
    Beləliklə, genlərimiz bizim taleyimiz deyil və əgər bu dəyişiklikləri etsək -
  • 2:43 - 2:45
    onlar meyillilikdir, lakin normalda etdiyimizdən
  • 2:45 - 2:47
    daha böyük dəyişikliklər etsək
  • 2:47 - 2:50
    genlərimizin necə ifadə olunduğunu dəyişə bilərik.
  • 2:50 - 2:51
    Təşəkkürlər.
  • 2:51 - 2:53
    (Alqış)
Title:
Dean Ornish deyir ki sizin genləriniz taleyiniz deyil
Speaker:
Dean Ornish
Description:

Dean Ornish sağlam həyat tərzinin insana genetik səviyyədə necə təsir edə biləcəyini göstərən araştırmasını bölüşür. O deyir ki, daha sağlam yaşayanda, yaxşı yeyəndə, idman edəndə və sevəndə sizin beyin hüceyrələriniz artır.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
02:53
Retired user added a translation

Azerbaijani subtitles

Revisions