Dean Ornish deyir ki sizin genləriniz taleyiniz deyil
-
0:00 - 0:02Craig Venterin incəliklə göstərdiyi kimi,
-
0:02 - 0:04genlərimizi dəyişmənin bir yolu yenilərini yaratmaqdır.
-
0:04 - 0:07Digər yol isə həyat tərzimizi dəyişməkdir.
-
0:07 - 0:11Və biz bu dəyişikliklərin nə qədər güclü və dinamik ola biləcəyini öyrənirik,
-
0:11 - 0:14hətta siz bu dəyişikliklərin təsirini hiss etmək üçün çox gözləməli də olmayacaqsınız.
-
0:14 - 0:19Nə vaxt ki sağlam yeyirsiniz, stressi idarə edirsiniz, idman edirsiniz və daha çox sevirsiniz,
-
0:19 - 0:21sizin beyniniz daha çox qan axını və oksigenlə təmin olunur.
-
0:21 - 0:24Lakin daha vacibi, beyniniz ölçülə biləcək qədər böyüyür.
-
0:24 - 0:26Bir neçə il bundan əvvəl imkansız olaraq düşündüyümüz şeylər
-
0:26 - 0:28artıq ölçülə bilinir.
-
0:28 - 0:31Bu Robin Williams tərəfindən
-
0:31 - 0:33bizdən bir neçə il əvvəl tapılmışdı.
-
0:33 - 0:35Beləliklə, beyninizin yeni hüceyrələri yaratmağı üçün
-
0:35 - 0:38bir neçə şey edə bilərsiniz.
-
0:38 - 0:40Mənim ən sevdiklərim, şokolad və çay, qaragilə,
-
0:40 - 0:44az miqdarda spirtli içki, stressi idarə etmə
-
0:44 - 0:46və marijuanada tapılan kanabanoidlərdir.
-
0:46 - 0:48Mən yalnız elçiyəm.
-
0:49 - 0:52(Gülüş)
-
0:52 - 0:55Harada qalmışdıq?
-
0:55 - 0:57(Gülüş)
-
0:57 - 0:59Bəzi şeylər isə vəziyyəti daha da pisləşdirə bilər,
-
0:59 - 1:01beyin hüceyrələrinizi itirməyimizə gətirib çıxara bilər.
-
1:01 - 1:04Həmişə eşitdiklərimiz, yağlı piy və şəkər,
-
1:04 - 1:08nikotin, opiatlar, kokain, həddindən artıq spirtli içki və xronik stress.
-
1:08 - 1:11Siz həyat tərzinizi dəyişəndə sizin dərinizdə qan dövranı artır
-
1:11 - 1:14və siz daha gec qocalırsınız və dəriniz daha az qırışır.
-
1:14 - 1:16Ürəyiniz də daha çox qan dövranı əldə edir.
-
1:16 - 1:18Biz göstərmişik ki siz hətta ürək xəstəliklərini də müalicə edə bilərsiniz.
-
1:18 - 1:21Yuxarıda, solda gördüyünüz bu tutulmuş qan damarları
-
1:21 - 1:23yalnız bir ildən sonra ciddi dərəcədə genişlənir.
-
1:23 - 1:25Və aşağıda, solda kardioloji PET göstərilir,
-
1:25 - 1:27mavi qan dövranının olmadığını göstərir.
-
1:27 - 1:30Bir il sonra - narıncı və ağ maksimum qan dövranıdır.
-
1:30 - 1:33Biz göstərə bilmişik ki bu dəyişiklikləri etməklə siz prostat xərşəngi
-
1:33 - 1:35və döş xərçənginin qarşısını ala və
-
1:35 - 1:37əks istiqamətdə inkişaf əldə edə bilərsiniz.
-
1:37 - 1:40Biz müşahidə etdik ki, labaratoriya şəraitində şişlərin inkişafı
-
1:40 - 1:42bu dəyişiklikləri edən qrupda 70 %
-
1:42 - 1:45etməyən qrupda isə 9 % dayandırılmışdır.
-
1:45 - 1:47Bu fərq çox əhəmiyyətli idi.
-
1:47 - 1:49Hətta sizin cinsi orqanlarınızda da qan dövranı artır,
-
1:49 - 1:51və sizin cinsi gücünüz də artır.
-
1:51 - 1:53Siqaret çəkməyə qarşı ən effektiv reklamlardan biri
-
1:53 - 1:55Sağlamıq Xidməti Departamenti tərəfindən
-
1:55 - 1:57göstərilmişdir ki, qan damarlarını sixan nikotin
-
1:57 - 1:59ürək ağrısı və ya ürək döyüntüsünə səbəb olar bilər,
-
1:59 - 2:01amma o həm də impotentliyə gətirib çixara bilər.
-
2:01 - 2:03Siqaret çəkən kişilərin yarısı impotentdir.
-
2:03 - 2:04Bu necə də cazibədardır.
-
2:04 - 2:06Biz bu yaxınlarda yeni bir tədqiqat çap edəcəyik
-
2:06 - 2:09bu tədqiqata əsasən prostat xərçəngində genlərin ifadə olmunmasını dəyişmək mümkündür.
-
2:09 - 2:11Bu hərarət xəritəsi adlanır
-
2:11 - 2:14və sağ tərəfdə olan müxtəlif rənglər müxtəlif genlərdir.
-
2:14 - 2:17Və biz müşahidə etdik ki 500-dən çox gen müsbət olaraq dəyişdi
-
2:17 - 2:20və xəstəliyin qarşısını alan yaxşı genləri işə salaraq
-
2:20 - 2:24xəstəlik yaradan genləri fəaliyyətdən saldı.
-
2:24 - 2:27Və düşünürəm ki, bu müşahidələr çox əhəmiyyətlidir
-
2:27 - 2:29bir çox insana yeni ümid və seçimlər təqdim edir.
-
2:29 - 2:34Navigenix, DNA Direct və 23andMe kimi şirkətlər
-
2:34 - 2:37sizə genetik profilinizi verməklə həm də
-
2:37 - 2:40bəzi insanlara bu barədə "Mən bu haqda nəsə edə bilərəm mi?" hissini verir
-
2:40 - 2:43Beləliklə, genlərimiz bizim taleyimiz deyil və əgər bu dəyişiklikləri etsək -
-
2:43 - 2:45onlar meyillilikdir, lakin normalda etdiyimizdən
-
2:45 - 2:47daha böyük dəyişikliklər etsək
-
2:47 - 2:50genlərimizin necə ifadə olunduğunu dəyişə bilərik.
-
2:50 - 2:51Təşəkkürlər.
-
2:51 - 2:53(Alqış)
- Title:
- Dean Ornish deyir ki sizin genləriniz taleyiniz deyil
- Speaker:
- Dean Ornish
- Description:
-
Dean Ornish sağlam həyat tərzinin insana genetik səviyyədə necə təsir edə biləcəyini göstərən araştırmasını bölüşür. O deyir ki, daha sağlam yaşayanda, yaxşı yeyəndə, idman edəndə və sevəndə sizin beyin hüceyrələriniz artır.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 02:53
Retired user added a translation |