Azerbaijani subtitles

← What Happens to Your Body After You Die?

Get Embed Code
70 Languages

Showing Revision 1 created 08/22/2020 by Tuana Huseynli.

  1. Ölüm bərbatdı!
  2. Ama öldükdən sonra
    bədəninizdə olanlar heyranedicidir.
  3. İndi bunu sizə göstərəcəyik.
  4. Qorxmayın, iyrənc olmayacaq...
    Yəni çox iyrənc olmayacaq.
  5. İlk öncə insanın nəfəs alması durur,
  6. bədəndəki hüceyrələr
    oksijen almağı dayandırır,
  7. amma hüceyrələr bir neçə dəqiqə daha
    yaşamağa davam edir
  8. karbondioksid yaradır.
  9. Karbondioksid turşu tərkiblidir,
  10. bu da hüceyrələrin içindəki kəsələrin
    qopmasına səbəb olur.
  11. Bu kəsələrin içində fermentlər olur,
  12. kəsə parçalandığında çölə çıxan fermentlər
    parçalanmağa başlayır.
  13. Bu zaman zəngin qida dəyəri olan
    maddələr yaranır.
  14. Təxminən bir həftə sonra, bu maddələr
  15. bakteriya və göbələklər üçün
  16. organların və əzələlərin əriməsini
    asanlaşdıracaq bir mayeyə çevrilir.
  17. Toxumalara hücum edən mikroplar
  18. 400-dən çox kimyəvi maddə və qazdan
    əmələ gələn möhtəşəm sıralama yaradırlar.
  19. Bu mikropların tərkibində
    freon qazı var. Bəli,
  20. soyuduculardakı soyutma qazı olan freon.
  21. Benzol, benzində olan
    ən güclü komponentdir.
  22. Kükürd qazı,
    bataqlıq və çürük yumurta iylənir.
  23. Karbon Tetraxlorid olaraq bilinən molekul
  24. yanğın söndürmədə
    və quru təmizləmədə işlənirdi,
  25. ancaq kimyagərlər onun güclü bir zəhər
    olduğunu kəşf edəndə bu dayandırıldı.
  26. Bu nöqtədə bədəndə çox az ət qalır,
  27. və o da...
  28. qurtlar və böcəklər tərəfindən yeyilir.
  29. Həşəratlar geriyə təkcə sümükləri buraxır.
  30. Zaman keçdikcə,
    sümüklərdəki proteinlər də parçalanır
  31. geriyə sadəcə
    hidroksiapatit adlı mineral qalır
  32. o da nəticədə toza çevrilir.
  33. Əslində,
    özümüzü bir az təsəlli edə bilərik,
  34. bizim həyatımız sonlandıqdan sonra,
  35. bütün bu kimyəvi maddələr,
    hətta sümük qalıntıları belə
  36. bitkilərin filizlənə bilməsi
    və yeni bir həyat üçün
  37. torpağa xeyirli, yaşamsal maddələr qatır.
  38. Külə kül, toza toz.
  39. [ Yazan və danışan: Mark Fischetti]
  40. [Köməkçi editor: Kathryn Free]
  41. [Produksiya, düzənləmə və animasiya:
    Eric R. Olson]
  42. [Azərbaycancaya tərcümə: Tuana Hüseynli]