Return to Video

Tək hekayənin təhlükəsi

  • 0:00 - 0:02
    Mən hekayənəvisəm.
  • 0:02 - 0:05
    Sizə bir neçə şəxsi hekayə danışmaq istəyirəm.
  • 0:05 - 0:10
    Onlara "tək hekayənin təhlükəsi" adını vermişəm.
  • 0:11 - 0:14
    Mən şərqi Nigeriyda
    bir universitet şəhərciyində böyümüşəm.
  • 0:14 - 0:17
    Anam deyir ki,
    mən oxumağa iki yaşımdan başlamışam,
  • 0:17 - 0:21
    amma düşünürəm ki,
    dörd desəm daha düzgün olar.
  • 0:22 - 0:24
    Yəni, mən oxumağa erkən başlamışam.
  • 0:24 - 0:27
    Oxuduqlarım da ingilis
    və amerikan uşaq ədəbiyyatı idi.
  • 0:28 - 0:30
    Mən həm də yazmağa erkən başlamışam
  • 0:30 - 0:34
    və yazmağa başlayanda
    təxminən yeddi yaşım vardı.
  • 0:34 - 0:36
    Karandaşla hekayələr yazır və onları
    şəkillərlə bəzəyirdim,
  • 0:36 - 0:40
    yazıq anamı onları oxumağa məcbur edirdim.
  • 0:40 - 0:43
    Yazdığım hekayələr
    tamamilə oxuduqlarım kimi idi:
  • 0:43 - 0:48
    Bütün qəhramanlarım
    ağ-dərili və mavi gözlü idi,
  • 0:48 - 0:50
    onlar qarda oynayırdılar,
  • 0:50 - 0:52
    alma yeyirdilər
  • 0:52 - 0:54
    (Gülüş)
  • 0:54 - 0:56
    və onlar xeyli hava haqqında danışırdılar.
  • 0:56 - 0:58
    "Necə də gözəl günəş çıxıb."
  • 0:58 - 1:00
    (Gülüş)
  • 1:00 - 1:04
    Halbuki, mən faktiki olaraq
    Nigeriyada yaşayırdım,
  • 1:04 - 1:05
    heç vaxt da Nigeriyadan
    xaricdə olmamışdım.
  • 1:07 - 1:10
    Bizdə qar yağmır, biz manqo yeyirik
  • 1:10 - 1:12
    və biz heç vaxt hava haqqında danışmırıq,
  • 1:12 - 1:14
    çünki ehtiyac yoxdur.
  • 1:14 - 1:17
    Bundan əlavə, qəhramanlarım
    çoxlu zəncəfilli pivə içirdi,
  • 1:17 - 1:19
    çünki oxuduğum
    ingilis kitablarındakı qəhramanlar
  • 1:19 - 1:21
    zəncəfilli pivə içirdilər.
  • 1:21 - 1:23
    Amma zəncəfilli pivənin nə olduğu haqda
    mənim heç təsəvvürüm belə yox idi.
  • 1:24 - 1:26
    (Gülüş)
  • 1:26 - 1:27
    Uzun illər boyunca da
  • 1:27 - 1:30
    zəncəfilli pivənin dadına baxmaq mənim üçün ümidsiz arzu olaraq qaldı.
  • 1:30 - 1:32
    Amma bu başqa hekayədir.
  • 1:32 - 1:34
    Məncə, bu o deməkdir ki,
  • 1:35 - 1:37
    biz hekayələrin qarşısında
  • 1:37 - 1:39
    necə də həssas və zəif oluruq,
  • 1:39 - 1:40
    xüsusilə də uşaq yaşlarımızda.
  • 1:42 - 1:45
    Çünki oxuduğum bütün kitablarda
    qəhramanların hamısı əcnəbi idi,
  • 1:45 - 1:48
    mən düşünməyə başlamışdım ki,
    bu kitablarda
  • 1:48 - 1:51
    təbii olaraq ancaq əcnəbilər olmalıdır
  • 1:51 - 1:54
    və mənim şəxsən aşina olduğum şeylər
    haqda olmamalıdır.
  • 1:56 - 1:58
    Amma Afrika kitablarını kəşf etməyimlə
    işlər dəyişdi.
  • 1:59 - 2:01
    Onların çoxu elə də tanınmır,
  • 2:01 - 2:04
    və xarici kitablar kimi asan tapılan deyil.
  • 2:04 - 2:07
    Amma Çinua Açebe və Kamara Laye kimi
    yazıçıların sayəsində
  • 2:07 - 2:11
    mənim ədəbiyyat barədə fikirlərim dəyişdi.
  • 2:11 - 2:13
    Başa düşdüm ki, mənim kimi insanlar
  • 2:13 - 2:15
    - şokolad rəngli dərili,
  • 2:15 - 2:19
    "at quyruğu" formasına gəlməyən
    buruq saçlı qızlar -
  • 2:19 - 2:20
    da ədəbiyyatda mövcuddur.
  • 2:21 - 2:24
    Mən bələd olduğum şeylər haqqında
    yazmağa başladım.
  • 2:25 - 2:28
    Oxuduğum amerikan
    və ingilis kitablarını xoşlayırdım.
  • 2:28 - 2:32
    Onlar mənim təxəyyülümü oyatdı,
    mənə yeni dünyalar açdı.
  • 2:32 - 2:34
    Amma arzuolunmayan nəticə o idi ki,
  • 2:34 - 2:36
    mən mənim kimi insanların
  • 2:36 - 2:37
    ədəbiyyatda mövcud olduğunu bilmirdim.
  • 2:38 - 2:42
    Beləliklə, afrikalı yazıçıları kəşf etmək
  • 2:42 - 2:46
    məni kitablar haqqında tək hekayəyə
    sahib olmaqdan xilas etdi.
  • 2:47 - 2:50
    Mən adi, orta-gəlirli nigeriyalı ailədənəm.
  • 2:50 - 2:52
    Atam professor idi.
  • 2:52 - 2:54
    Anam isə idarəçi.
  • 2:55 - 2:58
    Bizim evdə, təbii olaraq,
  • 2:58 - 3:03
    əsasən yaxın kəndlərdən olan
    köməkçilər olurdu.
  • 3:03 - 3:06
    Mən səkkiz yaşıma keçəndə
    evə yeni köməkçi gəldi.
  • 3:07 - 3:08
    Onun adı Fide idi.
  • 3:10 - 3:14
    Anamın onun haqda dediyi tək şey
    onun ailəsinin kasıb olduğu idi.
  • 3:15 - 3:20
    Anam onun ailəsinə yams və düyü,
    bir də bizim köhnə paltarlarımızı göndərirdi.
  • 3:20 - 3:23
    Mən yeməyimi axıra kimi yeməyəndə anam
  • 3:23 - 3:27
    “Hamısını ye, bilmirsən Fidenin ailəsi
    kimi insanların heç nəyi yoxdur?!” deyirdi.
  • 3:27 - 3:31
    Mənim Fidenin ailəsinin halına acıyırdım.
  • 3:32 - 3:34
    Sonra bir cümə axşamı biz onlara
    baş çəkmək üçün kəndlərinə getdik
  • 3:34 - 3:38
    və onun anası bizə gözəl naxışlı səbət göstərdi.
  • 3:38 - 3:41
    Bunu onun qardaşı boyanmış rafiyadan düzəltmişdi.
  • 3:41 - 3:43
    Mən heyrətə gəlmişdim.
  • 3:43 - 3:46
    Mənim heç vaxt ağlıma gəlməzdi ki, onun ailəsində
  • 3:46 - 3:49
    kimsə nəsə düzəldə bilər.
  • 3:49 - 3:52
    Onlar haqda eşitdiyim tək şey
    onların necə də kasıb olduğu idi,
  • 3:52 - 3:56
    buna görə də kasıblıqdan başqa bir şeylə
    qarşılaşacağıma inanmırdım.
  • 3:57 - 4:00
    Onların kasıblığı onlar haqda bildiyim tək hekayə idi.
  • 4:01 - 4:04
    İllər sonra, mən Nigeriyanı tərk edib
  • 4:04 - 4:06
    təhsil üçün Birləşmiş Ştatlara gələndə bu haqda düşündüm.
  • 4:06 - 4:08
    19 yaşım vardı.
  • 4:08 - 4:11
    Amerikalı otaq yoldaşım heyrətə düşmüşdü.
  • 4:12 - 4:16
    İngiliscə belə gözəl danışmağı harada öyrəndiyimi soruşdu
  • 4:16 - 4:18
    və mən Nigeriyada
  • 4:18 - 4:20
    ingilis dilinin rəsmi dil olduğunu deyəndə o təəccübləndi.
  • 4:22 - 4:26
    O “qəbilə musiqisi” adlandırdığı
    musiqimizə qulaq asmaq istəyəndə də
  • 4:26 - 4:28
    xeyli çaşqınlıq keçirdi,
  • 4:28 - 4:30
    çünki mən ona Merayya Keri kasetini göstərmişdim.
  • 4:30 - 4:33
    (Gülüş)
  • 4:33 - 4:37
    Ona elə gəlirdi ki, mən mətbəx plitəsinin
    necə istifadə edildiyini bilmirəm.
  • 4:38 - 4:39
    Mənə toxunan nə idi?
  • 4:39 - 4:42
    Onun hələ məni tanımazdan əvvəl mənə ürəyi acımışdı.
  • 4:43 - 4:46
    Onun mənə qarşı ilk mövqeyi,
    bir afrikalı kimi
  • 4:46 - 4:49
    bir az yuxarıdan aşağı və rəhm dolu idi.
  • 4:50 - 4:53
    Otaq yoldaşımın Afrika haqda tək hekayəsi vardı:
  • 4:54 - 4:56
    bədbəxtlik haqda tək hekayə.
  • 4:56 - 4:58
    Bu tək hekayədə
  • 4:58 - 5:02
    bir afrikalının ona oxşamasının mümkünlüyünə yer yox idi.
  • 5:02 - 5:05
    Rəhmdən daha qarışıq hisslərə də...
  • 5:05 - 5:09
    Bərabər insanlar kimi ünsiyyətin mümkünlüyünə də...
  • 5:09 - 5:11
    Onu da deməliyəm ki, Birləşmiş Ştatlara getməmişdən əvvəl
  • 5:11 - 5:13
    özümü heç vaxt afrikalı kimi təqdim etməmişdim.
  • 5:14 - 5:17
    Amma ABŞ-da, Afrikadan söz düşəndə hamı üzünü mənə tuturdu.
  • 5:17 - 5:20
    Mənim Namibiya kimi yerlərlə bağlı heç nə bilmədiyimi ağıllarına da gətirmirdilər.
  • 5:21 - 5:23
    Amma mən bu yeni kimliyi qəbul etdim
  • 5:23 - 5:26
    və bir çox tərəfdən özümü bir afrikalı kimi qəbul edirəm.
  • 5:26 - 5:30
    Buna baxmayaraq, mən hələ də Afrika ölkə kimi qəbul ediləndə əsəbiləşirəm.
  • 5:30 - 5:34
    Misal üçün, elə bu yaxınlarda,
  • 5:34 - 5:35
    2 gün əvvəl Laqosdan qayıdanda
  • 5:35 - 5:38
    Virgin havayollarında səslənən
  • 5:38 - 5:43
    bir elanda belə dedilər:
    "Hindistan, Afrika və digər ölkələr."
  • 5:43 - 5:44
    (Gülüş)
  • 5:44 - 5:48
    Bundan sonra mən ABŞ-da
    bir afrikalı kimi bir neçə il qaldım.
  • 5:48 - 5:51
    Mən otaq yoldaşımın mənə
    münasibətini başa düşməyə başladım.
  • 5:52 - 5:54
    Əgər mən Nigeriyada böyüməsəydim
  • 5:54 - 5:57
    və mənim Afrika ilə bağlı
    ancaq hamının bildiyi şeyləri bilsəydim
  • 5:57 - 6:02
    mən də Afrikanın gözəl mənzərəli,
  • 6:02 - 6:04
    gözəl heyvanların
  • 6:04 - 6:06
    və anlaşılmaz insanların yaşadığı yer kimi təsəvvür edərdim.
  • 6:06 - 6:10
    O insanlar ki, mənasız müharibələr edir,
    aclıqdan və QİÇS-dən ölür,
  • 6:10 - 6:12
    öz yerlərinə danışa bilmir
  • 6:12 - 6:16
    və qayğıkeş, ağ-dərili
    əcnəbi tərəfindən xilası gözləyirlər.
  • 6:17 - 6:19
    Mən də afrikalılara o gözlə baxardım,
  • 6:19 - 6:22
    necə ki uşaq olanda
    Fidenin ailəsinə elə baxırdım.
  • 6:23 - 6:27
    Nəticə etibarilə, fikrimcə
    Afrikanın tək hekayəsi Qərb ədəbiyyatından gəlir.
  • 6:27 - 6:32
    Bu sitat Con Lok adlı
  • 6:32 - 6:35
    1561-ci ildə qərbi Afrikaya səyahət etmiş
  • 6:35 - 6:39
    və təssüratlarını qeydə almış londonlu tacirə aiddir.
  • 6:40 - 6:44
    Qara-dərili afrikalılar haqda
    "evləri olmayan vəhşilər" deyəndən sonra
  • 6:44 - 6:48
    o əlavə edir: "Onlar həm də başsızdırlar,
  • 6:48 - 6:52
    ağızları və gözləri də sinələrindədir."
  • 6:53 - 6:55
    Bunu hər dəfə oxuyanda gülürəm.
  • 6:55 - 6:58
    Con Lokun təxəyyülünə heyran olmamaq olmur.
  • 6:59 - 7:01
    Amma onun yazdıqlarında vacib olan şey
  • 7:01 - 7:03
    bunun Qərb ədəbiyyatındakı
  • 7:03 - 7:06
    ənənəvi Afrika hekayələrinin təməlini qoymasıdır.
  • 7:06 - 7:09
    Səhra-altı Afrikanın mənfilərlə dolu,
  • 7:09 - 7:12
    fərqli, qaranlıq,
  • 7:12 - 7:17
    görkəmli şair Redyard Kiplinqin təbirilə desəm,
  • 7:17 - 7:19
    "yarı şeytan, yarı uşaq" insanların yaşadığı
    bir yer olduğuna dair təhkiyə ənənəsi.
  • 7:20 - 7:23
    Beləliklə, mən başa düşməyə başladım ki,
    mənim amerikalı otaq yoldaşım
  • 7:23 - 7:25
    həyatı boyunca
  • 7:25 - 7:29
    bu tək hekayənin müxtəlif versiyalarını eşidib və görüb.
  • 7:29 - 7:31
    Bu bir professorun bir dəfə
  • 7:31 - 7:35
    romanım haqda "həqiqi Afrika belə olmur"
    deməsinə oxşayır.
  • 7:36 - 7:38
    Romanımda bəzi şeylərin
  • 7:38 - 7:41
    səhv olduğu,
  • 7:41 - 7:44
    bəzi hissələrin zəif olduğu ilə razılaşıram,
  • 7:44 - 7:46
    amma heç vaxt fikirləşməmişdim ki,
  • 7:46 - 7:49
    "həqiqi Afrika"nı ifadə etməkdə
    iflasa uğramışam.
  • 7:49 - 7:53
    Fakt o idi ki, mən "həqiqi Afrika"nın
    nə olduğunu bilmirdim.
  • 7:54 - 7:58
    Professor mənə dedi ki,
    mənim qəhramanlarım ona çox oxşayır,
  • 7:58 - 8:00
    təhsillidirlər və orta-gəlirli adamlardır.
  • 8:00 - 8:03
    Qəhramanlarım maşın sürürdülər.
  • 8:03 - 8:05
    Onlar acından qırılıb ölmürdülər.
  • 8:05 - 8:08
    Ona görə də, bu "həqiqi Afrika" romanı deyildi.
  • 8:09 - 8:12
    Amma onu da deməliyəm ki, mən də
  • 8:12 - 8:14
    tək hekayə məsələsində ən az onun qədər günahkaram.
  • 8:15 - 8:18
    Bir neçə il əvvəl, Mən ABŞ-dan Meksikaya getdim.
  • 8:19 - 8:22
    ABŞ-da siyasi atmosfer o vaxt çox gərgin idi
  • 8:22 - 8:25
    və immiqrasiya haqda müzakirələr gedirdi.
  • 8:25 - 8:27
    Amerikada, demək olar, həmişə olduğu kimi
  • 8:27 - 8:30
    immiqrasiya sözü meksikalı sözü ilə eyni mənanı verirdi.
  • 8:31 - 8:33
    Meksikalıların sonsuz sayda hekayələri vardı.
  • 8:33 - 8:36
    Səhiyyə sistemini talayan,
  • 8:36 - 8:38
    sərhəddən gizlin keçən,
  • 8:38 - 8:40
    sərhəddə tutulan və s. insanlar haqda...
  • 8:42 - 8:46
    Yadımdadır ki, Qvadalaxarada gəzməyə çıxdığım ilk gün
  • 8:46 - 8:48
    işə gedən,
  • 8:48 - 8:50
    bazar yerlərində lavaş yayan,
  • 8:50 - 8:52
    siqaret çəkən, gülən insanları müşahidə edirdim.
  • 8:53 - 8:56
    Yadımdadır ki, ilk təəssüratımda bir az təəccüb vardı.
  • 8:56 - 8:59
    Sonra bu hissimə görə hədsiz utandım.
  • 8:59 - 9:04
    Başa düşdüm ki, mən medianın yaratdığı
    meksikalı anlayışına qapılmışam,
  • 9:04 - 9:06
    mənim ağlıma gələn tək şey
  • 9:06 - 9:08
    "bədbəxt immiqrant" idi.
  • 9:09 - 9:11
    Mənim meksikalılar haqda tək hekayəm vardı
  • 9:11 - 9:14
    və özümdən heç bu qədər utanmamışdım.
  • 9:14 - 9:17
    Beləliklə, tək hekayə yaratmaq belə bir şeydir:
  • 9:17 - 9:19
    İnsanlara tək şey göstərmək,
  • 9:19 - 9:21
    - sadəcə bir tək şey -
  • 9:21 - 9:23
    yenidən və yenidən.
  • 9:23 - 9:25
    Beləcə o yaranır.
  • 9:26 - 9:28
    Tək hekayə haqda danışanda
  • 9:28 - 9:30
    güc haqqında da danışmamaq mümkünsüzdür.
  • 9:31 - 9:33
    Iqbo dilində belə bir söz var.
  • 9:33 - 9:37
    Hər dəfə dünyanın güc strukturları haqda
    düşünəndə bu sözü xatırlayıram.
  • 9:37 - 9:38
    Bu söz "nkali"-dir.
  • 9:38 - 9:43
    Bu ismi təximən "başqasından böyük olma" kimi
    tərcümə etmək olar.
  • 9:44 - 9:46
    Bizim iqtisadi və siyasi dünyamız kimi,
  • 9:47 - 9:51
    hekayələr də nkali-nin prinsipləri ilə müəyyən olunur:
  • 9:51 - 9:53
    Onların necə danışıldığı, kimlərin danışdığı,
  • 9:53 - 9:56
    nə vaxt danışdığı, neçə hekayənin danışıldığı
  • 9:56 - 9:58
    həqiqətən də gücdən asılıdır.
  • 10:00 - 10:03
    Güc təkcə başqasının hekayəsini danışmaq deyil,
  • 10:03 - 10:07
    həm də bunu onun qəti hekayəsi etməkdir.
  • 10:07 - 10:09
    Fələstinli şair Mürid Barğuti yazır ki,
  • 10:09 - 10:12
    əgər insanların mülkünü əlindən almaq istəyirsənsə
  • 10:12 - 10:15
    bunun ən sadə yolu onların hekayəsini danışmaqdır
  • 10:15 - 10:17
    və buna "ikinci" hissədən başlamalısan.
  • 10:18 - 10:22
    Hekayəyə yerli amerikalıların oxları ilə başlayın,
  • 10:22 - 10:25
    ingilislərin gəlişi ilə yox.
  • 10:25 - 10:28
    Beləcə tamam fərqli hekayəniz olacaq.
  • 10:28 - 10:32
    Hekayəyə Afrikanın uğursuz idarəsilə başlayın,
  • 10:32 - 10:36
    Afrikada müstəmləkələrin qurulması ilə yox.
  • 10:36 - 10:39
    Beləcə tamam fərqli hekayəniz olacaq.
  • 10:40 - 10:42
    Təzəlikcə bir universitetdə çıxışım zamanı
  • 10:42 - 10:46
    tələbələrdən biri mənə
  • 10:46 - 10:49
    nigeriyalı kişilərin fiziki şiddətə meyilli olmağının
  • 10:49 - 10:51
    utandırıcı hal olduğunu dedi. Romanımdakı ata xarakteri kimi.
  • 10:52 - 10:56
    Mən də ona təzəlikcə "Amerikalı Psixopat" adlı roman oxuduğumu dedim.
  • 10:56 - 10:58
    (Gülüş)
  • 10:58 - 11:00
    Gənc amerikalıların serial qatil olması
  • 11:00 - 11:03
    necə də utanc doğurur.
  • 11:03 - 11:07
    (Gülüş)
  • 11:07 - 11:13
    (Alqış)
  • 11:13 - 11:16
    Bunu əsəbləşib demişdim.
  • 11:16 - 11:18
    (Gülüş)
  • 11:18 - 11:20
    Amma bu mənə heç vaxt əsas vermədi ki,
  • 11:20 - 11:24
    sadəcə bir romanda qəhramanın
    seriyalı qatil olmasından
  • 11:24 - 11:28
    bütün amerikalıların da belə olduğu nəticəsini çıxaram.
  • 11:28 - 11:31
    Bu o demək deyil ki, mən
    həmin tələbədən daha yaxşı insanam.
  • 11:31 - 11:34
    Bu o deməkdir ki, Amerikanın mədəni
    və iqtisadi gücü nəticəsində
  • 11:34 - 11:36
    mən Amerika haqda çoxlu hekayələr oxumuşam.
  • 11:36 - 11:40
    Mən Tayleri, Apdaykı, Steynbeki və Qitskilli oxumuşam.
  • 11:40 - 11:43
    Mənim Amerika haqda tək hekayəm olmayıb.
  • 11:44 - 11:45
    İllər əvvəl, öyrənəndə ki
  • 11:45 - 11:50
    uğur qazanmaq üçün yazıçılardan
  • 11:50 - 11:52
    həqiqətən də bəxbəxt uşaqlıq keçirməsini gözləyirlər,
  • 11:52 - 11:56
    mən valideynlərimin mənə necə dəhşətli şeylər edə biləcəyini uydurmaq haqda düşünməyə başladım.
  • 11:56 - 11:58
    (Gülüş)
  • 11:58 - 12:02
    Amma doğru olan o idi ki, uşaqlığım çox şən,
  • 12:02 - 12:05
    gülüş və sevgi ilə dolu bir mehriban ailədə keçmişdi.
  • 12:05 - 12:08
    Amma qaçqın düşərgələrində ölən babalarım da vardı.
  • 12:09 - 12:13
    Qohumum Poli müvafiq müalicə almadığına görə rəhmətə getdi.
  • 12:13 - 12:16
    Ən yaxın dostlarımdan biri Okoloma
    təyyarə qəzasında öldü,
  • 12:16 - 12:19
    çünki yanğınsöndürən maşınlarımızda su yox idi.
  • 12:19 - 12:22
    Mən repressiv hərbi hökümətdə böyümüşəm.
  • 12:22 - 12:24
    Təhsilin səviyyəsi aşağı idi
  • 12:24 - 12:27
    və bəzən valideynlərim əməkhaqlarını ala bilmirdilər.
  • 12:27 - 12:31
    Səhər yeməyində cemin,
  • 12:31 - 12:33
    sonra yağın yoxa çıxdığını görürdüm,
  • 12:34 - 12:36
    sonra çörək bahalaşdı,
  • 12:36 - 12:38
    sonra süd məhdudlaşmağa başladı.
  • 12:39 - 12:43
    Bütün bunlardan əlavə, öyrəşdiyimiz siyasi qorxu
  • 12:43 - 12:44
    həyatımıza daxil oldu.
  • 12:46 - 12:48
    Bütün bu hekayələr məni mən edir.
  • 12:48 - 12:52
    Amma təkcə bu mənfi hekayələrdə təkid etmək
  • 12:52 - 12:55
    təcrübələrimi dayazlaşdırmaq deməkdir
  • 12:55 - 12:59
    və məni formalaşdıran digər çoxlu hekayələri
    gözdən qaçırmaqdır.
  • 12:59 - 13:02
    Tək hekayə stereotipləri yaradır
  • 13:02 - 13:07
    və steretiplərlə bağlı problem
    onların səhv olmasında deyil,
  • 13:07 - 13:09
    onların yarımçıq olmasındadır.
  • 13:09 - 13:12
    Onlar bir hekayəni tək hekayə edir.
  • 13:13 - 13:16
    Əlbəttə, Afrika bədbəxtliklərlə dolu qitədir:
  • 13:16 - 13:19
    Bir tərəfdə dəhşətli zorlamaların olduğu böyük Konqo,
  • 13:19 - 13:21
    digər tərəfdə ürək sıxan,
  • 13:21 - 13:25
    bir iş vakansiyasına 5000 nəfərin müraciət etdiyi Nigeriya var.
  • 13:26 - 13:30
    Amma bədbəxtliklə bağlı olmayan
    başqa hekayələr də var
  • 13:30 - 13:33
    və onlar haqqında danışmaq da
    digərlərində olduğu kimi çox vacibdir.
  • 13:33 - 13:35
    Mən həmişə hiss etmişəm ki,
  • 13:35 - 13:38
    bir yeri və ya insanı tanımaq
  • 13:38 - 13:42
    onun haqqındakı bütün hekayələri
    bilmədən mümkün deyil.
  • 13:42 - 13:46
    Tək hekayənin aqibəti budur:
  • 13:46 - 13:48
    insanın ləyaqətini əlindən alır.
  • 13:48 - 13:52
    İnsanların bərabərliyini tanımağımızı çətinləşdirir.
  • 13:52 - 13:56
    Bu bizim oxşarlığımızdan daha çox,
    fərqli olmağımızı vurğulayır.
  • 13:57 - 13:59
    Meksika səfərimdən əvvəl
  • 14:00 - 14:03
    immiqrasiya haqda müzakirələri hər iki tərəfdən
  • 14:03 - 14:05
    - ABŞ və Meksika tərəfdən izləsəydim
    görəsən necə olardı?
  • 14:05 - 14:09
    Görəsən anam Fidenin ailəsinin kasıblığı ilə yanaşı
  • 14:09 - 14:11
    çox çalışqan olduğunu desəydi necə olardı?
  • 14:11 - 14:13
    Görəsən Afrika haqda müxtəlif hekayələri
  • 14:13 - 14:17
    bütün dünyaya yayımlayan
    telekanalımız olsaydı necə olardı?
  • 14:17 - 14:21
    Nigeriyalı yazıçı Çinua Açebe bunu
    "hekayələrin balansı" adlandırır.
  • 14:21 - 14:25
    Görəsən otaq yoldaşım Nigeriyalı naşirim
  • 14:25 - 14:27
    Muxtar Bakare haqda bilsəydi,
  • 14:27 - 14:29
    bilsəydi ki o bankdakı işini tərk edərək
  • 14:29 - 14:32
    arzularını gerçəkləşdirmək üçün nəşriyyat açıb, necə olardı?
  • 14:32 - 14:36
    Çoxları inanırdı ki, nigeriyalılar ədəbiyyat oxumur.
  • 14:36 - 14:37
    O razılaşmadı.
  • 14:37 - 14:40
    O başa düşdü ki, oxumağı bacaran hər kəs oxuyacaq.
  • 14:40 - 14:44
    Təki sən ədəbiyyatı əl çatan və göz qabağında et.
  • 14:45 - 14:47
    Mənim ilk romanımı nəşr edəndən qısa müddət sonra
  • 14:47 - 14:50
    mən müsahibə vermək üçün
    Laqosda bir TV kanala getdim.
  • 14:50 - 14:53
    Xəbərlərdə işləyən bir qadın mənə yaxınlaşdı və dedi:
  • 14:53 - 14:56
    "Mən sizin romanı doğrudan da bəyəndim. Təkcə sonunu xoşlamadım.
  • 14:56 - 14:59
    Siz onun davamını yazmalısınız, necə yazacağınızı deyim..."
  • 14:59 - 15:02
    (Gülüş)
  • 15:02 - 15:05
    Beləcə mənə bu romanın arxasını
    necə yazacağımı danışmağa başladı.
  • 15:06 - 15:08
    Mən heyrətə gəlməklə yanaşı,
    həm də həyəcanlanmışdım.
  • 15:08 - 15:11
    Orda, özünü oxucu hesab etməyən,
  • 15:11 - 15:13
    siravi nigeriyalı saya biləcəyimiz qadın var idi.
  • 15:14 - 15:16
    O, təkcə kitabı oxumaqla kifayətlənməmişdi,
  • 15:16 - 15:17
    həm də ona yiyələnmişdi
  • 15:17 - 15:20
    və özünü davamını necə yazacağımı
    deməkdə haqlı sayırdı.
  • 15:22 - 15:25
    Görəsən otaq yoldaşım dostum Fumi Ondanı -
  • 15:25 - 15:28
    Laqosda TV şouda aparıcılıq edən
  • 15:28 - 15:31
    və unutmağı seçdiyimiz hekayələri danışmağa ömrünü həsr edən bu qorxusuz qadını tanısaydı necə olardı?
  • 15:32 - 15:35
    Görəsən otaq yoldaşım keçən həftə Laqos xəstəxanasında
  • 15:35 - 15:38
    keçirilən ürək əməliyyatı haqda bilsəydi necə olardı?
  • 15:38 - 15:42
    Görəsən otaq yoldaşım müasir Nigeriya musiqisi haqda,
  • 15:42 - 15:45
    ingiliscə və pidcin dilində,
  • 15:45 - 15:47
    iqbo, yoruba və ico dillərində oxuyan,
  • 15:47 - 15:51
    Cey-Zidən Felaya, Bob Merlidən onların babalarına qədər
  • 15:51 - 15:53
    fərqli təsirləri qarışdıran istedadlı insanlar haqda bilsəydi necə olardı?
  • 15:54 - 15:56
    Görəsən otaq yoldaşım təzəlikcə
  • 15:56 - 16:00
    pasportlarını dəyişmək istəyən qadınlar üçün ərlərindən razılıq tələb edən gülünc qanunu
  • 16:00 - 16:03
    dəyişmək üçün Nigeriya məhkəməsinə üz tutan
  • 16:03 - 16:06
    hüquqşünas qadını tanısaydı necə olardı?
  • 16:06 - 16:09
    Görəsən otaq yoldaşım Nollivud haqda,
  • 16:09 - 16:13
    böyük texniki çətinliklərə baxmayaraq film çəkən yaradıcı insanlar barədə bilsə necə olardı?
  • 16:13 - 16:15
    Bu filmlər çox məşhurdur
  • 16:15 - 16:20
    və nigeriyalıların nə istehsal edib nə istehlak etdiyinə çox gözəl nümunələrdir.
  • 16:20 - 16:23
    Görəsən otaq yoldaşım saç dəstləri satmaqla təzəlikcə öz şəxsi biznesini quran,
  • 16:23 - 16:27
    saçlarımı hörən saç ustam haqda eşitsəydi necə olardı?
  • 16:27 - 16:31
    Ya da digər öz işlərini quran, hərdən uğursuz olan,
  • 16:31 - 16:34
    amma arzulamağa davam edən milyonlarla nigeriyalıdan?
  • 16:35 - 16:37
    Hər dəfə vətənə qayıdanda
  • 16:37 - 16:40
    bir çox nigeriyalını narahat edən şeylərlə qarşılaşıram:
  • 16:40 - 16:43
    yararsız infrastrukturla,
    müflisləşmiş hökümətlə...
  • 16:43 - 16:46
    Amma, bunlarla yanaşı, insanlarla.
  • 16:46 - 16:49
    O insanlar ki,
    hökümət dəstəyi almaq bir yana,
  • 16:49 - 16:50
    hətta bu hökümətə rəğmən
    ağlasığmaz möhkəmlik göstərirlər.
  • 16:51 - 16:54
    Hər yay mən Laqosda yazıçılıq kursları keçirəm.
  • 16:54 - 16:57
    Xeyli insanın müraciət etməsi,
  • 16:57 - 17:00
    xeyli insanın yazıçı olmağa,
  • 17:00 - 17:01
    hekayələr danışmağa can atması
    məni heyrətləndirir.
  • 17:02 - 17:05
    Nigeriyalı naşirimlə mən təzəlikcə
    bir qeyri-kommersiya təşkilatı yaratmışıq,
  • 17:05 - 17:07
    Təşkilat Farafina Trast adlanır.
  • 17:07 - 17:10
    Bizim kitabxanalar yaratmaq,
  • 17:10 - 17:12
    mövcud kitabxanaları bərpa etmək,
  • 17:12 - 17:15
    kitabxanalarında heç nəyi olmayan
  • 17:15 - 17:17
    dövlət kitabları üçün kitab təmin etmək
  • 17:17 - 17:20
    və çoxlu-çoxlu oxuma-yazma kursları
  • 17:20 - 17:21
    təşkil etmək kimi böyük arzularımız var.
  • 17:21 - 17:24
    Bizim sayca çox olan hekayələrimizi
    danışmağa can atanlar üçün.
  • 17:24 - 17:26
    Hekayələr vacibdir.
  • 17:26 - 17:28
    Hekayələrin çoxluğu vacibdir.
  • 17:28 - 17:32
    Hekayələr oğurluqda, böhtanda istifadə edildi.
  • 17:32 - 17:36
    Amma hekayələr həm də gücləndirməkdə və
    humanistləşmədə də istifadə edilə bilər.
  • 17:37 - 17:39
    Hekayələr insanların ləyaqətini qıra bilər,
  • 17:39 - 17:43
    amma hekayələr həm də qırılmış ləyaqəti
    bərpa da edə bilər.
  • 17:44 - 17:46
    Amerikalı yazıçı Elis Uolker bunu
  • 17:46 - 17:50
    şimala köç edən cənublu yaxınları barədə yazıb.
  • 17:50 - 17:52
    Onların geridə qoyduqları cənublu həyatlarını
  • 17:52 - 17:54
    bir kitabda belə ifadə edib:
  • 17:56 - 17:59
    "Yanımda oturdular,
    özləri də kitab oxuyurdular,
  • 17:59 - 18:05
    mən oxuyanda da qulaq asırdılar
    və elə bil hər yer cənnətə dönmüşdü."
  • 18:06 - 18:08
    Nitqimi bu sözlərlə bitirmək istəyirəm:
  • 18:08 - 18:11
    Tək hekayəni qəbul etməyəndə,
  • 18:11 - 18:14
    bir yer haqqında tək bir hekayənin olmadığını
  • 18:14 - 18:16
    başa düşəndə
  • 18:16 - 18:18
    elə bil hər yer cənnətə dönəcək.
  • 18:19 - 18:20
    Çox sağ olun.
  • 18:20 - 18:23
    (Alqış)
Title:
Tək hekayənin təhlükəsi
Speaker:
Çimamanda Adiçi
Description:

Bizim həyatımız, mədəniyyətimiz yarı yalan, yarı gerçək hekayələrlə doludur. Romançı Çimamanda Adiçi bu çıxışında özünün mədəniyyətə söykənən dəsti xəttini necə tapdığını danışır. O, həm də deyir ki, əgər biz bir insan ya da ölkə haqqında sadəcə tək hekayə biliriksə, deməli onun haqqında səhv mülahizələr yürüdə də bilərik.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
18:29
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for The danger of a single story
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story
Gulchin Taghiyeva accepted Azerbaijani subtitles for The danger of a single story
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story
Musa Afandiyev edited Azerbaijani subtitles for The danger of a single story
Show all

Azerbaijani subtitles

Revisions