Return to Video

Hour of Code - Wrap Up

  • 0:00 - 0:03
    (Babək - NASA-da mühəndis)
    Hey, uşaqlar, biz burada, NASA-nın reaktiv mühərriklər laboratoriyasındayıq,
  • 0:03 - 0:05
    "Curiosity" özüyeriyən aparatına nəzarət etdiyimiz otaqda.
  • 0:05 - 0:08
    O, elə indi Marsdadır, planeti tədqiq edir.
  • 0:08 - 0:10
    Marsda yolunu cızmaq üçün indicə həll etdiyiniz son tapmaca
  • 0:10 - 0:13
    kimi işləyən bir kompüter proqramından istifadə edir.
  • 0:13 - 0:17
    Düzəltdiyiniz son parça kod ortaya elə təlimatlar qoyur ki,
  • 0:17 - 0:18
    istənilən robota budaqlanmayan ixtiyari uzunluqda
  • 0:18 - 0:22
    bir labirint və ya tunneldə öz yolunu necə tapacağını söyləyə bilər
  • 0:22 - 0:27
    Bu bir zombi, quş, bir sürücüsüz avtomatik minik maşını, yaxud hətta Marsda özüyeriyən aparat ola bilər.
  • 0:27 - 0:31
    Yazdığınız kod onu haraya getmək lazımdırsa, oraya çatdıra bilər.
  • 0:33 - 0:35
    (Tess - "Google"da mühəndis)
    İlk kod saatınızda çox şey öyrəndiyinizi düşünməyə bilərsiniz.
  • 0:35 - 0:37
    Amma əslində, indicə öyrəndiyiniz bu əsas anlayışlar
  • 0:37 - 0:41
    nə vaxtsa düzəldəcəyiniz hər bir proqram və ya əlavənin təməlində durur.
  • 0:41 - 0:44
    Beləliklə, biz TƏKRAR ET dövrləri, TƏKRAR ET, TA Kİ ifadələri barədə
  • 0:44 - 0:47
    ƏGƏR ifadələri, ƏGƏR-ƏKS HALDA bloku haqqında öyrəndik.
  • 0:47 - 0:48
    Amma, hey! Bilirsiniz nə var?
  • 0:49 - 0:52
    Burada dayanmayın. Öyrənmək üçün xeyli başqa şeylər var!
  • 0:52 - 0:55
    "Code.org"a baş çəkin və kodlaşdırma istiqamətində təhsilinizi davam edirin.
  • 0:55 - 0:58
    Bizim tam 20-saatlıq kurrikulumu başa vurduqda
  • 0:58 - 1:00
    proqramlaşdırmanın əsaslarını mənimsəmiş olacaqsınız
  • 1:00 - 1:02
    və telefon üçün proqramlar, oyunlar və ya robot üçün təlimatları necə yazmağı
  • 1:02 - 1:06
    öyrənməyə başlaya bilərsiniz... həqiqətən istənilən hər şeyi, adını siz deyin.
  • 1:06 - 1:08
    Texnologiya etdiyimiz hər şeyi dəyişir və fərqi yoxdur,
  • 1:08 - 1:11
    cavansınız, ya yaşlı, proqramlaşdırma əyləncəlidir...
  • 1:11 - 1:16
    və bilirsiniz nə var? Hər kəs bunu edə bilər.
Title:
Hour of Code - Wrap Up
Description:

more » « less
Video Language:
English
Duration:
01:20

Azerbaijani subtitles

Revisions