Return to Video

Inequalities on a number line

  • 0:01 - 0:04
    x kiçikdir 4 qrafikini qurun.
  • 0:04 - 0:07
    Burada bir ədəd oxu çəkək.
  • 0:07 - 0:10
    Ədəd oxu çəkirik.
  • 0:13 - 0:20
    0-dan başlayaq.
    0, 1, 2, 3, 4, 5.
  • 0:20 - 0:21
    0-dan sol tərəfi də qeyd edək.
  • 0:21 - 0:26
    Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4.
  • 0:26 - 0:28
    Davam edə bilərik.
  • 0:28 - 0:32
    x-in 4-dən kiçik olan bütün qiymtətlərini
    burada göstərməliyik.
  • 0:32 - 0:33
    4 bu qiymətlərə daxil deyil.
  • 0:33 - 0:35
    Burada bərabərdir işarəsi yoxdur.
  • 0:35 - 0:37
    Sadəcə kiçikdir işarəsi var.
  • 0:37 - 0:40
    Odur ki, 4-ü buraya daxil etməməliyik.
  • 0:40 - 0:43
    4 nöqtəsində bir çevrə çəkirik.
  • 0:43 - 0:45
    Bu, 4-ün buraya aid olmadığını
    göstərir.
  • 0:45 - 0:49
    4 buraya daxil olsa,
    bunu rəngləməli olardıq.
  • 0:49 - 0:53
    4-dən kiçik bütün qiymətləri
    göstərmək üçün
  • 0:53 - 0:55
    ədəd oxunda 4-dən solda yerləşən qiymətləri
  • 0:55 - 0:59
    rəngləməliyik.
  • 1:02 - 1:06
    Ox hissəsini də rəngləyirik.
  • 1:06 - 1:10
    4-dən kiçik bütün qiymətləri göstərdik.
  • 1:10 - 1:11
    Cavabımızı yoxlayaq.
  • 1:11 - 1:13
    Mavi hissədən
    istənilən bir nöqtə götürək.
  • 1:13 - 1:16
    Məsələn, mənfi 2.
  • 1:16 - 1:21
    Mənfi 2 4-dən kiçikdir.
  • 1:21 - 1:23
    2 qiymətini də yoxlaya bilərik.
  • 1:23 - 1:25
    2 4-dən kiçikdir.
  • 1:25 - 1:28
    4 buraya daxil deyil,
    çünki 4 4-dən kiçik deyil.
  • 1:28 - 1:29
    O, 4-ə bərabərdir.
  • 1:29 - 1:33
    5 buraya daxil deyil,
    çünki 5 4-dən kiçik deyil.
Title:
Inequalities on a number line
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
01:34

Azerbaijani subtitles

Revisions