Return to Video

Bədən dili sizin kim olduğunuzu müəyyən edir

  • 0:00 - 0:06
    Sizə çox sadə bir şey öyrətmək istəyirəm.
  • 0:06 - 0:09
    Bunun üçün sizdən tələb olunan tək şey
  • 0:09 - 0:13
    duruşunuzu iki dəqiqəlik dəyişməyinizdir.
  • 0:13 - 0:16
    Lakin tapşırığa keçməzdən əvvəl sizdən vücudunuzu
  • 0:16 - 0:20
    və onunla necə davrandığınızı nəzərdən keçirməyinizi xahiş edirəm.
  • 0:20 - 0:23
    Görək aranızda neçəniz özünü yığıb?
  • 0:23 - 0:26
    Yəqin bəziləriniz beli bükülü, ayağını ayağı üstə aşıraraq və ya dizlərini əlləri ilə tutaraq oturub.
  • 0:26 - 0:30
    Bəzən qollarımızı çarpazlayarıq.
  • 0:30 - 0:33
    Bəzən də onları geniş açırıq. (Gülüş)
  • 0:33 - 0:36
    Mən sizi görürəm. (Gülüş)
  • 0:36 - 0:39
    Elə indicə nə etdiyinizə diqqət yetirməyinizi istəyirəm.
  • 0:39 - 0:41
    Bir neçə dəqiqədən sonra buna qayıdacağıq.
  • 0:41 - 0:44
    Ümid edirəm ki, əgər vücudunuza azca da olsa nəzarət etməyi öyrənsəniz
  • 0:44 - 0:47
    bu sizin həyatınızı əhəmiyyətli dərəcədə dəyişə biləcək.
  • 0:47 - 0:52
    Biz bədən dili ilə çox maraqlanırıq,
  • 0:52 - 0:56
    xüsusilə də başqalarının bədən dili diqqətimizi çəkir.
  • 0:56 - 1:00
    Müxtəlif məqamlar bizi maraqlandırır: (Gülüş)
  • 1:00 - 1:04
    hansısa yöndəmsizlik və ya gülüş,
  • 1:05 - 1:09
    önəmsiz baxış və ya narahat edən gözvurma,
  • 1:09 - 1:12
    və ya hətta əl sıxma kimi sadə bir şey.
  • 1:12 - 1:15
    Şərhçi: Budur onlar 10 nömrəli evə yaxınlaşırlar.
  • 1:15 - 1:20
    Bu şanslı polis ABŞ prezidentinin əlini sıxır.
  • 1:20 - 1:25
    Ardınca isə baş nazir – Yox. (Gülüş)(Alqışlar)
  • 1:25 - 1:27
    (Gülüş) (Alqışlar).
  • 1:27 - 1:30
    Sadə əl sıxma və ya onun olmamasını
  • 1:30 - 1:34
    uzun-uzun həftələrlə müzakirə edə bilərik.
  • 1:34 - 1:36
    Hətta BBC və Nyu York Taims belə.
  • 1:36 - 1:40
    Adətən davranış və ya bədən dili barədə düşünərkən
  • 1:40 - 1:43
    - sosial alimlər olaraq biz onu nonverbal adlandırıq-
  • 1:43 - 1:46
    onu dil kimi qəbul edirik və ünsiyyət olduğunu düşünürük.
  • 1:46 - 1:49
    Ünsiyyət isə bizi qarşılıqllı əlaqə barədə düşündürür.
  • 1:49 - 1:51
    Görəsən sizin bədən diliniz mənə nəyi çatdırmaq istəyir?
  • 1:51 - 1:54
    Bəs mənim bədən dilim sizə?
  • 1:54 - 1:59
    Belə yanaşmamızın düzgünlüyünü sübut edən bir çox fakt var.
  • 1:59 - 2:02
    Sosioloq-alimlər bizim və digər insanların
  • 2:02 - 2:05
    bədən dilinin verilən qərarlara təsirini öyrənməyə
  • 2:05 - 2:06
    çox vaxt sərf etmişdilər.
  • 2:06 - 2:09
    Adətən bədən dilinə əsaslanaraq sürətli və yalnış qərarlara gəlirik.
  • 2:09 - 2:14
    Və bu qərarlar işə qəbul və ya işdə irəliləmə, görüşə dəvət kimi
  • 2:14 - 2:17
    vacib həyati nəticələri proqnozlaşdıra bilər.
  • 2:17 - 2:22
    Misal üçün, Taft Universitetinin
    tədqiqatçısı Nalini Ambady
  • 2:22 - 2:27
    aşkarlamışdır ki, 30 saniyəlik
    həkimlə xəstənin real ünsiyyətini
  • 2:27 - 2:30
    nümayiş etdirən səssiz klipi izlədikdən sonra
  • 2:30 - 2:32
    həkimin nəzakətliliyindən yola çıxaraq onun
  • 2:32 - 2:35
    məhkəməlik olub olmayacağı haqda
    fikir yürüdürlər.
  • 2:35 - 2:40
    Bu qərar həkimin səriştəsi ilə deyil,
  • 2:40 - 2:42
    xəstə ilə ünsiyyətinin izləyicilər tərəfindən
  • 2:42 - 2:45
    nə qədər bəyənilməsi ilə bağlıdır.
  • 2:45 - 2:48
    Daha qəribəsi, Prinstondan Aleks Todorov
  • 2:48 - 2:51
    aşkar etmişdir ki, namizədlərin
    cəmi bir saniyəlik
  • 2:51 - 2:54
    üz ifadəsinə əsasən onların ABŞ Senatı
    və Konqresinə
  • 2:54 - 2:57
    seçilib-seçilməyəcəyini 70% düzgün
    müəyyən etmək olur.
  • 2:57 - 2:59
    Hətta virtual aləmdə belə
  • 2:59 - 3:03
    onlayn danışıqlarda düzgün istifadə
    edilmiş emosiya işarəsi
  • 3:03 - 3:06
    danışıqlardan daha yaxşı nəticə əldə
    etməyinizə gətirib çıxara bilər.
  • 3:06 - 3:09
    Odur ki, emosiya işarələrin səhv istifadə
    etmək yaxşı deyil.
  • 3:09 - 3:12
    Bizim qeyri-verbal dedikdə, bir-birimizi necə başa düşüb,
  • 3:12 - 3:15
    bu anlaşmaya əsasən nəticələrin
    nə olduğu başa düşülür.
  • 3:15 - 3:17
    Lakin çox vaxt qeyri-verbalikanın
  • 3:17 - 3:21
    özümüzə də təsir göstərdiyini
    unutmağa meylliyik.
  • 3:21 - 3:23
    Biz öz hərəkətlərimiz, düşüncələrimiz
  • 3:23 - 3:26
    hisslərimiz və fiziologiyamızın
    təsirinə məruz qalırıq.
  • 3:26 - 3:29
    Bəs bu bəhs etdiyim qeyri-verballar
    hansılardır?
  • 3:29 - 3:32
    Mən sosial psixoloqam. Qərəzli fikirləri
    araşdırıram
  • 3:32 - 3:35
    və qabaqcıl biznes məktəblərinin birində
    dərs dediyimdən
  • 3:35 - 3:39
    güc dinamikası ilə maraqlanmağa
    başlamışam.
  • 3:39 - 3:41
    Xüsüsilə də diqqətimi
  • 3:41 - 3:45
    güc və dominantlığın jestlərlə
    ifadəsi çəkdi.
  • 3:45 - 3:49
    Güc və dominantlığın əsas qeyri-verbal ifadəsi nədir?
  • 3:49 - 3:51
    Haqqında danışdığımız ifadələr bunlardır.
  • 3:51 - 3:53
    Heyvanlar aləmində bu genişlənmək
    deməkdir.
  • 3:53 - 3:56
    Onlar ölçülərində artırlar,
    hərəkətli olurlar,
  • 3:56 - 3:59
    daha çox yer tuturlar, açılırlar.
  • 3:59 - 4:01
    Bəli, məhz açılırlar.
  • 4:01 - 4:03
    Bu həm bütün heyvanlar aləminə aiddir,
  • 4:04 - 4:07
    tək primatlara deyil.
  • 4:07 - 4:09
    İnsanlar da eynilə belə edirlər.(Gülüş)
  • 4:09 - 4:11
    Özlərini həm daimi güclü hiss etdikləri
    zaman,
  • 4:11 - 4:15
    həm də bir anlıq güclü hiss etdikdə
    məhs belə edirlər.
  • 4:15 - 4:18
    Bu misal xüsusən ona görə maraqlıdır ki,
  • 4:18 - 4:23
    güc ifadələrinin nə qədər universal
    və qədim olduğunu göstərir.
  • 4:23 - 4:25
    Qürur kimi tanınan bu ifadə
  • 4:25 - 4:28
    Cessika Treysi tərəfindən öyrənilmişdir.
  • 4:28 - 4:30
    O, aşkar etmişdir ki, istər görmə qabiliyyəti olan
  • 4:30 - 4:32
    istərsə də anadangəlmə kor olan insanlar
  • 4:32 - 4:36
    müsabiqələrdə qalib gələndə bu cür edirlər.
  • 4:36 - 4:38
    Finiş xəttini keçib qalib gəldikdə,
  • 4:38 - 4:40
    hətta heç zaman başqalarını
    görmədikdə belə bu cür edirlər.
  • 4:40 - 4:41
    Şəkildəki kimi;
  • 4:41 - 4:45
    əllər yuxarı V formasında,
    çənə azca qalxmış.
  • 4:45 - 4:47
    Bəs özümüzü gücsüz hiss etdikdə
    nə edirik?
  • 4:47 - 4:48
    Tam əksini.
  • 4:48 - 4:51
    Qapanırıq. Özümüzü yığırıq.
  • 4:51 - 4:52
    Kiçilirik.
  • 4:52 - 4:55
    Qarşımızdakı adam üçün görünməz olmağa çalışırıq.
  • 4:55 - 4:57
    Gördüyünüz kimi, yenə də heyvanlar və insanlar eyni şeyləri edir.
  • 4:57 - 5:01
    Güclü və gücsüz qarşılaşanda bu mənzərə ortaya çıxır.
  • 5:01 - 5:05
    Söhbət gücə gəldikdə biz adətən
  • 5:05 - 5:07
    başqalarının jestlərini tamamlamağa
    meyilliyik.
  • 5:07 - 5:10
    Belə ki, əgər kimsə bizə qarşı
    güc tətbiq edirsə,
  • 5:10 - 5:12
    yığılmağa çalışırıq. Onun jestlərini əks etdirmirik,
  • 5:12 - 5:14
    əksinə, onun gücünə tabe oluruq.
  • 5:14 - 5:17
    Tələbələrin hərəkətlərinə
    diqqət yetirərkən
  • 5:17 - 5:20
    nə aşkar etdiyimi bilirsinizmi?
  • 5:20 - 5:27
    Gördüm ki, MBA tələbələri çoxlu sayda güc jestləri nümayiş etdirirlər.
  • 5:27 - 5:29
    Aralarında bəziləri özlərini lider kimi aparırlar,
  • 5:29 - 5:33
    sinif otağına girərkən, otagın düz
    ortasına keçirlər,
  • 5:33 - 5:36
    hələ dərs başlamazdan
    özlərinə yer edirlər.
  • 5:36 - 5:39
    Oturarkən az qala iki nəfərin
    yerini tuturlar.
  • 5:39 - 5:41
    Əllərini bu tərzdə qaldırırlar.
  • 5:41 - 5:43
    Digərləri isə birincilər otağa girəndə
  • 5:43 - 5:46
    az qalırlar görünməz olsunlar.
  • 5:46 - 5:48
    Bunu onların üz ifadəsi və hərəkətlərindən
    görə bilərsiniz,
  • 5:48 - 5:51
    Onlar oturan kimi yığılırlar
  • 5:51 - 5:53
    və əllərini bu tərzdə qaldırırlar.
  • 5:53 - 5:55
    Özüm üçün bir neçə nəticə çıxartdım.
  • 5:55 - 5:57
    Birincisi sizi yəqin ki, təəcübləndirməyəcək.
  • 5:57 - 5:59
    Hesab edilir ki, bu cinslə bağlıdır.
  • 5:59 - 6:04
    Yəni qadınlar kişilərə nisbətən daha çox
    bu qanuna tabe olurlar.
  • 6:04 - 6:07
    Qadınlar adətən özlərini kişilərdən
    daha zəif hiss edirlər
  • 6:07 - 6:09
    və bu təəccüblü deyil.
  • 6:09 - 6:12
    Bundan əlavə mən aşkar etdim ki,
  • 6:12 - 6:13
    bu həm də dərsdə nə qədər aktiv
  • 6:13 - 6:17
    və müvəffəqiyyətli olmaqdan da asılıdır.
  • 6:17 - 6:20
    Və bu MBA tələbələri üçün çox vacibdir,
  • 6:20 - 6:22
    çünki onların dərsdə iştirakı qiymətlərinə
    təsir edir.
  • 6:23 - 6:27
    Biznes məktəbləri gender fərqinə qarşı
    həmişə mübarizə aparırlar.
  • 6:27 - 6:30
    Eyni səviyyədə hazırlaşan kişi və qadınlar
  • 6:30 - 6:32
    kursun sonunda fərqli qiymətlər alırlar
  • 6:32 - 6:35
    və bunun iştirak ilə bağlı olduğu görünür.
  • 6:36 - 6:39
    Öz-özümə düşünməyə başladım,
  • 6:39 - 6:42
    tutaq ki, sinfə bu şəkildə girənlər dərsdə
    daha aktivdirlər,
  • 6:42 - 6:45
    onda əgər bu videoları göstərib,
    özlərini bu cür aparmalarını istəsək
  • 6:45 - 6:47
    onlar dərsdə daha aktiv iştirak
    edəcəklərmi?
  • 6:47 - 6:51
    Mən və Berklidən olan həmkarım
    Dana Karninin öyrənmək istədiyimiz
  • 6:51 - 6:55
    yalanı çox təkrarlasaq gerçək olub olmayacağı idi.
  • 6:55 - 6:57
    Yəni qısa müddətlik özümüzü güclü göstərsək,
  • 6:57 - 7:00
    davranışımzdakı dəyişiklik nəticəsində
  • 7:00 - 7:02
    özümüzü daha güclü hiss edə bilərikmi?
  • 7:02 - 7:05
    Artıq bilirik ki, jest və mimikalarımız
    başqalarının bizim haqda
  • 7:05 - 7:08
    düşüncə və hisslərini müəyyənləşdirir.
    Bunun bir çox sübutu var.
  • 7:08 - 7:09
    Lakin bizi əsl maraqlandıran sual
  • 7:09 - 7:14
    bu jest və mimikaların özümüzə
    təsir edib etməməsidir.
  • 7:14 - 7:16
    Bu təsirin mövcudluğunu təsdiqləyən
    bəzi sübutlar var.
  • 7:16 - 7:21
    Misal üçün, özümüzü xoşbəxt hiss etdikdə
    gülürük,
  • 7:21 - 7:23
    lakin biz həm də qələmi dişlərimiz arasında
  • 7:23 - 7:27
    bu şəkildə tutaraq da, gülümsəməyə
    məcbur oluruq.
  • 7:27 - 7:29
    Deməli bu hər iki halda reallaşır.
  • 7:29 - 7:33
    Güc məsələsində də həmçinin.
  • 7:33 - 7:35
    Özümüzü güclü və əmin hiss etdikdə
  • 7:35 - 7:37
    daha güc çox göstərən jestlərə meyilli oluruq.
  • 7:37 - 7:43
    Lakin güclü olmağa çalışanda da
  • 7:43 - 7:47
    özümüzü güclü hiss edirik.
  • 7:47 - 7:50
    Bizi maraqlandıran ikinci sual isə:
  • 7:50 - 7:53
    bildiyimiz kimi düşüncələrimizin
    hərəkətimizi dəyişməsi deyil,
  • 7:53 - 7:57
    hərəkətlərimizin düşüncələrimizi
    dəyişib dəyişməməsidir.
  • 7:57 - 8:00
    Güc hissi baxımından, düşüncə dedikdə
  • 8:00 - 8:01
    nədən bəhs edirəm?
  • 8:01 - 8:03
    Fikir və hisslərdən, həmçinin onları formalaşdıran
  • 8:03 - 8:07
    fizioloji şeylərdən danışıram, və mənə görə
  • 8:07 - 8:10
    bu hormonlardır. Mən hormonları öyrənirəm.
  • 8:10 - 8:14
    Güclülərlə zəiflərin düşüncələrini
    fərqləndirən nədir?
  • 8:14 - 8:18
    Təəccüblü deyil ki, güclü insanlar adətən
  • 8:18 - 8:23
    daha iddialı, daha əmin və daha
    optimist olurlar.
  • 8:23 - 8:26
    Hətta qumar oyunlarında belə
    qalib gələcəklərini düşünürlər.
  • 8:26 - 8:30
    Onlar həmçinin daha abstrakt düşünməyə
    meyllidilər.
  • 8:30 - 8:32
    Fərqlər çoxdur. Onlar daha çox risk edirlər.
  • 8:32 - 8:36
    Güclü və zəif insanlar arasında
    fərqlər çoxdur.
  • 8:36 - 8:39
    Fizioloji olaraq da, fərqlər var, xüsusən də
  • 8:39 - 8:42
    iki əsas hormon testosteron – dominantlıq hormonu
  • 8:42 - 8:46
    və kortizol – stress hormonu arasında.
  • 8:46 - 8:54
    Aşkarladıq ki, primatların iyerarxiyasında
    hökmran alfa-erkəklərin
  • 8:54 - 8:58
    testosteronu daha yüksək,
    kortizolu isə daha aşağı olur.
  • 8:58 - 9:00
    Güclü və effektiv liderlərin də
  • 9:00 - 9:03
    testosteronu yüksək, kartizolu isə aşağı olur.
  • 9:03 - 9:05
    Bu o deməkdir ki, güc haqda düşünərkən
  • 9:05 - 9:08
    insanlar adətən dominantlığın
    göstəricisi kimi ancaq
  • 9:08 - 9:09
    testosteron barədə düşünürlər.
  • 9:09 - 9:13
    Əslində isə, güc stresə necə reaksiya göstərməyinizlə
    də bağlıdır.
  • 9:13 - 9:16
    Çox güclü və testosteronu yuxarı olan,
  • 9:16 - 9:19
    stresə davamlılığı isə aşağı olan liderin
    olmağını istərdinizmi?
  • 9:19 - 9:20
    Yəqin ki, yox.
  • 9:20 - 9:23
    Daha güclü, iddialı və qüdrətli, eyni zamanda
  • 9:23 - 9:27
    sakit - özündən tez çıxmayan lideri istərdiniz.
  • 9:27 - 9:30
    Məlumdur ki, primatların iyerarxiyasında
  • 9:30 - 9:35
    alfa-erkək və ya sıravi biri gözlənilmədən liderliyi ələ
  • 9:35 - 9:39
    keçirməyə çalışanda bir neçə gün içində,
  • 9:39 - 9:43
    onun testosteronu əhəmiyyətli dərəcədə qalxır,
  • 9:43 - 9:46
    kortizolu isə əhəmiyyətli dərəcədə azalır.
  • 9:46 - 9:49
    Beləliklə sübutlar göstərir ki, bədənimiz
  • 9:49 - 9:51
    düşüncələrimizi formalaşdırır,
    ən azı üzdə olan tərəfini.
  • 9:51 - 9:56
    Həmçinin, rolların dəyişməyi də düşüncələrimizi
    formalaşdıra bilir.
  • 9:56 - 9:58
    Yaxşı bəs rolumuzu dəyişdikdə, nə baş verir?
  • 9:58 - 10:01
    Tutaq ki, ən cuzi səvviyədə bunu etsək,
  • 10:01 - 10:04
    xırda manipulyasiya və xırda müdaxilə ilə
    nə baş verər?
  • 10:04 - 10:06
    "İki dəqiqəlik, bu şəkildə durmağınızı istəyirəm,
  • 10:06 - 10:09
    və bu, özünü daha güclü hiss etməyinə səbəb olacaq."
  • 10:09 - 10:11
    Belə bir işə başladıq.
  • 10:11 - 10:16
    Qərar gəldik ki, adamları laboratoriyaya gətirib,
    balaca bir eksperiment keçirək,
  • 10:16 - 10:19
    onlar iki dəqiqə ərzində
  • 10:19 - 10:23
    güclülük yaxud gücsüzlük pozaları almalı idilər,
  • 10:23 - 10:25
    və bu pozalardan beşini sizə göstərəcəm,
  • 10:25 - 10:28
    hərçənd ki iştirakçılar ancaq ikisini
    nümayiş etdirmişdilər.
  • 10:28 - 10:30
    Bu birincisi.
  • 10:30 - 10:32
    Daha bir neçəsi.
  • 10:32 - 10:35
    Bu poza media tərəfindən “Möcuzə-qadın”
    adlandırılmışdır.
  • 10:35 - 10:38
    Daha bir neçəsi.
  • 10:38 - 10:40
    Ayaq üstə və ya oturaraq.
  • 10:40 - 10:43
    Bu da gücsüzlük pozaları.
  • 10:43 - 10:47
    Özünüzü yığırsınız, balacalaşırsınız.
  • 10:47 - 10:49
    Bu isə ən gücsüzlüyün göstəricisidir.
  • 10:49 - 10:52
    Boynunuza toxunaraq, özünüzü
    qorumağa çalışırsınız.
  • 10:52 - 10:54
    Təcrübəni belə edirdik.
  • 10:54 - 10:56
    İştirakçılar gəlirdilər, onların tüpürcək nümunəsini götürürdük,
  • 10:56 - 10:59
    onlara iki dəqiqəlik "belə və ya elə edin" deyirik.
  • 10:59 - 11:01
    Pozaların şəkillərini göstərmirdik.
  • 11:01 - 11:04
    Çünki gücü görmələrini deyil,
  • 11:04 - 11:06
    gücü hiss etmələrini istəyirdik.
  • 11:06 - 11:08
    İki dəqiqə ərzində onlar bu cür edir,
  • 11:08 - 11:10
    sonra biz onlardan, "Özünüzü nə qədər güclü hiss edirsiniz?" soruşur
  • 11:10 - 11:13
    və onlara qumar oynamaq təklif edirik,
  • 11:13 - 11:16
    bundan sonra daha bir tüpürcək nümunəsi götürürük.
  • 11:16 - 11:17
    Bütün təcrübə bundan ibarət idi.
  • 11:17 - 11:19
    Bunları aşkar etmiş olduq:
  • 11:19 - 11:21
    Güclü pozada olmuş insanların 86%-i
  • 11:21 - 11:25
    riskə meyillilik oyunu olan
  • 11:25 - 11:27
    qumar oynamağı seçdilər.
  • 11:27 - 11:29
    Gücsüzlük pozasında olanların isə
  • 11:29 - 11:33
    ancaq 60 %i. Bu da kifayət qədər əhəmiyyətli fərqdir.
  • 11:33 - 11:36
    Bu isə testosteronda aşkarladıqlarımızdır.
  • 11:36 - 11:38
    Gəldikləri andan etibarən
  • 11:38 - 11:42
    güclülük təcrübəsindən keçənlərin
    testosteronunda 20%-lik artım,
  • 11:42 - 11:46
    digərlərində isə 10%-lik enmə olmuşdur.
  • 11:46 - 11:49
    Cəmi iki dəqiqəyə bu dəyişiklikləri nail olmaq olur.
  • 11:49 - 11:51
    Kortizolda isə baş verənlər bunlardır:
  • 11:51 - 11:55
    Güclülük pozasında olanların
    kortizolunda 25%-lik enmə,
  • 11:55 - 11:59
    digərlərində isə 15%-lik artım olmuşdur.
  • 11:59 - 12:02
    Cəmi iki dəqiqə bu harmonal dəyişikliklərə,
  • 12:02 - 12:03
    beynimizin daha iddialı,
  • 12:03 - 12:08
    əmin və rahat,
  • 12:08 - 12:13
    yaxud stressli və qapalı hiss etməyinə
    gətirib çıxarır.
  • 12:13 - 12:16
    Bu hisslər hamımıza tanışdır, hə?
  • 12:16 - 12:21
    Deməli, bədən dilimiz özümüz barədə də necə
    düşünməyimizi və hiss etməyimizi müəyyənləşdirir.
  • 12:21 - 12:23
    Yəni qeyri-verballar yalnız
    başqaları üçün deyil.
  • 12:23 - 12:26
    Bundan başqa bədənimiz düşüncəmizi
    də dəyişir.
  • 12:26 - 12:28
    Bizi maraqlandıran növbəti sual isə
    bir neçə dəqiqəlik
  • 12:28 - 12:30
    güc pozası almağımızın həyatımızı
  • 12:30 - 12:32
    əhəmiyyətli dərəcədə dəyişə biləcəyi sualıdır.
  • 12:32 - 12:36
    Bu laboratıriyada baş tutmuş
    iki dəqiqəlik bir eksperimentdir.
  • 12:36 - 12:38
    Bəs real həyatda bunu harada tətbiq etmək olar?
  • 12:38 - 12:40
    Təbii ki, bizi də əsas maraqlandıran budur.
  • 12:40 - 12:47
    Fikrimizcə, bu pozalar sosial təhlükə
    yaradan situasiyaların
  • 12:47 - 12:49
    qiymətləndirilmədə istifadə edilə bilər.
  • 12:49 - 12:52
    Adətən harada qiymətləndirilirik?
  • 12:52 - 12:54
    Yeniyetmələr üçün bu yeməkxana masası arxasıdır.
  • 12:54 - 12:58
    Bəziləri üçün bu məktəb toplantılarıdır.
  • 12:58 - 13:02
    Bəziləri üçün elan və ya bu şəkildə çıxış,
  • 13:02 - 13:05
    ya da iş müsahibəsidir.
  • 13:05 - 13:07
    Fikirləşdik ki, çoxlarınızı məhs iş müsahibəsi maraqlandırar,
  • 13:07 - 13:10
    çünki çoxunuzun belə təcrübəsi olur.
  • 13:10 - 13:13
    Beləliklə tapıntılarımızı dərc etdik,
  • 13:13 - 13:15
    media onları geniş müzakirə etdi,
  • 13:15 - 13:17
    və jusrnalistlərin dedikləri bu oldu:
  • 13:17 - 13:19
    “Deməli iş müsahibəsinə gedərkən belə etməliyik?”
  • 13:19 - 13:20
    (Gülüş)
  • 13:20 - 13:22
    Təbii ki, bu fikri inkar etdik.
  • 13:22 - 13:25
    Yox! Əlbəttə yox! Biz heç də bunu nəzərdə tutmurduq.
  • 13:25 - 13:27
    Belə etməyiniz məntiqsizdir!
  • 13:27 - 13:30
    Bu sizin başqaları ilə deyil,
  • 13:30 - 13:31
    özünüzlə ünsiyyətiniz üçündür.
  • 13:31 - 13:34
    Müsahibəyə başlamazdan əvvəl nə edirsiniz?
    Adətən
  • 13:34 - 13:37
    oturursunuz. İphone və ya
  • 13:37 - 13:39
    Androidinizə baxırsınız.
  • 13:39 - 13:41
    Qeydlərinizə baxırsınız,
  • 13:41 - 13:43
    bükülürək, özünüzü toplayırsınız.
  • 13:43 - 13:45
    Əslində isə etməli olduğunuz şey yəqin ki, budur.
  • 13:45 - 13:48
    Ayaq yolunda oturduğunuz kimi.
    İkicə dəqiqə belə oturun.
  • 13:48 - 13:50
    Yoxlamaq istədiyimiz bu idi.
  • 13:50 - 13:52
    İştirakçılar laboratoriyaya gələrək,
  • 13:52 - 13:55
    yenidən güclülük və gücsüzlük pozaları
    aldıqdan sonra
  • 13:55 - 13:58
    çox gərgin bir iş müsahibəsindən keçdilər.
  • 13:58 - 14:02
    5 dəqiqəlik müsahibə videoya çəkilirdi.
  • 14:02 - 14:04
    Müsahibəni qiymətləndirən şəxslərin
  • 14:04 - 14:08
    təsirinin qarşısını almaq üçün onlara qeyri-verbal
    vasitədən istifadə etməmək öyrədilmişdi.
  • 14:08 - 14:10
    Onlar bu cür görünürdülər.
  • 14:10 - 14:12
    Təssəvür edin ki, belə bir adam sizinlə müsahibə aparır.
  • 14:12 - 14:17
    5 dəqiqə ərzində emosiyasız üzə baxmaq
    sorğu-suala tutulmaqdan daha betərdir.
  • 14:17 - 14:18
    Heç kəs bunu sevmir.
  • 14:18 - 14:22
    Marian LaFrance bunu “Sosial bataqlıqda durmaq”
    adlandırır.
  • 14:22 - 14:24
    Bu insanda kortizol səviyyəsini artırır.
  • 14:24 - 14:26
    Nəticələri görmək üçün onları
  • 14:26 - 14:28
    belə bir müsahibədən keçirdik.
  • 14:28 - 14:32
    Sonra koderlərə bu çəkilişlərdən
    dördünü göstərdik.
  • 14:32 - 14:35
    Şərtlərdən, gözləntilərimizdən xəbərsiz idilər.
  • 14:35 - 14:37
    Kimin hansı poza aldığından xəbərsiz idilər.
  • 14:38 - 14:43
    Video-yazılara baxdıqdan sonra
  • 14:43 - 14:45
    “Bunları işə götürmək istəyirik” deyərək,
  • 14:45 - 14:46
    yüksək güc pozası almış insaları göstərdilər.
  • 14:46 - 14:48
    “Bunlari işə götürmək istəmirik.
  • 14:48 - 14:52
    Və əvvəlkilər daha pozitivdirlər."
  • 14:52 - 14:54
    Bəhs buna təsir edən nədir?
  • 14:54 - 14:56
    Bu onların nitqinə görə deyil.
  • 14:56 - 14:58
    Onların nitqlərinə qatdıqlarıları ilə bağlıdır.
  • 14:59 - 15:01
    Onların digər göstəricilərinə də nəzər saldıq.
  • 15:01 - 15:05
    Məsələn, nitqləri nə dərəcədə düzgündür?
  • 15:05 - 15:07
    Hansı üstünlükləri var?
  • 15:07 - 15:09
    Bu göstəricilərin heç bir fərqi yox idi.
  • 15:09 - 15:11
    Əsas təsir göstərən şey bunlar deyildi.
  • 15:11 - 15:14
    İnsanlar yalnız həqiqi üzlərini göstərirdilər.
  • 15:14 - 15:15
    Yəni özlərini nümayiş etdirirdilər.
  • 15:15 - 15:17
    Fikirlərini heç bir təsirsiz,
  • 15:17 - 15:19
    özləri olaraq göstərirdilər.
  • 15:19 - 15:24
    Nəticəyə bu faktor təsir edir.
  • 15:24 - 15:28
    Və mən insanlara deyəndə ki,
  • 15:28 - 15:31
    bədənimiz düşüncəmizi, düşüncəmiz
    davranışımızı,
  • 15:31 - 15:34
    davranışımız isə nəticələrimizi dəyişə bilər,
  • 15:34 - 15:35
    "Bu bir az saxta deyil?" deyirlər.
    Mən isə,
  • 15:35 - 15:37
    həqiqətə çatana qədər
    imitasiya edin deyirəm.
  • 15:37 - 15:39
    "Mən belə deyiləm.
  • 15:39 - 15:42
    Nəyisə reallaşdırıb saxtakar
    hiss etmək istəmirəm.
  • 15:42 - 15:44
    Yalançı olmaq istəmirəm.
  • 15:44 - 15:48
    Mənə aid olmayan yerdə olmaq istəmirəm."
  • 15:48 - 15:50
    Bu sözləri çox yaxşı başa düşürəm.
  • 15:50 - 15:54
    Sizə saxtakar olmaq və "bura mənim yerim deyil"
  • 15:54 - 15:56
    hissi barədə kiçik bir hekayə
    danışmaq istəyirəm.
  • 15:56 - 15:59
    19 yaşımda, çox ağır avtomobil qəzası
    keçirmişdim.
  • 15:59 - 16:02
    Avtomobildən çölə atılmış
  • 16:02 - 16:04
    yerdə bir neçə dəfə çevrilmişdim.
  • 16:04 - 16:07
    Kəllə-beyin zədələri reabilitasiya şöbəsində oyandım,
  • 16:07 - 16:09
    kolleci tərk etməli oldum,
  • 16:09 - 16:15
    və xəbər tutdum ki, İQ səviyyəm 2 göstərici üzrə aşağı düşüb.
  • 16:15 - 16:18
    Bu mənim üçün çox ağrılı idi.
  • 16:18 - 16:21
    İQ-ma bələd idim, çünki uşaqlıqdan ağıllı
  • 16:21 - 16:23
    və istedadlı bir uşaq kimi tanınırdım.
  • 16:23 - 16:26
    Kollecdən çıxarıldığım üçün, geri dönməyə çalışdım.
  • 16:26 - 16:28
    Onlar mənə: “Kolleci bitirə bilməyəcəksən.
  • 16:28 - 16:31
    Edə biləcəyin şeylər çoxdur,
  • 16:31 - 16:33
    amma kollec sənlik deyil” - deyirdilər.
  • 16:33 - 16:36
    Bununla mübarizə aparmağa başladım
  • 16:36 - 16:39
    deyim ki, sahib olduğunuz
    əsas xüsusiyyətinizin,
  • 16:39 - 16:41
    mənə görə bu ağlım idi,
  • 16:41 - 16:42
    əlinizdən alınması kimi
  • 16:42 - 16:46
    heç nə sizi zəiflədə bilməz.
  • 16:46 - 16:47
    Özümü tamamilə zəif hiss edirdim.
  • 16:47 - 16:49
    Çalışdım, çalışdım, öz üzərimdə işlədim,
  • 16:49 - 16:51
    və nəhayət müvəffəqiyyət qazandım.
  • 16:51 - 16:53
    Nəticədə kolleci bitirdim.
  • 16:53 - 16:55
    Qrup yoldaşlarımdan dörd il artıq vaxt
    sərf etməli oldum
  • 16:55 - 17:00
    və məsləhətçi-mələyim olan Susan Fiskeni,
  • 17:00 - 17:03
    məni Prinston Universitetinə qəbul etməyə
    razı saldım.
  • 17:03 - 17:06
    Beləcə "Aid olmadığım yer"ə düşdüm.
  • 17:06 - 17:07
    Saxtakar idim.
  • 17:07 - 17:09
    Prinstonda 20 nəfərin dinlədiyi 20 dəqiqəlik
  • 17:09 - 17:12
    birinci kurs çıxışımdan
  • 17:12 - 17:13
    öncəki gecə idi.
  • 17:13 - 17:16
    Sabahın açılacağından o qədər
    qorxurdum ki,
  • 17:16 - 17:19
    rəhbərimə zəng vurub, “Edə bilməyəcəm” dedim.
  • 17:19 - 17:21
    O mənə: “Xeyr, edəcəksən,
  • 17:21 - 17:23
    sənin barəndə mərcə gəlmişəm.
  • 17:23 - 17:26
    Odur ki, qalacaq və dediyimi edəcəksən,
  • 17:26 - 17:27
    Saxta olsa da.
  • 17:27 - 17:31
    Etməli olduğun bütün çıxışları edəcəksən.
  • 17:31 - 17:33
    Təkrarən, yenidən,
  • 17:33 - 17:35
    qorxsan və dəhşətə gəlsən belə,
  • 17:35 - 17:38
    bədəninin səni dinləməsə belə,
  • 17:38 - 17:41
    'Axır ki alındı. Axır ki bacardım!
  • 17:41 - 17:44
    Həqiqətən də əlimdən gəlirmiş.' deyəcəyin
    ana qədər çalışacaqsan."
  • 17:44 - 17:45
    Mən də belə etdim.
  • 17:45 - 17:46
    Beş ildir ali məktəbin yüksək pilləsini
    oxuyuram.
  • 17:46 - 17:49
    Bir neçə ildir ki, Northwesterndəyəm,
  • 17:49 - 17:51
    Harvarda köçmüşəm, orda işləyirəm.
  • 17:51 - 17:55
    Artıq bu barədə düşünmürəm, lakin uzun müddət
  • 17:55 - 17:56
    “Bura mənim yerim deyil” fikirləşirdim.
  • 17:57 - 17:59
    Harvardda olduğum birinci ilin sonunda,
  • 17:59 - 18:04
    semestr boyu sinifdə bir dəfə də danışmamış,
  • 18:04 - 18:07
    “Dərsdə iştirak etməlisən, yoxsa kəsiləcəksən”
    dediyim tələbəm
  • 18:07 - 18:10
    kabinetimə gəldi. Onu yaxşı tanımırdım.
  • 18:10 - 18:13
    Tamamilə əzilmiş vəziyyətdə içəriyə daxil olub, dedi:
  • 18:13 - 18:16
    “Bura mənim yerim deyil.”
  • 18:20 - 18:22
    Bu mənim üçün dönüş nöqtəsi oldu.
  • 18:22 - 18:24
    Çünki iki şey baş verdi.
  • 18:24 - 18:25
    Birincisi başa düşdüm ki,
  • 18:25 - 18:28
    mən artıq o hissi keçirmirəm.
  • 18:28 - 18:31
    Lakin o hiss edirdi və həmin hisslər mənə tanış idi.
  • 18:31 - 18:33
    İkincisi isə, onun düzgün yerdə olduğunu
    anlamağım oldu.
  • 18:33 - 18:35
    Yəni, o da imitasiya edərək
    bacara bilərdi.
  • 18:35 - 18:39
    Və mən ona: “Xeyir, bura tam sənlikdir!
  • 18:39 - 18:41
    Sabahdan özünü bura aidmiş kimi göstərəcək,
  • 18:41 - 18:43
    özünü güclü göstərəcək və
  • 18:43 - 18:49
    (Alqışlar)
  • 18:49 - 18:53
    sinif otağına girib bugünə kimi
  • 18:53 - 18:55
    verilmiş ən yaxşı şərhi verəcəksən” dedim.
  • 18:55 - 18:58
    O, belə də etdi.
  • 18:58 - 19:00
    Sinifdəkilər mat qalmışdı, onun burada olduğunu
  • 19:00 - 19:03
    burada oturduğunu belə bilmirdilər. (Gülüş)
  • 19:03 - 19:05
    Bir neçə ay sonra o yanıma gəldi
  • 19:05 - 19:08
    və onun bacarana, həqiqi hiss edənə
    qədər deyil,
  • 19:08 - 19:11
    gerçəkləşdirənə qədər imitasiya
    etdiyini gördüm.
  • 19:11 - 19:12
    O dəyişilmişdi.
  • 19:12 - 19:16
    Mən də sizə demək istərdim ki,
  • 19:17 - 19:19
    reallıq olana qədər imitasiya edin.
  • 19:19 - 19:23
    Olmaq istədiyiniz biri olana qədər
    özünüzü elə göstərin.
  • 19:23 - 19:26
    İstəyirəm biləsiniz ki,
  • 19:26 - 19:30
    cüzi düzəlişlər belə böyük dəyişikliklərə gətirə bilər.
  • 19:30 - 19:33
    İndi isə həmin əvvəl dediyim 2 dəqiqə.
  • 19:33 - 19:34
    2 dəqiqə, 2 dəqiqə, 2 dəqiqə.
  • 19:34 - 19:38
    Növbəti dəfə qiymətləndiriləcəyiniz bir
    situasiyadan əvvəl,
  • 19:38 - 19:40
    2 dəqiqəlik, bunu etməyə çalışın.
  • 19:40 - 19:43
    Liftdə, hamam otağında, masa arxasında,
    yaxud bağlı qapı arxasında.
  • 19:44 - 19:45
    Etmək istədiyinizi edin.
  • 19:45 - 19:48
    Beyninizi vəziyyətin ən yaxşı hal alacağına kökləyin.
  • 19:48 - 19:51
    Testosteronunuzu artırın. Kortizolunuzu isə azaldın.
  • 19:51 - 19:55
    "Əfsus, onlara nəyə qadir olduğumu göstərə bilmədim." kimi peşmançılıqla bitməsinə icazə verməyin.
  • 19:55 - 19:56
    Görüşünüz "Mən onlara kim olduğumu
  • 19:56 - 19:59
    çatdıra və göstərə bildim!" tərzdə keçsin.
  • 19:59 - 20:05
    Sizdən bu güc pozalarını tətbiq etməyinizlə bərabər,
  • 20:05 - 20:10
    onu həm də başqaları ilə bölüşməyinizi istəyirəm, çünkü bu çox sadədir.
  • 20:10 - 20:12
    Bu özündən-razılıq deyil. (Gülüş)
  • 20:12 - 20:14
    Bu öyrəndiyinizi yayın və insanlarla bölüşün,
  • 20:14 - 20:17
    çünkü bundan yararlana biləcək insanlar
  • 20:17 - 20:20
    adətən nə texnologiya və resurslara,
  • 20:20 - 20:22
    nə də status və gücə malik olmayan insanlardır.
  • 20:22 - 20:25
    Bunu onlarla bölüşün ki, şəxsən istifadə edə bilsinlər.
  • 20:25 - 20:27
    Çünkü təklikdə vücudlarına 2 dəqiqəlik diqqət yetirmələri
  • 20:27 - 20:30
    onların həyatına əhəmiyyətli dərəcədə təsir edə bilər.
  • 20:30 - 20:32
    Təşəkkür edirəm.
  • 20:32 - 20:35
    (Alqışlar).
Title:
Bədən dili sizin kim olduğunuzu müəyyən edir
Speaker:
Emi Kaddi
Description:

Bədən dili başqalarının bizi necə görmələri ilə bərabər, bizim özümüzü necə görməyimizə də təsir edir. Sosial psixoloq, Emi Kaddi özümüzü gücsüz hiss etsək belə özünə inamla "güclülük pozası" alaraq dayanmağımızın beynimizdəki testosteronun və kortizolun səviyyələrinə və hətta uğur qazanmağımıza necə təsir etdiyinindən danışır.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
21:02

Azerbaijani subtitles

Revisions