Return to Video

Linuks-un arxasındakı zəka

  • 0:00 - 0:04
    Kris Anderson: Necə də qəribədir.
  • 0:04 - 0:07
    Hazırladığınız proqram təminatı --
    Linuks milyonlarla kompüterdədir,
  • 0:07 - 0:10
    yəqin ki, internetin
    böyük hissəsini dəstəkləyir.
  • 0:10 - 0:12
    Məncə, təxminən,
  • 0:12 - 0:16
    dünyada 1.5 milyard Android cihazı var.
  • 0:16 - 0:18
    Sizin proqram isə
    o cihazların hər birində var.
  • 0:19 - 0:20
    Bu, valehedicidir.
  • 0:20 - 0:25
    Yəqin bunların idarə olunduğu
    möhtəşəm mərkəzləriniz də var.
  • 0:25 - 0:28
    Əvvəl belə düşünürdüm -- o şəkli
    görənə qədər.
  • 0:28 - 0:30
    Bu şəkli deyirəm --
  • 0:30 - 0:32
    Linuks-un mərkəzi buradır.
  • 0:32 - 0:34
    (Gülüş)
  • 0:34 - 0:38
    (Alqışlar)
  • 0:38 - 0:40
    Linus Torvalds: Əslində elə görünmür.
  • 0:40 - 0:42
    Qeyd etməliyəm ki,
  • 0:42 - 0:46
    bu şəkildə insanların ən çox
    reaksiya verdiyi
  • 0:46 - 0:47
    maraqlı məqam
  • 0:47 - 0:49
    gəzən stoldur.
  • 0:49 - 0:52
    Bu, ofisimin ən maraqlı bölməsidir
  • 0:52 - 0:54
    və onu daha istifadə etmirəm.
  • 0:54 - 0:56
    Məncə, bu iki məsələ bir-biri ilə
    əlaqəlidir.
  • 0:57 - 1:00
    İşləmə metodum odur ki ...
  • 1:01 - 1:06
    Fikrimin yayınmasını istəmirəm.
  • 1:06 - 1:11
    Divardakı yaşıl rəngə fikir verin.
  • 1:11 - 1:16
    Bir dəfə dedilər ki, bu rəng ruhi
    dispanserlərdə istifadə olunur
  • 1:16 - 1:17
    (Gülüş)
  • 1:17 - 1:19
    Bu, sakitləşdirici bir rəngdir,
  • 1:19 - 1:22
    əslində insanın fikrini yayındırmır.
  • 1:23 - 1:27
    Burada görə bildiyimiz tək şey ekrandır,
    kompüteri görmürsünüz,
  • 1:28 - 1:31
    lakin kompüterimlə bağlı yeganə
    narahatlığım odur ki,
  • 1:31 - 1:34
    onun böyük və güclü olmasına
    ehtiyac yoxdur,
  • 1:34 - 1:37
    o, tam səssiz olmalıdır.
  • 1:38 - 1:40
    Google şirkətində işləyənlər tanıyıram.
  • 1:40 - 1:43
    Onların evində
    kiçik məlumat mərkəzi var,
  • 1:43 - 1:44
    mən isə belə etmirəm.
  • 1:44 - 1:48
    Mənim ofisim gördüyünüz
    ən darıxdırıcı ofisdir.
  • 1:48 - 1:52
    Orada sakitlikdə təkcə otururam.
  • 1:52 - 1:54
    Pişiyim gəlib
  • 1:54 - 1:56
    qucağımda oturur.
  • 1:56 - 1:58
    Pişiyimin səsini eşitmək istəyirəm,
  • 1:58 - 2:01
    kompüterin ventilyator səsini yox.
  • 2:01 - 2:03
    KA: Bu, ecazkardır,
  • 2:03 - 2:05
    çünki bu qaydada işləyərək
  • 2:06 - 2:08
    siz belə böyük texnologiya imperiyasını
    idarə edə bilirsiniz.
  • 2:09 - 2:10
    Bu, bir imperiyadır --
  • 2:10 - 2:13
    açıq mənbə sisteminin uğurlu sübutudur.
  • 2:13 - 2:18
    Necə oldu ki, açıq mənbə fikrinə gəlib
    çıxdınız və beləliklə
  • 2:18 - 2:20
    Linuks yarandı?
  • 2:22 - 2:23
    LT: Mən hələ də tək işləyirəm.
  • 2:23 - 2:27
    Həqiqətən də -- çox vaxt
    hamam xalatımda, elə öz evimdə
  • 2:27 - 2:28
    tək işləyirəm.
  • 2:28 - 2:31
    Fotoqraf gələndə əynimi geyinirəm,
    bu fotoda ona görə
  • 2:31 - 2:32
    paltar geyinmişəm.
  • 2:32 - 2:33
    (Gülüş)
  • 2:33 - 2:35
    Mən həmişə belə işləmişəm.
  • 2:35 - 2:37
    Baxın, Linuks-a elə bu formada başladım.
  • 2:37 - 2:41
    Linuks əməkdaşlıq layihəsi deyildi.
  • 2:41 - 2:46
    Həmin zamanlar özüm üçün
    etdiyim çoxsaylı layihələrimdən
  • 2:46 - 2:50
    sadəcə biri idi.
  • 2:50 - 2:52
    Bir tərəfdən, son nəticəni almalı idim,
  • 2:52 - 2:54
    digər tərəfdən, sadəcə
    proqramlaşdırma aşiqi idim.
  • 2:54 - 2:59
    Artıq səyahətin sonu kimi bir şey idi,
  • 2:59 - 3:02
    hansı ki, 25 ildən sonra da
    gəlib o sona çatmamışıq.
  • 3:02 - 3:06
    Özümün bir layihəm üçün
    axtardığım bir şey var idi,
  • 3:06 - 3:10
    əlimin altında isə, əslində,
    açıq mənbə yox idi.
  • 3:10 - 3:12
    Görün nə baş verir ...
  • 3:13 - 3:17
    layihə böyüyür və
    bir göstəriş vasitəsi olur.
  • 3:19 - 3:23
    "Əntiqə! Görün, nə etdim!"
  • 3:23 - 3:25
    İnanın mənə -- təzə vaxtlar
    belə möhtəşəm deyildi.
  • 3:26 - 3:28
    Bunu ictimailəşdirdim, açıq etdim,
  • 3:28 - 3:30
    həmin vaxt hətta açıq mənbə də deyildi.
  • 3:30 - 3:35
    Həmin mənbə açıq idi, ancaq bu gün
    təkmilləşdirmək istədiyimiz
  • 3:35 - 3:40
    açıq mənbə metodologiyası niyyətimiz,
  • 3:40 - 3:42
    demək olar ki, yox idi.
  • 3:42 - 3:43
    Daha çox buna bənzəyirdi:
  • 3:43 - 3:46
    "Baxın, bunun üzərində
    yarım ildir ki, çalışıram.
  • 3:46 - 3:48
    Rəylərinizi öyrənmək istəyirəm."
  • 3:49 - 3:51
    Ətrafıma başqaları cəmləşdi.
  • 3:51 - 3:53
    Helsinki Universitetində
  • 3:53 - 3:57
    açıq mənbələrin birindən olan
    dostum var idi -- o zamanlar həmin mənbə
  • 3:57 - 4:00
    "ödənişsiz proqram təminatı"
    adlandırılırdı.
  • 4:00 - 4:05
    O adam mənə dedi ki,
    bu açıq-mənbə lisenziyalarını
  • 4:05 - 4:10
    istifadə edə bilərəm.
  • 4:12 - 4:14
    Bu barədə bir qədər fikirləşdim.
  • 4:14 - 4:18
    Əslində gələcək kommersiya maraqları
    məni narahat edirdi.
  • 4:18 - 4:22
    Yəni yeni işə başlamaq istəyənlər
    çox vaxt narahat olur ki,
  • 4:22 - 4:27
    kimsə onların gördüyü işdən
    istifadə edə bilər, düzdür?
  • 4:28 - 4:31
    Fikirləşdim: "Xeyir ola?"
  • 4:32 - 4:33
    Sonra --
  • 4:33 - 4:34
    KA: Sonra isə kimsə,
  • 4:34 - 4:37
    bəzi kodlarda kömək etdi
    və fikirləşdiniz ki:
  • 4:37 - 4:40
    "Necə də maraqlıdır,
    bunu heç fikirləşməmişdim.
  • 4:40 - 4:42
    Bu, işimizi inkişaf etdirə bilər."
  • 4:42 - 4:44
    LT: Bu, insanların kodlarla yox,
    daha çox ideyalarla
  • 4:44 - 4:47
    kömək etməsi ilə başladı.
  • 4:48 - 4:51
    Düşünün ki, layihəyə başqa birisi baxır
  • 4:51 - 4:54
    və digər məsələlərdə olduğu kimi,
  • 4:54 - 4:55
    kodlarda da belədir --
  • 4:55 - 4:59
    kimsə sizin koda maraq göstərəndə
    ona kifayət qədər diqqətlə,
  • 4:59 - 5:01
    sizə müəyyən fikir bildirəcək qədər baxır
  • 5:02 - 5:03
    və elə öz ideyalarını da deyir.
  • 5:03 - 5:05
    Bu mənim üçün böyük bir iş idi.
  • 5:05 - 5:08
    Onda 21 yaşım vardı, gənc idim,
  • 5:08 - 5:12
    ancaq demək olar ki, həyatımın yarısını
    proqramlaşdırma ilə keçirmişdim.
  • 5:12 - 5:16
    Əvvəlki layihələrim tamamilə şəxsi idi.
  • 5:16 - 5:19
    İnsanların rəy bildirməyə başlaması,
  • 5:19 - 5:23
    yazılan kodlara fikir bildirməyə başlaması
    mənim üçün bir yenilik idi.
  • 5:23 - 5:27
    Hətta onlar kodları geri verməzdən əvvəl,
  • 5:27 - 5:29
    ən böyük məqamlardan biri bu idi:
  • 5:29 - 5:31
    "Mən insanları sevirəm!" demişdim.
  • 5:31 - 5:32
    Səhv başa düşməyin --
  • 5:32 - 5:34
    O qədər də insansevər biri deyiləm.
  • 5:34 - 5:37
    (Gülüş)
  • 5:38 - 5:40
    Əslində insanları sevmirəm --
  • 5:40 - 5:41
    (Gülüş)
  • 5:41 - 5:43
    Kompüterləri isə sevirəm,
  • 5:43 - 5:45
    elektron poçtla ünsiyyət qurmağı sevirəm.
  • 5:45 - 5:48
    Çünki ortada bir sərhəd olur.
  • 5:48 - 5:55
    Lakin rəy bildirərək
    layihəmə qoşulan insanları sevirəm.
  • 5:55 - 5:57
    Onlar mənim layihəmə
    çox kömək etdilər.
  • 5:57 - 6:00
    KA: Heç elə bir an oldumu ki,
    qurulmaqda olan,
  • 6:00 - 6:02
    getdikcə uğur qazanan işinizə baxıb:
  • 6:02 - 6:06
    "Bir dəqiqə! Daha yaxşısını edə bilərik --
  • 6:06 - 6:09
    kənardan fikir bildirilən
    şəxsi layihə yox,
  • 6:09 - 6:13
    dünya texnologiyaları üçün
    partlayış ola biləcək bir layihə" dediniz?
  • 6:14 - 6:15
    LT: Əslində, yox.
  • 6:15 - 6:19
    Yəni mənim üçün əsas məsələ işin
    böyüklüyündə deyildi,
  • 6:19 - 6:21
    məhz kiçikliyində idi.
  • 6:22 - 6:25
    Mənim üçün tək olmamağım vacib idi,
  • 6:25 - 6:29
    ətrafımda 10, hətta 100 nəfər olsun --
  • 6:29 - 6:30
    bax, əsas məsələ bu idi.
  • 6:30 - 6:34
    Sonra hər şey tədricən baş verdi.
  • 6:34 - 6:38
    Mənim üçün 100 nəfərdən bir milyon nəfərə
    qədər artmaq elə də böyük bir iş deyil.
  • 6:38 - 6:40
    Yəni bəlkə də, elədir, əgər --
  • 6:40 - 6:41
    (Gülüş)
  • 6:41 - 6:43
    əgər hazırladığınızı satacaqsınızsa,
    bu, böyük bir işdir.
  • 6:43 - 6:45
    Səhv başa düşməyin.
  • 6:45 - 6:47
    Texnologiyaya maraq göstərirsinizsə
  • 6:47 - 6:49
    və layihə sizə maraqlıdırsa,
  • 6:49 - 6:51
    cəmiyyət ən böyük hədəfdir.
  • 6:51 - 6:52
    Sonra cəmiyyət də tədricən böyüyür.
  • 6:52 - 6:56
    "Bəh-bəh, uğurumuza bir bax!" -
  • 6:56 - 6:58
    dediyim vaxtlar da olmayıb.
  • 6:58 - 7:02
    Demək istəyirəm ki, bunun üçün
    çox uzun zaman keçdi.
  • 7:02 - 7:05
    KA: Bütün mütəxəssislər deyir ki,
  • 7:05 - 7:08
    siz onların iş metodunu dəyişdiniz.
  • 7:08 - 7:09
    Təkcə Linuks deyil,
  • 7:09 - 7:11
    proqram təminatı üçün
  • 7:11 - 7:15
    Git adlı idarəetmə sistemini
    misal çəkmək olar.
  • 7:15 - 7:18
    Bir az Git və
    oradakı rolunuz barədə danışın.
  • 7:18 - 7:20
    LT: Deməli, bir problemimiz var idi,
  • 7:20 - 7:23
    üzə çıxması çox vaxt apardı.
  • 7:23 - 7:25
    Siz ...
  • 7:26 - 7:31
    Düşünün, layihə üzərində işləyənlərin sayı
    10 və ya 100 nəfərdən
  • 7:31 - 7:33
    10,000 nəfərə qədər artanda --
  • 7:33 - 7:37
    qeyd edim ki, hər istehsal məhsulu üzrə
    1,000 nəfər əməkdaşımız çalışır --
  • 7:37 - 7:40
    hər iki aydan, yaxud
  • 7:40 - 7:44
    üç aydan bir.
  • 7:44 - 7:47
    O insanların bəziləri çox iş görmür.
  • 7:47 - 7:49
    Sadəcə xırda düzəlişlər edən
    insanların sayı çoxdur.
  • 7:49 - 7:52
    Bunu gəlişdirmək üçün isə dəstək sistemini
  • 7:52 - 7:55
    genişləndirmək lazımdır.
  • 7:55 - 7:57
    Bu bizim üçün çox gərgin proses oldu.
  • 7:59 - 8:05
    Yalnız mənbə kodlarını idarə edən
    bir çox layihə var.
  • 8:05 - 8:09
    CVS həmin vaxtlar
    ən geniş yayılmış layihə idi,
  • 8:09 - 8:12
    mən isə CVS-i əslində sevmirdim, onunla
    işləməkdən imtina etdim,
  • 8:13 - 8:16
    bir qədər fərqli və maraqlı işi,
  • 8:16 - 8:18
    digərlərinin sevmədiyi
    bir işi görməyə çalışdım.
  • 8:19 - 8:20
    KA: (Gülür)
  • 8:20 - 8:22
    LT: Sonda elə bir nöqtəyə gəlib çatdıq ki,
  • 8:23 - 8:25
    layihədə minlərlə insan iştirak
    etmək istədi, lakin bu,
  • 8:25 - 8:30
    sırf mənim üçün dönüş nöqtəsi idi,
  • 8:30 - 8:33
    mən başa düşməmişdim ki,
  • 8:33 - 8:36
    bu qədər insanla işləməyi bacara bilərəm.
  • 8:36 - 8:38
    Git yalnız birinci layihəmi dəstəkləyən
  • 8:38 - 8:43
    ikinci böyük layihəm oldu.
  • 8:43 - 8:46
    Bax, mən belə işləyirəm.
  • 8:46 - 8:48
    Kodu ona görə yazmıram ki --
  • 8:48 - 8:50
    yəni kodu əyləncə üçün yazıram --
  • 8:50 - 8:52
    lakin hansısa vacib bir işə
    kod yazmaq istəyirəm,
  • 8:52 - 8:56
    reallaşdırdığım hər bir layihə
    mənim ehtiyacım olan
  • 8:56 - 8:58
    bir işə çevrilsin və --
  • 8:58 - 9:01
    KA: Əslində həm Linuks, həm də Git
  • 9:01 - 9:04
    sizin çoxlu insanla işləməmək istəyinizdən
  • 9:04 - 9:06
    meydana gəldi.
  • 9:06 - 9:08
    LT: Bəli, tamamilə.
  • 9:08 - 9:09
    (Gülüş)
  • 9:09 - 9:10
    KA: Heyrətamizdir!
    LT: Bəli.
  • 9:10 - 9:12
    (Alqış)
  • 9:12 - 9:15
    Siz texnologiyanı bir dəfə deyil,
  • 9:15 - 9:17
    iki dəfə dəyişən birisiniz,
  • 9:17 - 9:19
    bunu başa düşməyə çalışmalıyıq.
  • 9:19 - 9:21
    Bir neçə açar sözünü dediniz, lakin ...
  • 9:21 - 9:26
    Bax bu şəkildə uşaqsınız,
    Rubik kubunu yığırsınız.
  • 9:26 - 9:30
    Dediniz ki, 10-11
    yaşından proqramlaşdırırsınız,
  • 9:30 - 9:31
    həyatınızın az qala yarısını.
  • 9:31 - 9:35
    Kompüter dahisi idinizmi?
  • 9:35 - 9:37
    Məktəbdə hər şeyi bacaran ulduz idinizmi?
  • 9:37 - 9:39
    Necə bir uşaq olmusunuz?
  • 9:40 - 9:43
    LT: Məncə, uşaqlıqda kompüter fanatı idim.
  • 9:43 - 9:44
    Yəni həmin dövrlərdə də
  • 9:45 - 9:47
    insanlarla ünsiyyəti sevmirdim.
  • 9:47 - 9:50
    Şəkildə gördüyünüz kiçik qardaşımdır.
  • 9:50 - 9:53
    Rubik kubu mənə qardaşımdan
  • 9:53 - 9:54
    daha maraqlı gəlirdi.
  • 9:54 - 9:55
    (Gülüş)
  • 9:55 - 9:58
    Kiçik bacım isə (şəkildə yoxdur)
  • 9:58 - 10:01
    ailə yığıncaqlarımız olanda --
  • 10:01 - 10:05
    bizim ailə böyük deyildi, bir neçə yaxın
    qohum uşaqları
  • 10:05 - 10:07
    var idi -- kiçik bacım məni
    əvvəlcədən hazırlayardı.
  • 10:07 - 10:10
    Mən otağa girməzdən əvvəl deyərdi:
  • 10:10 - 10:13
    "Bax, belə, belə ..."
  • 10:14 - 10:16
    Çünki mən --
  • 10:16 - 10:17
    mən sıxıcı idim.
  • 10:17 - 10:19
    Mənim marağım kompüterlərə,
  • 10:19 - 10:20
    riyaziyyata,
  • 10:20 - 10:21
    fizikaya idi.
  • 10:21 - 10:22
    Mən bunu bacarırdım.
  • 10:22 - 10:25
    Tamamilə fərqli uşaq olduğumu
    deyə bilmərəm.
  • 10:26 - 10:28
    Əslində bacım deyirdi ki,
  • 10:28 - 10:35
    ən böyük fərqli cəhətim
    ruhdan düşməməyimdir.
  • 10:36 - 10:38
    KA: Gəlin elə bundan
    danışaq, çox maraqlıdır.
  • 10:38 - 10:39
    Ruhdan düşmürsünüz.
  • 10:39 - 10:42
    Əsas məsələ dahi və ağıllı olmaqda yox,
  • 10:42 - 10:45
    inadkar olmaqdadır, düzdür?
  • 10:45 - 10:47
    LT: Bəli, inadkarlıqdadır.
  • 10:47 - 10:48
    Hansısa bir işə başlayırsan
  • 10:49 - 10:51
    və demirsən ki,
  • 10:51 - 10:57
    "Hə, bunu etdim, keçim başqa bir işə" --
  • 10:57 - 10:58
    Baxın: "Günəş çıxıb!"
  • 10:59 - 11:02
    Bunu həyatımın
    digər sahələrində də görürəm.
  • 11:03 - 11:07
    Yeddi il Silikon vadisində yaşadım.
  • 11:07 - 11:11
    Orada bir şirkətdə işlədim --
  • 11:11 - 11:13
    bütün o vaxtı.
  • 11:13 - 11:14
    Kim görüb belə bir şey?!
  • 11:15 - 11:17
    Silikon vadisində isə belə deyil.
  • 11:17 - 11:21
    Orada insanlar yeni şeylər yoxlamaq üçün
  • 11:21 - 11:23
    bu işdən o işə keçir.
  • 11:23 - 11:25
    Mən isə belə insanlardan deyiləm.
  • 11:25 - 11:28
    KA: Lakin Linuks-u ilk vaxtlar yaradarkən
  • 11:28 - 11:32
    sizin inadkarlığınız bəzən
    digərləri ilə mübahisəyə səbəb olurdu.
  • 11:32 - 11:34
    Bir az bu barədə danışın.
  • 11:34 - 11:40
    İşin keyfiyyətli olması üçün
    inadkarlıq lazım idimi?
  • 11:40 - 11:42
    Baş verənləri necə təsvir edərdiniz?
  • 11:42 - 11:44
    LT: Düşünmürəm ki, bu, vacibdir.
  • 11:45 - 11:48
    "Sosial insan deyiləm" fikrinə qayıtsaq,
  • 11:48 - 11:50
    mən bəzən də ...
  • 11:52 - 11:54
    insan hislərinə gəldikdə,
  • 11:54 - 11:57
    "uzaqgörən" deyiləm,
    bəzən elə bir şey deyirəm ki,
  • 11:58 - 12:03
    digərlərinin xətrinə dəyir.
  • 12:03 - 12:07
    Mən bununla heç də fəxr etmirəm.
  • 12:07 - 12:08
    (Alqış)
  • 12:08 - 12:10
    Lakin bəziləri deyirlər ki,
  • 12:11 - 12:14
    insanlarla nəzakətli davranmalısan.
  • 12:15 - 12:20
    Onlara başa salmağa çalışıram ki,
    əslində sən nəzakətlisən,
  • 12:20 - 12:23
    bəlkə də, bir az aqressiv olmalısan,
  • 12:23 - 12:26
    o zaman məni nəzakətsiz qəbul edirlər.
  • 12:26 - 12:28
    (Gülüş)
  • 12:28 - 12:31
    Demək istəyirəm ki, hamımız fərqliyik.
  • 12:31 - 12:32
    Sosial birisi deyiləm;
  • 12:32 - 12:35
    bununla fəxr də etmirəm,
  • 12:35 - 12:36
    ancaq mən beləyəm.
  • 12:36 - 12:39
    Açıq mənbələri ona görə sevirəm ki,
  • 12:39 - 12:45
    fərqli insanlara birlikdə
    işləmək imkanı verir.
  • 12:45 - 12:46
    Bir-birimizi bəyənməyə məcbur deyilik --
  • 12:46 - 12:49
    bir-birimizi, həqiqətən, heç sevmirik də.
  • 12:49 - 12:52
    Yəni bəzən çox qızğın mübahisələr də olur.
  • 12:52 - 12:55
    Lakin elə məsələlər olur ki,
  • 12:56 - 12:59
    sadəcə öz fikrinizdə qalmırsınız,
  • 12:59 - 13:02
    tamamilə başqa mövzularla maraqlanırsınız.
  • 13:02 - 13:05
    Əvvəl dediyimə qayıtsaq,
  • 13:05 - 13:09
    kommersiya məqsədi güdənlərin
    sui-istifadəsindən qorxuram,
  • 13:09 - 13:11
    tez bir zamanda aydın oldu ki,
  • 13:12 - 13:14
    əslində həmin insanlar olduqca yaxşıdır.
  • 13:15 - 13:18
    Onlar elə işlər görürdü ki,
    mənə tamamilə maraqsız idi,
  • 13:18 - 13:20
    onların hədəfi də tam fərqli idi.
  • 13:20 - 13:26
    Onlar açıq mənbələrdən mənə maraqsız olan
    yerlərdə istifadə edirdilər.
  • 13:26 - 13:28
    Məhz açıq mənbə olduğundan
    onlar belə edə bilirdi.
  • 13:28 - 13:30
    Nəticə də möhtəşəm olurdu.
  • 13:30 - 13:32
    Məncə, elə bu cür də işləməlidir.
  • 13:32 - 13:36
    Bizə ünsiyyətcil, kommunikator, gülərüz
  • 13:36 - 13:37
    və mehriban insanlar lazımdır.
  • 13:37 - 13:39
    Hansı ki --
  • 13:39 - 13:40
    (Gülüş)
  • 13:40 - 13:43
    sizi qucaqlamaq və komandaya
    daxil olmağınızı istəyirlər.
  • 13:43 - 13:45
    Amma hamı belə deyil.
  • 13:45 - 13:46
    Məsələn, mən belə deyiləm.
  • 13:46 - 13:48
    Mənim dərdim texnologiyadır.
  • 13:48 - 13:50
    Bəzilərinin işi istifadəçi interfeysidir.
  • 13:50 - 13:53
    Həyatımı xilas etmək üçün belə
    interfeys dizaynı etmərəm.
  • 13:53 - 13:56
    Yəni kimsəsiz bir adada qalsaydım
  • 13:56 - 13:59
    və tək çıxış yolum yaxşı bir
    interfeys dizaynı etmək olsa idi,
  • 13:59 - 14:01
    elə oradaca ölərdim.
  • 14:01 - 14:02
    (Gülüş)
  • 14:02 - 14:04
    Demək istəyirəm ki, insanlar fərqlidir.
  • 14:04 - 14:07
    Özümə haqq qazandırmıram,
    izah etməyə çalışıram.
  • 14:07 - 14:08
    KA: Ötən həftə danışdıqda siz
  • 14:08 - 14:11
    digər xüsusi bir cəhətinizi qeyd etdiniz
  • 14:11 - 14:13
    və mənə çox maraqlı gəldi.
  • 14:13 - 14:14
    Kod yazma stili.
  • 14:14 - 14:16
    Bir neçə şəkil hazırlamışam.
  • 14:16 - 14:20
    Bu gördüyünüz o qədər də yaxşı stili
    olmayan kod nümunəsidir,
  • 14:20 - 14:23
    bax burda isə yaxşı kod stili var,
  • 14:23 - 14:25
    o dəqiqə görünür.
  • 14:25 - 14:27
    Bu ikisinin fərqi nədir?
  • 14:29 - 14:30
    LT: Bu --
  • 14:30 - 14:33
    Bu zalda oturanlardan neçə nəfər
    nə vaxtsa kod yazıb?
  • 14:34 - 14:35
    KA: Aman Allahım!
  • 14:35 - 14:36
    LT: Sizi əmin edirəm,
  • 14:36 - 14:38
    əl qaldıranların hər biri
  • 14:38 - 14:41
    biristiqamətli əlaqəli
    siyahı ilə qarşılaşıb.
  • 14:41 - 14:43
    Burada öyrənirik ki, birinci nümunə
  • 14:43 - 14:47
    yaxşı kod stili deyil,
    proqramlaşdırmaya başladığımız
  • 14:47 - 14:51
    ilk vaxtlarda bunu bizə öyrədirlər.
  • 14:51 - 14:53
    Həmin kodu başa düşməyə məcbur deyilsiniz.
  • 14:53 - 14:55
    Mənim üçün ən maraqlısı,
  • 14:55 - 14:57
    sonuncu if operatorudur.
  • 14:59 - 15:01
    Biristiqamətli əlaqəli siyahıda nə olur --
  • 15:01 - 15:05
    siyahıdan mövcud qeydi silməyə çalışır --
  • 15:05 - 15:09
    onun birinci qeyd olması,
  • 15:09 - 15:11
    yaxud orta qeyd olması arasında fərq var.
  • 15:11 - 15:12
    Çünki birinci qeyd olarsa,
  • 15:12 - 15:15
    göstəricini birini qeydə
    dəyişməlisiniz.
  • 15:15 - 15:17
    Ortadadırsa,
  • 15:17 - 15:19
    əvvəlki qeydin göstəricisini
    dəyişməli olacaqsınız.
  • 15:19 - 15:21
    Beləliklə, iki tam fərqli hal var.
  • 15:21 - 15:22
    KA: Bu daha yaxşıdır.
  • 15:22 - 15:24
    LT: Bəli.
  • 15:24 - 15:26
    Burada if operatoru yoxdur.
  • 15:27 - 15:29
    Əslində, heç vacib də deyil --
  • 15:29 - 15:32
    orada if-in niyə olmadığını başa
    düşməyinizi istəmirəm,
  • 15:32 - 15:33
    istəyirəm başa düşəsiniz ki,
  • 15:33 - 15:36
    bəzən problemə fərqli yanaşmaq
  • 15:36 - 15:39
    və elə kod yazmaq olar ki,
    xüsusi hal aradan qalxsın
  • 15:39 - 15:41
    və normal hala çevrilsin.
  • 15:41 - 15:43
    Bax bu, yaxşı koddur.
  • 15:43 - 15:45
    Amma sadə koddur.
  • 15:45 - 15:46
    Bu, CS 101-dir.
  • 15:46 - 15:49
    Detalları vacib olsa da, bu,
    özü-özlüyündə vacib deyil.
  • 15:50 - 15:54
    Mənim üçün birlikdə işlədiyim
    insanların ən vacib xüsusiyyəti
  • 15:54 - 15:57
    onların kod stilləridir, hansı ki ...
  • 15:57 - 15:59
    Sizə bu axmaq nümunəni göndərmişəm,
  • 15:59 - 16:01
    uyğun deyil, çünki hədsiz kiçikdir.
  • 16:02 - 16:04
    Yaxşı kod stili isə bundan daha genişdir.
  • 16:04 - 16:08
    Yaxşı kod stili böyük
    qanunauyğunluqları görmək
  • 16:08 - 16:12
    və nəyin doğru olacağını
    instinktiv şəkildə bilməkdir.
  • 16:12 - 16:15

    KA: Deməli, kartlar bir-bir yerinə oturur.
  • 16:16 - 16:17
    Proqramçılara lazım olan
  • 16:18 - 16:20
    fərqli bir kod stiliniz var.
  • 16:20 - 16:22
    Siz --
  • 16:22 - 16:23
    (Gülüş)
  • 16:23 - 16:26
    LT: Məncə, elə bu zaldakıların
    bəzilərinə də lazımdır.
  • 16:28 - 16:31
    KA: Çox ağıllı kod ustasısınız
  • 16:31 - 16:33
    və son dərəcə inadkarsınız.
  • 16:34 - 16:35
    Yenə də başqa bir şey olmalıdır.
  • 16:35 - 16:37
    Yəni, gələcəyi dəyişmisiniz.
  • 16:37 - 16:40
    İnanıram ki, uzaqgörən
    düşüncəyə sahibsiniz.
  • 16:40 - 16:41
    Elədir?
  • 16:41 - 16:44
    LT: Sözün düzü, son iki gündür,
  • 16:44 - 16:46
    TED-də özümü narahat hiss edirəm.
  • 16:46 - 16:49
    çünki gələcək barədə
    o qədər danışılır ki ... Düzdür?
  • 16:49 - 16:50
    Uzaqgörən birisi deyiləm.
  • 16:50 - 16:53
    Beşillik planım da yoxdur.
  • 16:53 - 16:54
    Sadəcə mühəndisəm.
  • 16:54 - 16:55
    Mənim, həqiqətən də,
  • 16:55 - 16:58
    ətrafda gəzişərək səmaya
    və ulduzlara baxıb
  • 16:58 - 17:00
    "ora getmək istəyirəm," - deyən insanlarla
  • 17:00 - 17:03
    heç bir problemim yoxdur.
  • 17:03 - 17:05
    Mən sadəcə yerə baxıram
  • 17:05 - 17:08
    və yıxılmadan əvvəl önümdəki çuxuru
  • 17:08 - 17:09
    təmir edirəm.
  • 17:09 - 17:11
    Mən bu cür insanam.
  • 17:11 - 17:12
    (Təsdiqləyici alqış)
  • 17:12 - 17:13
    (Alqış)
  • 17:13 - 17:17
    KA: Ötən həftə siz bu iki şəxs barədə
    mənimlə danışdınız.
  • 17:17 - 17:20
    Onlar kimdir, onlarla bağlılığınız nədir?
  • 17:20 - 17:24
    LT: Bu, bir növ texnoloji klişedir:
  • 17:24 - 17:26
    Tesla və Edison arasındakı
    müqayisəni deyirəm,
  • 17:26 - 17:31
    Teslaya uzaqgörən və ideyalarla dolu
    elm adamı kimi baxırlar.
  • 17:31 - 17:34
    Buna görə insanlar Teslanı sevirlər.
  • 17:34 - 17:37
    Öz şirkətinin adını "Tesla" qoyanlar var.
  • 17:37 - 17:38
    (Gülüş)
  • 17:39 - 17:42
    O biri şəxs Edisondur,
  • 17:42 - 17:46
    onu çox vaxt sıxıcı olduğu üçün
    günahlandırırlar
  • 17:46 - 17:47
    və --
  • 17:47 - 17:50
    Onun ən məşhur deyimi belədir:
  • 17:50 - 17:55
    "Dahiliyin bir faizi ilhamdırsa,
    99 faizi zəhmətdir".
  • 17:55 - 17:57
    İnsanlar onu sevməsə də,
  • 17:57 - 17:59
    mən Edisonun tərəfindəyəm.
  • 17:59 - 18:02
    Çünki, əgər ikisini də müqayisə etsək,
  • 18:02 - 18:07
    indi Tesla məşhurdur, sevilir,
  • 18:07 - 18:09
    ancaq onlardan hansı dünyanı dəyişib?
  • 18:10 - 18:13
    Ola bilsin ki, Edison nəzakətsiz olub,
  • 18:13 - 18:16
    o, çox şey edib --
  • 18:16 - 18:19
    ola bilsin ki, çox da intellektual
  • 18:19 - 18:21
    və ya uzaqgörən deyildi.
  • 18:21 - 18:25
    Ancaq düşünürəm ki, mən daha çox
    Edisonun tərəfindəyəm.
  • 18:26 - 18:28
    KA: Bu həftə TED-də mövzumuz arzulardır --
  • 18:28 - 18:30
    böyük, dərin və məğrur arzular.
  • 18:30 - 18:31
    Siz həqiqətən də padzəhərsiniz.
  • 18:31 - 18:33
    LT: Bir az azaltmağa çalışıram, bəli.
  • 18:33 - 18:35
    KA: Əla.
  • 18:35 - 18:36
    (Gülüş)
  • 18:36 - 18:37
    Razıyıq, əlbəttə ki.
  • 18:39 - 18:42
    Google və digər bir çox şirkət
    sizin proqram təminatınızdan
  • 18:42 - 18:44
    milyardlarla dollar vəsait qazanıb.
  • 18:44 - 18:45
    Bu, sizi qıcıqlandırır?
  • 18:45 - 18:46
    LT: Əsla.
  • 18:46 - 18:49
    Bir neçə səbəbə görə məni qıcıqlandırmır.
  • 18:49 - 18:51
    Əvvəla, mən yaxşıyam.
  • 18:51 - 18:52
    Hər şeyim var.
  • 18:53 - 18:55
    Ancaq başqa bir səbəb odur ki --
  • 18:55 - 19:00
    açıq mənbələr və bütün bunlar olmadan
  • 19:00 - 19:02
    Linuks hazırkı vəziyyətə gələ bilməzdi.
  • 19:02 - 19:07
    Bu həm ictimai nitq kimi həzz almadığım təcrübələr verdi,
  • 19:07 - 19:09
    həm də təcrübədir.
  • 19:09 - 19:11
    İnanın mənə.
  • 19:11 - 19:16
    Mən bir çox şeylə xoşbəxt ola bilirəm
  • 19:16 - 19:19
    və düzgün seçimlər etdiyimi düşünürəm.
  • 19:19 - 19:21
    KA: Açıq mənbə ideyası --
  • 19:21 - 19:23
    bununla da yekunlaşdırırıq --
  • 19:23 - 19:27
    bu ideya hazırda dünyada
    tam reallaşdırılırmı?
  • 19:27 - 19:30
    Yoxsa düşünürsünüz ki,
  • 19:30 - 19:32
    daha böyük işlər görülə bilər?
  • 19:33 - 19:35
    LT: Əslində, bu mövzuda iki fikrim var.
  • 19:35 - 19:39
    Açıq mənbənin kodda belə yaxşı
    işləməsinin bir səbəbi odur ki,
  • 19:40 - 19:42
    ən son nəticə kimi,
  • 19:42 - 19:45
    kod ya ağdır, ya da qara --
    ya düzdür, ya da səhv.
  • 19:45 - 19:49
    Çox vaxt qərar vermək asan olur,
  • 19:49 - 19:53
    düzgün etmisən, yoxsa səhv etmisən.
  • 19:53 - 19:56
    Kod ya işləyir, ya da işləmir,
  • 19:56 - 20:00
    yəni cəfəngiyata yer qalmır.
  • 20:00 - 20:04
    Buna baxmayaraq, biz hələ də
    mübahisə edirik.
  • 20:04 - 20:06
    Digər sahələrdə --
  • 20:06 - 20:10
    məsələn, insanlar açıq siyasət və ya
    başqa şey barədə danışır --
  • 20:10 - 20:13
    və bəzən deyə bilmirik ki, bəli,
  • 20:13 - 20:16
    həmin o prinsipləri digər sahələrdə də
    tətbiq etmək olar.
  • 20:17 - 20:22
    Çünki qara və ağ sadəcə boza deyil,
  • 20:22 - 20:24
    digər rənglərə də çevrilir.
  • 20:24 - 20:29
    Hazırda açıq mənbə elmdə geri dönüş edir.
  • 20:29 - 20:30
    Elm ondan əvvəl meydana gəlib.
  • 20:30 - 20:34
    Lakin elm çox bahalı jurnallar və başqa vasitələrlə
  • 20:34 - 20:37
    bağlı bir sahəyə çevrilmişdir.
  • 20:37 - 20:42
    Açıq mənbə isə elmi arxiv və açıq jurnallar kimi vasitələrlə
  • 20:42 - 20:45
    yenə açıq elan edir,
  • 20:47 - 20:49
    Vikipediya da dünyanı dəyişdi.
  • 20:49 - 20:51
    Başqa nümunələr də var,
  • 20:51 - 20:52
    əminəm ki, yeniləri də olacaq.
  • 20:54 - 20:55
    KA: Amma uzaqgörən deyilsiniz,
  • 20:55 - 20:57
    onların adını çəkə bilməzsiniz.
  • 20:57 - 20:58
    LT: Xeyr.
  • 20:58 - 20:59
    (Gülüş)
  • 20:59 - 21:01
    Bu, sizin işinizdir, dostlar, düzdür?
  • 21:01 - 21:03
    KA: Haqlısınız.
  • 21:03 - 21:04
    Linus Torvalds,
  • 21:04 - 21:06
    Linuks-a, İnternetə,
  • 21:06 - 21:08
    Android telefonlara görə sağ olun.
  • 21:08 - 21:11
    TED-ə gəlib səmimi danışdığınıza görə
    sizə minnətdaram.
  • 21:11 - 21:12
    LT: Təşəkkür edirəm.
  • 21:12 - 21:17
    (Alqış)
Title:
Linuks-un arxasındakı zəka
Speaker:
Linus Torvalds
Description:

Linus Torvalds texnologiyanı iki dəfə dəyişmişdir -- birinci dəfə İnterneti dəstəkləyən Linuks kernel ilə, ikinci dəfə isə dünyadakı bütün proqramçılar tərəfindən istifadə edilən mənbə kodlarının idarə edilməsi sistemi -- Git ilə. TED Kuratoru Kris Anderson ilə təsadüfi müsahibə zamanı Torvalds özünün iş, mühəndislik və həyat barədə unikal fəlsəfəsinə təkan verən fərdi xarakteristikaları açıq bir şəkildə müzakirə edir. "Mən xəyalpərəst deyiləm, mühəndisəm," - deyə Torvalds bildirir. "Gəzişərək sadəcə buludları seyr edən insanları görməkdən olduqca məmnunam... Lakin mən özüm yerə baxıram və yıxılmazdan əvvəl qarşımda olan çuxurları düzəltmək istəyirəm".

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
21:30
Ziyaddin Sadigov approved Azerbaijani subtitles for The mind behind Linux
Ziyaddin Sadigov accepted Azerbaijani subtitles for The mind behind Linux
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for The mind behind Linux
Rasim Yusifov edited Azerbaijani subtitles for The mind behind Linux
Rasim Yusifov edited Azerbaijani subtitles for The mind behind Linux
Ziyaddin Sadigov rejected Azerbaijani subtitles for The mind behind Linux
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for The mind behind Linux
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for The mind behind Linux
Show all

Azerbaijani subtitles

Revisions