Return to Video

"Ruh"a malik robotlar

  • 0:01 - 0:03
    Mənim işim insanlarla ünsiyyət quran
  • 0:03 - 0:05
    robotları modelləşdirmək, qurmaq və öyrənməkdir.
  • 0:05 - 0:07
    Amma bu hekayə heç də robotlaşdırma ilə deyil,
  • 0:07 - 0:09
    animasiya ilə başlayır.
  • 0:09 - 0:11
    İlk dəfə Pixar-ın "Luxo Jr"-ini gördükdə
  • 0:11 - 0:13
    məni stolüstü lampa kimi önəmsiz
  • 0:13 - 0:15
    bir əşyaya bu qədər emosiya verməyin
  • 0:15 - 0:17
    mümkün olması heyrətləndirdi.
  • 0:17 - 0:19
    Bir onlara baxın -- bu filmin sonunda
  • 0:19 - 0:22
    sən, həqiqətən də, iki mebel əşyası barədə nə isə hiss edirsən.
  • 0:22 - 0:24
    (Gülüş)
  • 0:24 - 0:26
    Və mən dedim: Bunu necə etdiklərini öyrənməliyəm.
  • 0:26 - 0:29
    Beləliklə, mən, həqiqətən də, pis bir karyera qərarı qəbul etdim.
  • 0:29 - 0:32
    Və bunu edəndə anam belə görünürdü.
  • 0:32 - 0:34
    (Gülüş)
  • 0:34 - 0:36
    Mən İsraildə xoş bir proqram təminatı şirkətində
  • 0:36 - 0:38
    rahat texnik işimi tərk edərək animasiyanı öyrənmək üçün
  • 0:38 - 0:39
    Nyu-Yorka köçdüm.
  • 0:39 - 0:41
    Və orada mən
  • 0:41 - 0:44
    Harlemdə, çökən bir binada otaq yoldaşlarımla birgə yaşadım.
  • 0:44 - 0:45
    Mən bu ifadəni məcazi mənada işlətmirəm,
  • 0:45 - 0:47
    oturduğumuz otaqda tavan, həqiqətən də,
  • 0:47 - 0:48
    bir gün çökdü.
  • 0:48 - 0:51
    Nyu-Yorkda tikinti pozuntuları barədə bütün reportajlar
  • 0:51 - 0:53
    bizim binanın qarşısında çəkilirdi.
  • 0:53 - 0:57
    Vəziyyətin necə pis olduğunu göstərən pərdə arxası kimi.
  • 0:57 - 0:59
    Nə isə, gün boyu mən məktəbə gedirdim və gecələr
  • 0:59 - 1:02
    oturur, karandaşla kadrbakadr animasiyalar çəkirdim.
  • 1:02 - 1:05
    Və mən iki təəccüb doğuran nəticə çıxardım --
  • 1:05 - 1:07
    onlardan biri bu idi ki,
  • 1:07 - 1:09
    sən hisləri oyatmaq istədikdə
  • 1:09 - 1:11
    bir şeyin necə göründüyü elə də vacib deyil,
  • 1:11 - 1:13
    bütün məsələ harəkətdə -- əşyanın necə hərəkət etməsinin
  • 1:13 - 1:15
    zamanlanmasındadır.
  • 1:15 - 1:18
    Və ikinci, bizə müəllimlərimizdən birinin dediyi bir şey idi.
  • 1:18 - 1:20
    O, "Buz dövrü"-ndəki gəlinciyi hazırlamışdı.
  • 1:20 - 1:22
    Və o demişdi:
  • 1:22 - 1:25
    "Bir animator kimi siz, rejissor deyil, aktyorsunuz."
  • 1:25 - 1:28
    Beləliklə, əgər siz personaj üçün düzgün hərəkəti tapmaq istəyirsinizsə,
  • 1:28 - 1:30
    bu barədə fikirləşməyin, onu tapmaq üçün öz vücudunuzdan istifadə edin --
  • 1:30 - 1:32
    güzgü qarşısında durun, bunu kamera
  • 1:32 - 1:34
    qarşısında oynayın -- hər nə lazımdırsa edin.
  • 1:34 - 1:36
    Və sonra bunu öz personajınıza geri verin.
  • 1:36 - 1:39
    Bir il sonra mən MİT-də
  • 1:39 - 1:41
    robotlaşdırılmış həyat qrupunda idim, hansı ki, insanlarla robotlar
  • 1:41 - 1:43
    arasında münasibəti öyrənən ilk qruplardan biri idi.
  • 1:43 - 1:45
    Və mən hələ də həqiqi, fiziki mövcud
  • 1:45 - 1:48
    Luxo Jr. lampası hazırlamağı arzulayırdım.
  • 1:48 - 1:50
    Amma mən bu nəticəyə gəldim ki, robotlar heç də
  • 1:50 - 1:51
    mənim animasiyanı öyrənərkən öyrəşdiyim cəlbedici
  • 1:51 - 1:53
    tərzdə hərəkət etmirlər.
  • 1:53 - 1:55
    Əvəzində, onlar hamısı --
  • 1:55 - 1:57
    necə deyə bilərəm, onlar hamısı "robot kimi" idilər.
  • 1:57 - 1:59
    (Gülüş)
  • 1:59 - 2:03
    Və mən fikirləşdim ki, görəsən, mən animasiya məktəbində öyrəndiyim hər şeyi götürsəm
  • 2:03 - 2:05
    və bunları öz robotik stolüstü lampamı hazırlamağa tətbiq etsəm necə olar?
  • 2:05 - 2:08
    Beləliklə, mən bu robotu
  • 2:08 - 2:09
    mümkün olduqca incə və cəlbedici etmək
  • 2:09 - 2:12
    üçün hissəbəhissə tərtib etdim.
  • 2:12 - 2:14
    Və burada siz məni robotla iş masası üzərində
  • 2:14 - 2:16
    ünsiyyət qurarkən görürsünüz.
  • 2:16 - 2:18
    Və mən, həqiqətən də, robotu özünün xəbəri olmadan
  • 2:18 - 2:20
    yenidən layihələşdirirəm.
  • 2:20 - 2:22
    Beləcə, o, mənə kömək etməklə öz qəbrini qazır.
  • 2:22 - 2:24
    (Gülüş)
  • 2:24 - 2:26
    Mən bunun mənə işıq verən
  • 2:26 - 2:28
    mexaniki strukturdan
  • 2:28 - 2:31
    daha faydalı olmasını istəyirdim; sənə lazım olduqda
  • 2:31 - 2:34
    burada olan və çox da müdaxilə etməyən bir əlaltı kimi.
  • 2:34 - 2:36
    Məsələn, mən tapa bilmədiyim
  • 2:36 - 2:37
    batareyanı axtaranda,
  • 2:37 - 2:42
    o, mənə batareyanın harada olduğunu hiss edilməyən bir tərzdə göstərsin.
  • 2:42 - 2:44
    Siz burada mənim çaşqınlığımı görə bilərsiniz.
  • 2:44 - 2:49
    Mən aktyorluq etmirəm.
  • 2:49 - 2:50
    Və mən qeyd etmək istərdim ki,
  • 2:50 - 2:52
    eyni mexaniki struktur hərəkət tərzindən asılı olaraq,
  • 2:52 - 2:55
    kübar və şəfqətli gründüyü kimi,
  • 2:55 - 2:58
    sərt və antoqonistcə də görünə bilər.
  • 2:58 - 3:02
    Və bu, eyni strukturdur, sadəcə hərəkət fərqlidir.
  • 3:07 - 3:13
    Aktyor: "Sən bilmək istəyirsən?
    Sən nə isə bilmək istəyirsən?
  • 3:13 - 3:14
    O, artıq ölü idi!
  • 3:14 - 3:18
    Gözləri tutqun, hərəkətsiz uzanmısdı!"
  • 3:18 - 3:19
    (Gülüş)
  • 3:19 - 3:23
    Lakin cazibədar tərzdə hərəkət etmək insan-robot ünsiyyəti
  • 3:23 - 3:24
    adlanan vahid bir sistemin sadəcə bir parçasıdır.
  • 3:24 - 3:26
    Mən Ph.D. işimi hazırlayarkən
  • 3:26 - 3:28
    insanla robotların bir qrup kimi işləmələri üzərində çalışırdım.
  • 3:28 - 3:30
    Burada insanlar və robotlardan ibarət komandalar birlikdə işləyirdilər.
  • 3:30 - 3:31
    Mən komanda işinin mühəndislik,
  • 3:31 - 3:34
    psixoloji və fəlsəfi tərəflərini öyrənirdim.
  • 3:34 - 3:36
    Eyni zamanda mən özüm də
  • 3:36 - 3:37
    yaxşı bir dostum ilə bir komandada işləyirdim,
  • 3:37 - 3:40
    kim ki, hal-hazırda buradadır.
  • 3:40 - 3:42
    Və o vəziyyətdə biz asanlıqla robotların
  • 3:42 - 3:44
    yaxın gələcəkdə orada, bizimlə birgə təsəvvür edə bilərik.
  • 3:44 - 3:46
    Pasxa naharından sonra
  • 3:46 - 3:48
    biz çoxlu qatlanabilən stulları yerbəyer edirdik
  • 3:48 - 3:51
    və bizim necə tez öz ritmimizi tapmamız məni təəccübləndirdi.
  • 3:51 - 3:53
    Hər kəs öz işini görürdü.
  • 3:53 - 3:54
    Biz öz tapşırıqlarımızı bölməli olmadıq.
  • 3:54 - 3:56
    Biz bu barədə nitqlə ünsiyyət qurmalı da olmadıq.
  • 3:56 - 3:58
    Hər şey öz-özünə baş verirdi.
  • 3:58 - 3:59
    Və mən fikirləşdim:
  • 3:59 - 4:01
    İnsanlar və robotlar heç də belə görünmürlər.
  • 4:01 - 4:02
    İnsanlar və robotların qarşılıqlı əlaqəsi
  • 4:02 - 4:03
    daha çox şahmat oyununu xatırladır.
  • 4:03 - 4:05
    İnsan ilk addım atır,
  • 4:05 - 4:07
    robot insanın nə etdiyini analiz edir,
  • 4:07 - 4:08
    daha sonra nə edəcəyini qərara alır,
  • 4:08 - 4:09
    bunu planlaşdırır və edir.
  • 4:09 - 4:11
    Daha sonra insan öz növbəsi çatana qədər gözləyir.
  • 4:11 - 4:13
    Beləlklə, bu daha çox şahmat oyununu xatırladır və
  • 4:13 - 4:15
    bu barədə danışmağa dəyər, çünki şahmat
  • 4:15 - 4:16
    riyaziyyatçılaar və kompyuter mühəndislərinə üçün əla oyundur.
  • 4:16 - 4:19
    Bu, tamamilə, informasiyanın analizi,
  • 4:19 - 4:22
    qərar qəbul etmə və planlaşdırma ilə bağlıdır.
  • 4:22 - 4:25
    Lakin mən öz robotumun şahmat oyunçusundan daha çox
  • 4:25 - 4:27
    sadəcə çıqqıldadan və digərləri ilə birlikdə çalışan
  • 4:27 - 4:29
    bir "edən" olmasını istəyirdim.
  • 4:29 - 4:33
    Beləcə, mən ikinci qorxunc karyera seçimimi etdim:
  • 4:33 - 4:35
    Mən yarım il aktyorluğu öyrənməyi qərara aldım.
  • 4:35 - 4:38
    Mən Ph.D.-ni kənara qoydum və aktyorluq dərsləri almağa getdim
  • 4:38 - 4:41
    Mən hətta pyesdə də iştirak etmişəm.
  • 4:41 - 4:43
    Ümid edirəm ki, ətrafda hələ də bunun videosu yoxdur.
  • 4:43 - 4:46
    Və mən aktyorluq haqda tapa biləcəyim bütün kitabları əldə etdim,
  • 4:46 - 4:48
    o cümlədən kitabxanadan götürdüyüm
  • 4:48 - 4:49
    və 19-cu əsrə aid olan birini.
  • 4:49 - 4:52
    Və mən, həqiqətən də, təəccüblənmişdim, çünki mənim adım siyahıda ikinci idi --
  • 4:52 - 4:55
    öncəki ad 1889-cu ilə idi. (Gülüş)
  • 4:55 - 4:57
    Sanki bu kitab robotlaşdırma üçün yenidən kəşf olunmasını
  • 4:57 - 5:00
    100 il gözləmişdi.
  • 5:00 - 5:02
    Və bu kitab aktyorlara
  • 5:02 - 5:04
    ifadə etmək istədikləri hər cür emosiyanı almaq üçün
  • 5:04 - 5:07
    bədənin hər bir əzələsini necə hərəkət etdirmək lazım olduğunu göstərirdi.
  • 5:07 - 5:09
    Lakin əsas məsələ
  • 5:09 - 5:10
    mənim "method acting" barədə öyrənməyim idi.
  • 5:10 - 5:12
    Bu, 20-ci əsrdə çox məşhur olmağa başlamışdı.
  • 5:12 - 5:15
    Və "method acting" bundan ibarət idi ki, sən bədəninin hər əzələsi üçün plan qurmağa məcbur deyilsən.
  • 5:15 - 5:18
    Əvəzində sən düzgün hərəkəti tapmaq üçün öz vücudundan istifadə etməlisən.
  • 5:18 - 5:20
    Sən öz hiss yaddaşından
  • 5:20 - 5:22
    emosiayaları rekonstruksiya etmək üçün istifadə etməli
  • 5:22 - 5:24
    və, sanki düzgün ifadəni tapmaq üçün vücudunla fikirləşməlisən.
  • 5:24 - 5:26
    İmprovizasiya et, öz səhnə yoldaşının rolunu oyna.
  • 5:26 - 5:30
    Və mən bununla eyni zamanda psixologiyada "bədənlə dərketmə"
  • 5:30 - 5:33
    adlanan tendensiya barədə oxuyarkən də qarşılaşdım.
  • 5:33 - 5:34
    Hansı ki, eyni ideyalar haqdadır:
  • 5:34 - 5:36
    Biz sadəcə beynimizlə fikirləşir və hərəkət etmir,
  • 5:36 - 5:38
    öz vücudumuzu düşünmək üçün istifadə edirik,
  • 5:38 - 5:41
    Bizim bədənimiz beyinlə əlaqə quraraq
  • 5:41 - 5:43
    bizim davranışımızı yaradır.
  • 5:43 - 5:44
    Və sanki məni ildırım vurdu.
  • 5:44 - 5:46
    Mən öz ofisimə qayıtdım.
  • 5:46 - 5:48
    Heç vaxt çap etdirmədiyim və
  • 5:48 - 5:51
    "Süni intellekt üçün aktyorluq dərsləri" adlanan məqalə yazdım.
  • 5:51 - 5:52
    Və mən hətta daha bir ay
  • 5:52 - 5:55
    insanla robotun birlikdə oynadığı
  • 5:55 - 5:57
    ilk səhnəni hazırlamaqla məşğul oldum.
  • 5:57 - 6:00
    Bunu siz bir az öncə aktyorlarla birlikdə gördünüz.
  • 6:00 - 6:02
    Və mən fikirləşdim:
  • 6:02 - 6:05
    İmprovizasiya, riskə getmə,
  • 6:05 - 6:06
    şansdan istifadə etmə və hətta səhv etmə kimi
  • 6:06 - 6:09
    bəzi ideyaları modelləşdirən
  • 6:09 - 6:11
    süni intellekti -- kompyuter modelini
  • 6:11 - 6:13
    necə yaratmaq olar?
  • 6:13 - 6:15
    Bəlkə də, bu, daha yaxşı robotik komanda yoldaşı olardı.
  • 6:15 - 6:18
    Və mən kifayət qədər uzun müddət bu modellər üzərində işlədim
  • 6:18 - 6:20
    və onları bir sıra robotlara tətbiq etdim.
  • 6:20 - 6:22
    Burada siz ilk nümunələrdən birini görürsünüz,
  • 6:22 - 6:26
    hansında ki, robot bu vücudda təcəssüm etdirilmiş süni intellektdən
  • 6:26 - 6:29
    istifadə edərək mənim hərəkətlərimə mümkün olduqca uyğunlaşmağa çalışır,
  • 6:29 - 6:30
    sanki bir oyun kimi.
  • 6:30 - 6:32
    Gəlin buna baxaq.
  • 6:36 - 6:40
    Siz görə bilərsiniz ki, mən kəskin hərəkət edəndə o aldanır.
  • 6:40 - 6:42
    Və bu, bir qədər aktyorların
  • 6:42 - 6:44
    öz aralarında uyğun sinxronizasiyanı tapmaq üçün
  • 6:44 - 6:46
    bir-birilərini təqlid etməsinə bənzəyir.
  • 6:46 - 6:48
    Daha sonra mən başqa bir təcrübə apardım
  • 6:48 - 6:52
    və burada təsadüfi adamlar robotik stolüstü lampanı
  • 6:52 - 6:56
    istifadə edir və bədəndə təcəssüm edilmiş süni intellekt ideyasını sınaqdan keçirirdilər.
  • 6:56 - 7:01
    Mən eyni robot üçün iki cür beyindən istifadə etdim.
  • 7:01 - 7:02
    Robot sizin gördüyünüz həmin lampa idi
  • 7:02 - 7:04
    və mən ona iki cür beyin yerləşdirdim.
  • 7:04 - 7:06
    İnsanların yarısı üçün
  • 7:06 - 7:08
    mən ənənəvi - hesablanmış
  • 7:08 - 7:10
    robot beyni yerləşdirdim.
  • 7:10 - 7:12
    Bu, öz növbəsini gözləyir, hər şeyi analiz edir, planlaşdırırdı.
  • 7:12 - 7:14
    Gəlin bunu hesablanmış beyin adlandıraq.
  • 7:14 - 7:18
    Digər robot daha çox səhnə aktyorunukuna bənzər və riskə getməyə qadir olan bir beyin aldı.
  • 7:18 - 7:20
    Gəlin bunu macərapərəst beyin adlandıraq.
  • 7:20 - 7:23
    O, bəzən bilməli olduğu hər şeyi bilmədən hərəkət edir.
  • 7:23 - 7:25
    O, bəzən səhv edir və onları düzəldir.
  • 7:25 - 7:27
    Və onlar birlikdə işləyərək,
  • 7:27 - 7:29
    demək olar ki, 20 dəqiqə çəkən
  • 7:29 - 7:30
    sıxıcı bir tapşırığı yerinə yetirməli idilər.
  • 7:30 - 7:33
    Sanki eyni şeyi təkrarən yerinə yetirməkdən
  • 7:33 - 7:35
    ibarət olan zavod işini təqlid edirmiş kimi.
  • 7:35 - 7:37
    Və mənə bu aydın oldu ki, insanlar, həqiqətən də, macərapərəst
  • 7:37 - 7:39
    robotu sevdilər.
  • 7:39 - 7:40
    Onlar düşündülər ki, o, daha zəkalı,
  • 7:40 - 7:42
    daha çox ideyalara malik, komandanın daha yaxşı üzü idi və komandanın uğuruna
  • 7:42 - 7:44
    daha çox töhfə vermişdi.
  • 7:44 - 7:46
    Onlar hətta bu robotu insan kimi çağırırdılar, halbuki
  • 7:46 - 7:49
    hesablanmış beyinlə birgə olanlar həmin robotu sadcə "bu" kimi çağırırdılar.
  • 7:49 - 7:52
    Və heç kəs indiyə kimi ona bir insan kimi müraciət etməyib.
  • 7:52 - 7:53
    Onlar macərapərəst beyinlə birlikdə tapşırıqdan sonra
  • 7:53 - 7:55
    bu barədə danışarkən
  • 7:55 - 7:59
    dedilər: "Sona qədər biz yaxşı və ruhən bağlı dostlar idik."
  • 7:59 - 8:01
    Bu hər nə deməkdirsə.
  • 8:01 - 8:04
    (Gülüş) Əzablı səslənir.
  • 8:04 - 8:07
    Halbuki hesablanmış beyinlə birgə olanlar dedilər ki,
  • 8:07 - 8:09
    o, sadəcə, tənbəl bir əlaltı kimi idi.
  • 8:09 - 8:12
    O etməli olduğundan başqa heç nə etmirdi.
  • 8:12 - 8:14
    Bu, demək olar ki, bütün insanların robotlardan etməsini gözlədiyidir.
  • 8:14 - 8:17
    İnsanların robotlardan robotlaşdırma ilə məşğul olan
  • 8:17 - 8:22
    hər kəsin gözlədiyindən daha çox şey gözləməsi məni təəccübləndirmişdi.
  • 8:22 - 8:24
    Və mən fikirləşdim ki, bəlkə də, vaxtdır --
  • 8:24 - 8:27
    "method acting"-in 19-cu əsrdə insanların
  • 8:27 - 8:28
    rol oynama barədə düşüncə tərzini dəyişməsi kimi,
  • 8:28 - 8:30
    hesablanmış və
  • 8:30 - 8:32
    planlaşdırılmış davranışdan
  • 8:32 - 8:35
    daha intuitiv, riskə gedən, təcəssüm olunmuş davranış tərzinə.
  • 8:35 - 8:37
    Bəlkə də, robotların
  • 8:37 - 8:40
    bənzər inqilab etmələri vaxtıdır.
  • 8:40 - 8:41
    Bir neçə il sonra
  • 8:41 - 8:43
    mən Atlantada, Georgia Tech universitetində
  • 8:43 - 8:45
    robot musiqiçilər ilə məşğul olan qrupda
  • 8:45 - 8:46
    növbəti tədqiqat işimi aparırdım.
  • 8:46 - 8:49
    Mən düşünürdüm ki, musiqi - komanda işi,
  • 8:49 - 8:51
    koordinasiya, zamanlama, improvizasiya
  • 8:51 - 8:53
    üçün əladır və
  • 8:53 - 8:55
    biz marimbada çala bilən bu robotu düzəltdik.
  • 8:55 - 8:57
    Marimba, mənim kimi olan hər kəs üçün,
  • 8:57 - 9:00
    bu ölçüdə, taxta ksilofondur.
  • 9:00 - 9:03
    Və mən buna baxanda,
  • 9:03 - 9:06
    həmçinin insan-robot improvizasiyasına aid digər işlərə də baxırdım --
  • 9:06 - 9:08
    bəli, insan-robot improvizasiyasına aid başqa işlər də var --
  • 9:08 - 9:10
    və onlar da bir az şahmat oyununa bənzəyirdilər.
  • 9:10 - 9:11
    İnsan alətdə çalır,
  • 9:11 - 9:14
    robot çalınan melodiyanı analiz edir,
  • 9:14 - 9:16
    və öz hissəsini improvizasiya edirdi.
  • 9:16 - 9:18
    Bunu musiqiçilər çağrı və cavab
  • 9:18 - 9:19
    əlaqəsi adlandırırlar,
  • 9:19 - 9:23
    və bu, o cümlədən robotlara və süni intellektə də çox yaxşı uyğun gəlir.
  • 9:23 - 9:25
    Amma mən fikirləşdim ki, əgər mən
  • 9:25 - 9:28
    teatr səhnəsi və komanada işini öyrənmək üçün istifadə etdiyim
  • 9:28 - 9:31
    eyni ideyaları tətbiq etsəm, bəlkə də, robotların bir-birinə
  • 9:31 - 9:32
    bir qrup kimi qarışmasına nail ola bilərəm.
  • 9:32 - 9:36
    Hər kəs bir-biriləri ilə danışmadan anlaşır, heç kəs bunu bir anlıq belə dayandırmır.
  • 9:36 - 9:39
    Beləcə mən eyni şeyi bu dəfə musiqiyə tətbiq etdim,
  • 9:39 - 9:40
    və burada robot, əslində,
  • 9:40 - 9:41
    nə çalacağını bilmirdi.
  • 9:41 - 9:43
    O, sanki öz vücudunu hərəkət etdirir
  • 9:43 - 9:45
    və ifa etmək üçün imkanlardan istifadə edir.
  • 9:45 - 9:47
    Və mənim 17 yaşım olanda caz müəllimimin mənə dediyini edir.
  • 9:47 - 9:49
    O mənə demişdi ki, sən improvizasiya edəndə
  • 9:49 - 9:50
    bəzən nə etdiyini bilmir, lakin
  • 9:50 - 9:51
    yenə də bunu etməyə davam edirsən.
  • 9:51 - 9:53
    Və mən nə etdiyini tam bilməyən, lakin yenə də
  • 9:53 - 9:55
    davam edən robot yaratmağa çalışdım
  • 9:55 - 9:58
    Gəlin bu çıxışdan bir neçə saniyəyə baxaq.
  • 9:58 - 10:01
    Burada robot musiqiçiyə qulaq asır
  • 10:01 - 10:02
    və improvizasiya edir.
  • 10:02 - 10:05
    Daha sonra insan musiqiçi də
  • 10:05 - 10:07
    robotun etdiyinə cavab verir və
  • 10:07 - 10:09
    bunun davranışından nəticə çıxarır.
  • 10:09 - 10:14
    Hətta bəzən robotun gəlib çıxdığı vəziyyətə təəccüblənir.
  • 10:14 - 11:00
    (Musiqi)
  • 11:00 - 11:05
    (Alqış)
  • 11:05 - 11:07
    Musiqiçi olmaq sadəcə not yazmaqdan ibarət deyil,
  • 11:07 - 11:09
    əks halda heç kəs canlı şoulara baxamağa getməzdi.
  • 11:09 - 11:11
    Musiqiçilər həm də öz vücudları vasitəsiilə
  • 11:11 - 11:13
    qrupun digər üzvləri, auditoriya ilə ünsiyyət yaradırlar.
  • 11:13 - 11:15
    Onlar öz vücudlarından musiqini ifadə etmək üçün istifadə edirlər.
  • 11:15 - 11:18
    Və mən düşündüm ki, bizim artıq səhnədə robot musiqiçimiz var,
  • 11:18 - 11:21
    Nəyə görə onu tam təkmil musiqiçi etməyək?
  • 11:21 - 11:23
    Və mən robot üçün sosial ifadəli .
  • 11:23 - 11:25
    baş hazırlamağa başladım.
  • 11:25 - 11:27
    Baş faktiki marimbaya toxunmur,
  • 11:27 - 11:28
    bu, sadəcə, musiqinin necə olduğunu ifadə edir.
  • 11:28 - 11:31
    Bunlar Atlantada bir barda çəkilmiş bəzi eskizlərdir.
  • 11:31 - 11:34
    Bu bar çox təhlükəli bir şəkildə mənim laborotoriyamla evimin
  • 11:34 - 11:36
    düz arasında yerləşmişdi.
  • 11:36 - 11:37
    Beləcə, mən orta hesabla orada
  • 11:37 - 11:40
    hər gün üç-dörd saat olurdum.
  • 11:40 - 11:43
    Mənə belə gəlir. (Gülüş)
  • 11:43 - 11:46
    Və mən yenidən öz animasiya alətlərimə üz tutdum və
  • 11:46 - 11:48
    robot musiqiçinin necə görünməli olduğunu deyil,
  • 11:48 - 11:51
    necə hərəkət etməli olduğunu anlamağa çalışdım.
  • 11:51 - 11:54
    Nə isə başqa şəxsin ifa etdiyini xoşlamadığını
  • 11:54 - 11:56
    və ya həmin anda hansı ritmi hiss etdiyini
  • 11:56 - 11:58
    göstərmək kimi bir şey.
  • 11:58 - 12:03
    Beləcə artıq biz bu xoş robotu qurmaq üçün pul almırdıq.
  • 12:03 - 12:05
    Mən sizə eyni qəbildən olan daha bir ifa göstərəcəm -
  • 12:05 - 12:07
    bu dəfə sosial ifadəli baş ilə.
  • 12:07 - 12:09
    Və bir şeyə diqqət edin --
  • 12:09 - 12:11
    robot bizə, həqiqətən də,
  • 12:11 - 12:13
    insandan götürdüyü ritmi göstərir.
  • 12:13 - 12:17
    Bu, həmçinin, insanda da robotun nə etdiyini bilməsi hissini oyadır.
  • 12:17 - 12:18
    Və o, həm də öz solosu başlayan kimi
  • 12:18 - 12:21
    hərəkət tərzini dəyişir.
  • 12:21 - 12:25
    (Musiqi)
  • 12:25 - 12:28
    İndi o, ona qulaq asdığıma əmin olmaq üçün mənə baxır.
  • 12:28 - 12:49
    (Musiqi)
  • 12:49 - 12:52
    İndi isə parçanın son akkorduna bir daha baxaq
  • 12:52 - 12:55
    və bu dəfə robot öz işi ilə məşğul ola-ola
  • 12:55 - 12:57
    öz vücudu vasitəsilə ünsiyyət yaradır
  • 12:57 - 12:59
    və son akkordu
  • 12:59 - 13:02
    mənimlə koordinasiya etmək üçün hazırlaşır.
  • 13:02 - 13:15
    (Musiqi)
  • 13:15 - 13:21
    (Alqış)
  • 13:21 - 13:25
    Təşəkkür edirəm. Ümid edirəm ki, siz
  • 13:25 - 13:28
    vücudun alətə toxunmayan hissəsinin
  • 13:28 - 13:31
    musiqi ifasına, həqiqətən də, nə qədər kömək etdiyini görürsünüz.
  • 13:31 - 13:35
    Biz Atlantadayıqsa, aydındır ki, nə vaxtsa
  • 13:35 - 13:36
    bizim laborotoriyamıza bəzi reperlər gələcək.
  • 13:36 - 13:39
    Və biz bu reperi bizim
  • 13:39 - 13:41
    robotla birgə bir az əylənməyə çağırdıq.
  • 13:41 - 13:44
    Və burada siz robotun,
  • 13:44 - 13:45
    aslində, ritmə cavab verdiyini görə bilərsiniz və --
  • 13:45 - 13:48
    iki şeyə diqqət edin. Birincisi, robota başını hərəkət
  • 13:48 - 13:51
    edərkən qoşulmaq istəyinin necə qarşısıalınmaz olduğuna.
  • 13:50 - 13:52
    Və o, bunu edərkən, sanki sən də öz başını yellətmək istəyirsən.
  • 13:52 - 13:56
    İkincisi, reperin, doğrudan da, diqqətini öz iPhone-una yönəltməsinə baxmayaraq,
  • 13:56 - 13:59
    robot üzünü ona çevirən kimi onun da robota baxmasına.
  • 13:59 - 14:01
    Hətta bunun onun görüntü sahəsinin kənarında olmasına baxmayaraq --
  • 14:01 - 14:04
    bu, sadəcə onun gözünün küncündədir, lakin çox güclüdür.
  • 14:04 - 14:06
    Və buna səbəb bizim ətrafımızda hərəkət edən fiziki əşyalara
  • 14:06 - 14:08
    reaksiya verməməyi bacarmamağımızdır.
  • 14:08 - 14:09
    Biz bu cürə yaranmışıq.
  • 14:09 - 14:13
    Beləcə, əgər sizin yoldaşınızla
  • 14:13 - 14:15
    onun öz iPhone-una çox baxması ilə bağlı probleminiz varsa,
  • 14:15 - 14:17
    onun diqqətini cəlb etmək üçün
  • 14:17 - 14:19
    orada bir robotdan istifadə edə bilərsiniz. (Gülüş)
  • 14:19 - 14:38
    (Musiqi)
  • 14:38 - 14:45
    (Alqış)
  • 14:45 - 14:47
    Üzərində işlədiyimiz sonuncu robotu
  • 14:47 - 14:50
    təqdim etmək istərdim, hansı ki,
  • 14:50 - 14:52
    bizim tapdığımız, bir az təəccüb doğuran ideyadan yaranıb:
  • 14:52 - 14:55
    Bəzi nöqtəyə çatanda insanlar robotun bu qədər ağıllı olmasına,
  • 14:55 - 14:56
    improvizasiya edə bilməsinə və qulaq asmasına
  • 14:56 - 15:01
    və mənim təkmilləşdirmək üçün illər həsr etdiyim, vücudda təcəssüm olumuş intellektlə bağlı tapşırıqlar yerinə etməsinə qətiyyən fikir vermirdilər.
  • 15:01 - 15:04
    Onlar robotun musiqidən həzz almasını, həqiqətən də, bəyənmişdilər. (Gülüş)
  • 15:04 - 15:07
    Və onlar demirdilər ki, robot musiqiyə uyğun hərəkət edir,
  • 15:07 - 15:08
    onlar deyirdilər ki, robot musiqidən həzz alır.
  • 15:08 - 15:11
    Biz düşündük: Nə üçün bu ideyadan istifadə etməyək?
  • 15:11 - 15:14
    Və beləcə yeni mebel əşyası hazırladıq.
  • 15:14 - 15:16
    Bu dəfə bu stolüstü lampa deyil, səsucaldıcı idi.
  • 15:16 - 15:19
    Bu sizin smartfonunuzu birləşdirə bildiyiniz biri səsucaldıcı idi.
  • 15:19 - 15:21
    Və mən fikirləşdim ki, görəsən, əgər
  • 15:21 - 15:23
    sizin səsucaldıcınız musiqini sadəcə səsləndirməsə,
  • 15:23 - 15:26
    həm də ondan həzz alsa, necə olar?
  • 15:26 - 15:27
    Və bunlar yenə də ilkin mərhələdən
  • 15:27 - 15:32
    bəzi animasiya testləridir.
  • 15:32 - 15:36
    Və yekun əşya belə görünürdü.
  • 15:47 - 16:09
    (Melodiya: "Drop It Like It's Hot")
  • 16:09 - 16:12
    Başla çoxlu hərəkətlər.
  • 16:12 - 16:15
    (Alqış)
  • 16:15 - 16:17
    Auditoriyada da başla çoxlu hərəkətlər,
  • 16:17 - 16:20
    beləcə biz görə bilərik ki, robotlar hələ də insanlara təsir edə bilirlər.
  • 16:20 - 16:23
    Və bu sadəcə oyunlar və əyləncədən ibaarət deyil.
  • 16:23 - 16:25
    Düşünürəm ki, mənim oz vücudlarından
  • 16:25 - 16:27
    ünsiyyət qurmaq və hərəkət etmək üçün
  • 16:27 - 16:29
    istifadə edən robotlara bu qədər önəm verməyimin səbəbi --
  • 16:29 - 16:33
    və mən sizə biz robotlaşdırma ilə məşğul olanların gizlətdiyi kiçik bir məsələni açıqlayacam --
  • 16:33 - 16:35
    budur ki, sizlərdən hər biriniz həyatınızın hansısa bir nöqtəsində
  • 16:35 - 16:37
    robotla birgə yaşayacaqsınız.
  • 16:37 - 16:40
    Bir vaxt gələcək, sizin həyatınızda robotlar olacaq.
  • 16:40 - 16:42
    Sizinkində olmasa, onda sizin uşaqlarınızın həyatlarında.
  • 16:42 - 16:43
    Və mən bu robotların
  • 16:43 - 16:47
    indi göründüklərindən daha səlis, cazibədar, incə
  • 16:47 - 16:49
    olmalarını istəyirəm.
  • 16:49 - 16:51
    Düşünürəm ki, bunun baş verməsi üçün robotlar
  • 16:51 - 16:52
    şahmat oyunçusundan daha çox
  • 16:52 - 16:55
    səhnə aktyorları və musiqiçilər kimi olmalıdırlar.
  • 16:55 - 16:58
    Bəlkə də onlar şansdan istifadə etməyə və improvizasiya etməyə qadir olmalıdırlar.
  • 16:58 - 17:00
    Bəlkə də onlar sizin nə etməyə hazırlaşdığınızı sezməyə qadir olmalıdırlar.
  • 17:00 - 17:03
    Və bəlkə də onlar səhv etməyə və onları düzəltməyə
  • 17:03 - 17:04
    qadir olmalıdırlar,
  • 17:04 - 17:06
    çünki necə olsa da, biz insanıq.
  • 17:06 - 17:09
    Və bəlkə də bir insan kimi, əladan bir az aşağl olan robotlar
  • 17:09 - 17:11
    bizimlə müqayisədə əladırlar.
  • 17:11 - 17:13
    Təşəkkür edirəm.
  • 17:13 - 17:16
    (Alqış)
Title:
"Ruh"a malik robotlar
Speaker:
Qay Hofman
Description:

Animator / caz ifaçısı / robotexnik necə robotlar hazırlaya bilər? Təbii ki, şən, reaksiya verən və ətrafda olanlarla maraqlanan robotlar. Qay Hofman özünün, insanlara qoşulan iki musiqiçi robotun da daxil olduğu qəribə robotlar ailəsi barədə kiçik film nümayiş etdirir. (TEDxYaffa-da çəkilmişdir.)

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
17:38
Dimitra Papageorgiou approved Azerbaijani subtitles for Robots with "soul"
Farida Farajova accepted Azerbaijani subtitles for Robots with "soul"
Farida Farajova edited Azerbaijani subtitles for Robots with "soul"
Farida Farajova edited Azerbaijani subtitles for Robots with "soul"
Farida Farajova edited Azerbaijani subtitles for Robots with "soul"
Toghrul Karimov edited Azerbaijani subtitles for Robots with "soul"
Toghrul Karimov edited Azerbaijani subtitles for Robots with "soul"
Toghrul Karimov edited Azerbaijani subtitles for Robots with "soul"
Show all

Azerbaijani subtitles

Revisions